Sızanaqlarla bağlı yanlış fikirlər

Sızanaqlarla bağlı yanlış fikirlər"Sızanaqlarla bağlı əhali arasında çox geniş yayılmış yanlış məlumatlar var.

Məsələn, deyirlər ki, uşaqlarda sızanaq müalicə olunmaz. Bu, düzgün yanaşma deyil".
Xanim.az bildirir ki, bu fikirləri APA TV-nin "Öncə sağlıq" proqramında qonaq olan dermatoloq, uzman doktor Leyla Mirzəyeva deyib.

Mütəxəssis bildirib ki, əgər sızanaqlar çox yüngül formadadırsa, o zaman müalicə barədə düşünülməməlidir: "Bəli, iz qoymursa, müalicə olunmaz, bir-iki il ərzində keçib gedər. Məsələn, yeniyetmə dövründə bir sıra hallarda belə olur. Amma bir sıra əlamətlər var ki, onlar bu sızanaqların öz-özünə sağalmayacağını, fəsad verəcəyini, izinin qalacağını göstərir. O zaman yaş nə olursa, olsun biz müalicəyə başlamalıyıq. Belə hallarda bir ay gecikmə olsa, beş dənə də artıq sızanaq çıxsa, bu, cavan insanın üzündə ən azı beş dənə iz deməkdir. Sızanaq müalicəsi hər yaşda aparıla bilər. Bəzən ananın hormonlarının təsirindən körpə uşaqların da üzündə sızanaqlar əmələ gələ bilir. Hətta bunun da müalicəsi var".

Dermatoloq deyib ki, əgər sızanaqlar iridirsə, qara böyük nöqtələr varsa, ələlxüsus iki yan-yana iri qara nöqtələr əmələ gəlibsə, onlar qulaq kanalının içində, qulağın ön tərəfində yerləşibsə, bunlar bir qədər ağır əlamətlər sayılır.

L. Mirzəyeva sızanaq müalicəsində həkimlərin ən çox əziyyət çəkdiyi bir məqamın olduğunu vurğulayıb: "Bu, antibiotik müalicəsidir. Ən çox da valideynlər uşaqlara antibiotiklərin təyin olunmasına qarşı çıxırlar. Əlbəttə, hər bir dərmanın ziyanlı tərəfləri var. Amma əgər bunu həkim təyin edirsə, o zaman bunun əks təsirlərini də bilir".

Onun sözlərinə görə, sızanaqların gənələrlə, mədə-bağırsaq problemləri, qidalarla bağlanması kimi yanlış yanaşmalar var: "Halbuki belə bir şey yoxdur. Bu yanaşmalar dəyişməlidir. Adi sızanaqlarda, aknelərdə gənənin heç bir rolu yoxdur. Ən çox təəccübləndiyim məsələ günümüzdə sızanaq müalicəsində gənələrə çox böyük önəm verilməsidir. Gənələr, mikroorqanizmlər bizim üzümüzə, dərimizdə, qaşımızın, saçımızın diblərində var. Gənələrdən qorxmaq lazım deyil. Mən hərdən xəstələrdən elə şeylər eşidirəm ki, dəhşətə gəlirəm. Məsələn, deyirlər ki, mənim üzümdə gənə tapıldı, bu qədər müalicə olundum, ailə üzvlərimi yoluxdurmamaq üçün onları qoruyuram və s. Gənə deyilən mikroorqanizm hamının üzündə, dərisində var. Əhəmiyyətli olan gənənin hansı sayda olmasıdır. Bir tükün kökündə beşdən çox canlı gənə varsa, bəli, bu xəstəliyə səbəb ola bilər. Amma hər üzdə olan sızanağı gənələrə bağlamaq, bu olduqca yanlışdır".

Günəş şüalarının dəri, o cümlədən üz dərisi üçün problemlər yaratdığını deyən L. Mirzəyeva ondan qorunmağın tərəfdarı olduğunu açıqlayıb: "Günəş şüaları zaman keçdikcə dəri xərçənginə səbəb olur. Günəş qoruyucu kremi çəkib saatlarla günəş altında olmaq da düzgün deyil".

O, solyariumun da dəri xərçənginə gedən yol olduğunu vurğulayıb. Makiyaj vasitələrindən uzun müddət istifadənin də ziyanlı tərəfləri barədə danışan mütəxəssis deyib ki, əslində bu vasitələr 2-3 aydan bir dəyişdirilməlidir.
Medicina.az

Sağlamlıq     Baxılıb: 2079   Tarix: 02 fevral 2018
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

turlar.az

toy makiyajlari geyim dəbləri sade makiyaj sekilleri serebral iflic usaqlar dostluq haqqında atalar sözləri veten haqqinda bayatilar geyim 2026 kosmetika sirniyatlar gəncə qaynana hakista novruz hakıştası veten haqqinda bayati