Sızanaqlar niyə əmələ gəlir?

Sızanaqlar niyə əmələ gəlir?Üz nahiyəsi də daxil olmaqla, praktiki olaraq, insanın bütün bədəni tüklərlə örtülmüşdür. Tük dərinin dərin qatında yerləşən tük soğanağı olan follikuldan inkişaf edir.

Tük follikulunun soğanağının yanında dəri piyi ifraz edən piy vəzisi yerləşir. Piy vəzisi dərini qurumaq və çatlamaqdan qorumaq üçün tük follikulu vasitəsi ilə dərinin səthinə piy xaric edir. Dəri nə qədər çox piy ifraz edirsə, onun səthində sızanaqların əmələ gəlməsi ehtimalı da o qədər artıq olur. Buna görə də, adətən, yağlı dərisi olan insanlarda sızanaqlar daha tez-tez təsadüf edilir. Dərisi quru olan insanlarda sızanaqlara, demək olar, rast gəlinmir. Qadınların üz, çənə, bel və sinə-döş nahiyəsində çoxlu sayda kiçik tükcüklər (tük follikulları) mövcuddur. Sızanaqlar da əksər hallarda məhz bu sahələrdə yaranır.

Akne – tük follikullarının və onunla yanaşı yerləşən piy vəzilərinin iltihablaşmasıdır. Bu zaman follikulun ağızcığı dəri pulcuqlarından və dəri piyindən əmələ gələn sıx "tıxac" ilə qapanmış olur. Aknelər müxtəlif olur. Follikullar açıq olduqda tıxaclar üz dərisində qara nöqtə kimi görünür və açıq kamedonlar adlanır. Kamedonlar bağlı da olur (dəri səthi ilə əlaqəsi olmur). Belə kamedonlar ağ zivcələr (ağ nöqtələr və ya miliumlar) adlanır. Bu zaman dəri piyi ifraz olunsa da, onun axarı bağlı olduğu üçün piy dərinin səthinə çıxa bilmir. Nəticədə kiçik hündürlük (təpəcik) – piy şişi ("jirovik") əmələ gəlir.

Kamedon və ya dərialtı civzələr iltihablaşdıqda, yəni onlara mikroblar düşdükdə, üz dərisində irinli civzələr əmələ gəlir. Beləliklə, üz nahiyəsində civzələr şəklində olan səpgilər, açıq və bağlı kamedonlar – bunların hamısı aknenin müxtəlif formalarıdır.

Bəs aknenin əmələ gəlmə səbəbləri nədir? Aknenin əmələ gəlmə səbəbləri çoxdur. Cinsi yetkinlik dövründə həm qız, həm də oğlan uşaqlarının orqanizmi xeyli miqdarda kişi cinsi hormonu hazırlamağa başlayır. Bu hormon piy vəzisini daha çox piy ifraz etməyə məcbur edir. Məhz bu piyin içərisində bakteriyalar inkişaf etməyə başlayır; çünki piy onlar üçün qidalı mühitdir. Adətən, yeniyetmələrdə olan bu sızanaqlar cinsi inkişaf dövrü başa çatanadək (20-25 yaşadək) keçib gedir.

Hormonal problemlər yuxarı yaşlarda olan insanlarda da baş verdiyi hallarda, onların da dərisində sızanaqlar əmələ gələ bilər. Məsələn, qadınların dərisində sızanaqların əmələ gəlməsi səbəbi əksər hallarda hormonal tarazlığın pozulması olur. Qadın xəstəliyini müalicə etdikdən sonra onun dərisindəki sızanaqlar da keçib gedir.

Orqanizmdə hormonal tarazlığın pozulmasından savayı, dəridə sızanaqların əmələ gəlməsinin bir çox digər səbəbləri də ola bilər: dəriyə düzgün və kifayət qədər qulluq edilməməsi, mikroblar tərəfindən törədilən iltihabi proseslər, daxili orqanların bəzi xəstəlikləri, streslər və s. səbəblərdən immunitetin zəifləməsi, qeyri-düzgün qidalanma (yağlı və şirin qidalardan artıq dərəcədə qəbul edilməsi və s.), dekorativ kosmetik vasitələrin bəzi növləri (bu barədə aşağıda oxuya bilərsiniz) və digərləri.

