Sonsuzluq bəla olmamalıdır (Səbəbləri)

Sonsuzluq bəla olmamalıdır (Səbəbləri)Son günlər ailə quran gənçlərin qarşılaşdığı ilk problemlərdən biri də elə sonsuz- luqdu.Əsrlər boyu insanlar nəsil artırmaq məqsədi ilə ailə qurublar. Ailədə varisin olmaması isə həmişə böyük bədbəxtlik kimi qəbul edilib.
Qəribədir ki, min illər boyu sonsuzluqda yalnız qadın günahlandırılıb və zərif cinsin nümayəndələri həmişə sonsuzluğun əsas səbəbkarı kimi cəzalandırılıb. Əfsuslar olsun ki, indi də çoxları sonsuzluğa görə günahı yalnız qadında görürlər. Son dövrün statistikasına görə, sonsuzluqda ər və arvadın hər birinin payı təqribən 40-45% təşkil edir. Qalan 10-15%-i isə onların hər ikisinin vəziyyəti və xəstəliyi nəticəsində olur.
Hansı nikah sonsuz hesab olunur və ümumiyytlə, buna tez-tezmi təsadüf edilir? Statistikaya görə, hazırda bütün nikahların 15%-ni sonsuzlar təşkil edir. Evləndikdən son- ra hamiləliyə qarşı vasitə tətbiq etmədən iki illik birgə ailə həyatı müddətində hamiləlik baş vermirsə, bu, nəticəsiz nikah hesab olunur. Belə hallarda ər və arvada sahə qadın məsləhətxanasına müra- ciət etmək məsləhət görülür. Orada qadın lazımi müayinədən keçir və onun ərinə də müvafiq müayinədən keçmək üçün məsləhət verirlər. Onların hər ikisinin müayinə olunmasının çox böyük əhəmiyyəti vardır. Ancaq bir çox hallarda sonsuzluğu müəy- yənləşdirən və müalicəsi ilə məşğul olan həkimlər özlərini tamamilə sağlam sayıb, müayinədən ciddi surətdə boyun qaçıran ərlərin müqaviməti ilə qarşılaşırlar. Bəzən onlar bəhanə kimi ilk evliliklərində olan qadınların hamiləliklərini bir dəlil kimi göstə- rirlər. Əlbəttə, bu dəlillər onların bu məsələdə sadəlövlüklərini göstərir. Əslində ər və arvadın ikisinin müayinəsi, onlardan hansının həqiqətən sonsuzluqda günah- kar olduğunu aşkar edir. Sonsuz ailə cütlərinin müayinəsi bəzi hallarda daha tez də aparıla bilər, ər və arvad münasibətinin və ailə mikroiqliminin nikahda ümumi, sonsuzluqda xüsusi mühüm əhəmiyyəti var. Sonsuzluğun əmələ gəlməsində sinir-psixi amilin bir səbəb kimi rol oynadığını mütəxəssislərin əksəriyyəti qeyd edirlər. Bu- nunla əlaqədar, uşaqsız ailələrdə münasibətlərin xarakteri üzərində psixoloqların müşahidə aparmasının böyük əhəmiyyəti var. Əgər müayinədə hamiləliyin baş verməməsində onların hər ikisinin çavabdehliyi aydın olursa, bu məlumat ər və arvad arasında münasibətlərin möhkəmlənməsinə səbəb olur. Onlar bir-birlərinə qayğı və diqqət göstərirlər, bu da onların müalicə olma ehtimalını artırır. Adətən qadınlar bu məsələdə kişilərə nisbətən daha mərhəmətli, daha hövsələli olub, ərlərindəki çatışmamazlığa qarşı mənfi münasibət bəsləmir, onları müalicəyə sövq etməyə çalışırlar. Qadınların sonsuzluğuna qarşı kişilərdə münasibət isə tamamilə əksinə olur (çox vaxt ailənin dağılması, qohumların qadına qarşı neqativ münasibətləri və s). Bu vəziyyət onsuz da öz taleyindən əzab çəkən qadını daha da ağır vəziyyətə salır. Bütün bunlar kifayət deyilmiş kimi, özünü doğrult- mağa çalışan kişi arvadının vəziyyəti haqqında bütün qohum və tanışlara da məlumat verir.
Sonsuzluğun profilaktikası

Məlumdur ki, xəstəliyin profilaktikası onun müalicəsindən qat-qat asandır. Bu, tam mənası ilə sonsuzluğa aiddir. Sonsuzluğun profilaktikası isə hələ uşaq doğulmamışdan başlanmalıdır. Hamilə qadının iş və istirahət rejimi qaydalarına əməl etməsi, keyfiyyətli və düzgün qidalanma, gigiyena tədbirlərinin yerinə yetirilməsi ailədə sağlam psixo-emosional iqlim ana bətnində dölün çinsiyyət sisteminin normal inkişafını təmin edir. Uşaq orqanizminin formalaşmasına pis təsir göstərən amillərin (alkoqolun və nikotinin) zərərli təsirində hamilə qadının qorunması bəsit şərtlərdən dir. Unutmaq olmaz ki, hətta papiros çəkilən otaqda hamilə qadının müəyyən müddətdə qalması həm onun özünə və həm də dölə zəhərləyiçi təsir göstərir.