İrsiyyət də sızanaqların əmələ gəlməsinin səbəblərindən biridir. Sızanaqlar, adətən, dərisi yağlı olan insanlarda daha çox təsadüf edilir. Bu əlamət isə, adətən, irsi şəkildə verilir.

Bəzi dərman preparatlarının (antibiotiklər, hormonlar, steroidlər) qəbul edilməsi də sızanaqların əmələ gəlməsinə təkan verə bilər.

Sızanaqların əmələ gəlməsi və daha çox yayılmasına səbəb olan səhvlərdən biri irinləmiş sızanaqların əllə sıxılmasıdır. Təəssüf doğuran odur ki, bunu nəinki insanların özləri, bir çox hallarda hətta bəzi "kosmetoloqlar" da edirlər. Sızanaqların əllə sıxılması zamanı infeksiya iltihablaşmış piy vəzisi yolundan iltihablaşmamış piy vəziləri yollarına keçərək onları da iltihablaşdırır.

Heç bir halda, xüsusən də isti yay günlərində, çoxlu miqdarda dekorativ kosmetika vasitələri işlətməklə (tonal krem, krem-pudra) sızanaqları "gizlətməyə" də çalışmayın! Bu zaman tonal krem, pudra, toz və tərin bir-birinə qarışması nəticəsində dəridəki məsamələr daha artıq dərəcədə qapanmış olurlar. Bunun nəticəsi olaraq dəridə olan sızanaq və kamedonların sayı da artır.

Əgər sizin dəriniz sızanaqların əmələ gəlməsinə meyllidirsə, yağ əsaslı kosmetik vasitələrdən imtina edərək, su əsaslı kosmetik vasitələrdən istifadə edin. Ümumiyyətlə isə, əgər siz dərinizin sağlam olmasını istəyirsinizsə, dekorativ kosmetik vasitələrdən, xüsusilə tonal kremlərdən, sıx pudralardan yalnız istisna hallarda istifadə etməyə çalışın.

Sızanaqlardan yaxa qurtarmaq üçün qadınlar çox zaman üzlərini daha tez-tez sabunla yumağa, dərilərini tərkibində spirt olan tinkturalarla (bitkinin spirtdə olan məhlulu), turşularla və s. bu kimi vasitələrlə silməyə çalışırlar. Əslində isə bu, düzgün fikir deyil. Bu yolla sızanaqlardan qurtulmaq mümkün olmayacaq. Axı sızanaqlar piy vəziləri tərəfindən piyin artıq dərəcədə ifraz olunmasından baş verir. Bu piyin funksiyası isə dərini nəmləndirmək və onu qorumaqdan ibarətdir. Tez-tez yuyunma və dərinin spirt və turşular vasitəsi ilə qurudulması, dəri üzərindəki piy qatını xaric edərək, piy vəzilərini hər dəfə daha çox işləməyə vadar edir. Bütün bunların nəticəsində isə dəridə olan sızanaqlar azalmır, əksinə, onların sayı daha da artır. Buna görə də dərini yaxşı vəziyyətdə saxlamaq üçün yağlı dərisi olanlar gündə 2 dəfə yalnız yağlı dərilər üçün nəzərdə tutulmuş xüsusi yuyucu vasitələrlə üzlərini yuya bilərlər. Üz yuyulan suya bir qədər alma sirkəsi və ya limon şirəsi də qatmaq olar. Bu zaman ehtiyatlı olmaq lazımdır. Dərini qurutmamaq üçün məhlul çox zəif olmalıdır.

Əgər sizin dərinizdə sızanaqlar varsa, uzun müddət ərzində günəş şüaları altında qalmayın və solyariya getməkdən imtina edin. Günəş şüaları dərini qurudur, piy vəzilərini daha güclü şəkildə işləməyə məcbur edir. Az miqdarda olan günəş şüaları isə bunun əksinə olaraq, dərisində akne olanlara müsbət təsir göstərir, sızanaqların müalicəsinə kömək edir.

Gözəllik və Moda     Baxılıb: 4453   Tarix: 14 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

50 yaşdan yuxarı qadınlara yaraşmayan saç kəsimləri

Uğursuz saç kəsimi ən düşünülmüş obrazı belə poza bilər. Yetkin yaşda çox qısa, ağır və həcmiz (yəni yastı) saç modellərindən uzaq durmaq tövsiyə olunur. Əvəzində düzgün seçilmiş saç düzümü təbii gözəlliyi vurğulayır və insanı

.

Göz altındakı qara halqalar necə gizlədilir? - İPUCLARI

Göz altındakı qara halqalar bir çox insana tanışdır. Yuxu rejiminə əməl etməyə çalışsanız da, istirahətinizə mane olan amillər həmişə tapılır. Hətta bəzi günlərdə səkkiz saatlıq yuxu belə vəziyyəti düzəltmir – qara halqala

.

Yaş artdıqca hansı estetik prosedurlar daha uyğundur?

Estetik prosedurlar fərqli yaş qruplarına və dəri ehtiyaclarına görə dəyişiklik göstərir. 20 yaşlarında tətbiq olunan yanaşma ilə 40 və ya 60 yaşdan sonra aparılan müdaxilələr eyni olmamalıdır. Yaş artdıqca dərinin elastikliy

.

Anatomiya ilə tərs mütənasib GÖZƏLLİK…

İnsan anatomiyası onun zahiri görünüşünü, orqanizmin quruluşunu, formasını və onu təşkil edən toxumaların, orqanların bir-biri ilə və eyni zamanda xarici mühitlə orqanizmin qarşılıqlı əlaqəsini öyrənir. Anatomiya morfoloj

.

Dəri baxımının əsasları - MÜTƏXƏSSİS YAZIR

Dəri bədənimizin ən böyük orqanıdır və həm xarici amillərdən, həm də daxili vəziyyətdən təsirlənir. Ona düzgün qulluq etmək, sağlamlığını qorumaq və gözəlliyini artırmaq üçün vacibdir. Dəri baxımının əsasları yalnız kosmeti

.

Qaynaq kipriklər, irəli uzanmış silikon dodaqlar... Gözəlliyin "standart"ı varmı?

Son zamanlar Azərbaycanda sanki bir gözəllik "bumu" yaşanır. Kimin əlinı bir balaca pul keçirsə, gözünü dartdırır və ya dodaqlarını şişirdir. Burunlar da eyni cərrahın əlindən çıxdığı üçün hamı bir-birinə bənzəyir

.

50 yaşdan yuxarı qadınlara əlavə yaş qatır: bu 3 saç düzümünü etməyin

Saç düzümü insanı həm cavan göstərə, həm də əksinə – yaşlı göstərə bilər. Stilistlərin fikrincə, düzgün seçilməmiş saç modeli qadının xarici görünüşünə mənfi təsir edə bilər. Buna görə də saç kəsimi seçərkən diqqətli olma

.

Dairəvi üzlü xanımlar üçün ən yaxşı saç kəsimləri

Dairəvi üz üçün ən uyğun saç kəsimləri hər zaman qadınların ən çox maraqlandığı mövzulardan biridir. Güzgüyə baxarkən yanaqların daha dolğun görünməsi bir çoxuna tanış hissdir və çoxları üz formasını daha uzunsov və zəri

.

10 il cavanlaşdıracaq 7 saç modeli

Bir qadın üçün saç düzümü güvən alətlərindən biridir. Bəzi insanlar yalnız kosmetika və əlaqəli prosedurların görünüşünü "cavanlaşdırmağa" kömək edə biləcəyinə inanırlar. Mütəxəssislər deyirlər ki, düzgün saç düzüm

turlar.az

kosmetik vasiteler gozel gorunmek qadın geyimi plovlar yaglarin faydasi qızartma reseptləri hicablı geyimlər kosmetika pizza novruz sağlamlığa aid atalar sözləri əqrəb yuxuda qara ilan gormek