Son günlər tez-tez qarşılaşdığımız süni mayalanma haqqında bir neçə məlumatı diqqətinizə çatdırmaq istərdik. Bu üsul sonsuz (nətiçəsiz) nikahda son vasitədir. Bizim ölkədə bu üsul 60-cı illərdə məşhur ginekoloq İ.Cordaniya tərəfindən tətbiq olunmuşdur.

Müxtəlif səbəblərdən qadında sonsuzluq baş verdikdə, ər və arvadın hər ikisinin razılığı və istəyi ilə süni mayalandırma üsulundan istifadə oluna bilər. Bu üsul hazırda ölkəmizdə də geniş yayılmışdır və bu vasitə ilə çox ailələrdə uşaq dünyaya gəlmişdir. Bəzən ailələr 1 övlad gözləyirlər və bu zaman onlar inanılmaz bir hallarla qarşılaşırlar. Ancaq lazımi müalicədən sonra həmin ailədə 3, ya 4 uşaq dünyaya gəlir. Belə hallara da az təsadüf olunmur. Deməli, sonsuzluq böyük bir bədbəxtlik, çarəsiz bir bəla hesab olunmamalıdır. Təbabət insanlara baş verən bu çətinliyin əlacını tapmışdır.
Qadın sonsuzluğunun aşağıdakı səbəbləri vardır:

-OVULYASIYA PROBLEMLƏRI
-FALLOP BORULARI ILƏ ƏLAQƏDAR OLAN PROBLEMLƏR
-ENDOMETRIOZ VƏ ENDOMETRIOMA
-POLIKISTOZ YUMURTALIQLAR SINDROMU
-UŞAQLIQ BOYNU PROBLEMLƏRI
-YAŞ FAKTORU
-SƏBƏBI AŞKAR OLUNMAYAN SONSUZLUQLAR
Ovulyasiya problemləri.

Sonsuzluqların 5-25%-ni ovulyasiya pozğunluqları təşkil edir. Normal qadınlarda hər ay yetişmiş yumurta hüceyrənin partlaması, yəni- ovulyasiya baş verir.
Sonsuzluğun ən vacib səbəbi anovulyasiyadır (ovulyasiyanın olmaması). Hər ay menstruasiya olduğu halda ovulyasiya olmaya bilər. Əgər qadında ovulyasiyanın olmaması aşkarlanarsa, dərman müalicəsi ilə ovulyasiya bərpa oluna bilər. Müalicə alnan qadınların 80%-dən çoxunda müntəzəm ovulyasiya müşahidə olunur.
Fallop boruları ilə əlaqədar olan problemlər.

Hamiləliyin baş tutması üçün ən vacib şərtlərdən biri də, uşaqlıq borularının açıq olmasıdır. Sonsuzluğun səbəblərinin 35%-ni boruların keçiriciliyinin normal olma ması təşkil edir. Borular bir sıra infeksion və digər xəstəliklər nəticəsində tutula bilər. Uşaqlıq borularının açıq olub olmadığını müəyyənləşdirmək üçün xəstələrə histeroskopiya və diaqnostik məqsədlə laparoskopiya aparıla bilər. Əgər boruların bağlı olması müəyyən olunarsa, bu cərrahi yolla düzəldilə bilər. Lakin cərrahi üsulla nəticə alınmayacağı düşünülürsə, xəstəyə süni mayalanma (İVF) məsləhət görülür.
Endometrioz və endometrioma (şokolad kistləri)

Güclü menstruasiya ağrıları, qasıq nahiyyəsində və cinsi əlaqə zamanı ağrıları olan xəstələrin 50-70 %-də endometrioz deyilən xəstəlik vardır. Normada uşaqlığın daxili səthini təşkil edən hüceyrələrin (endometrium) uşaqlığın xaricində yerləşməsi endometrioz adlanır. Yumurtalıqların endometriozu isə endometrioma deyilən �şokolad kistlərinə� yol açır. Klinikamızda laporoskopik metodların köməyi ilə endometriozun diaqnistika və müalicəsində xəstələrə yüksəsəviyyəli tibbi xidmət göstərilir. Endometriozun erkən mərhələlərində ( I, II mərhələ) xəstələrə İUİ (Uşaqlıqdaxili İnseminasiya) uyğun görüldüyü halda, III-IV mərhələlərdə Süni Mayalanmanın həyata keçirilməsi daha məqsədəuyğundur.
Uşaqlıq boynu problemləri.

Sonsuzluq zamanı uşaqlıq boynu problemləri nadir hallarda tək səbəb kimi rast gəlinir. Bu zaman əvvəlcədən xüsusi metodlarla hazırlanmış sürətli hərəkətli sprmatozoidlər uşaqlığın daxilinə inseminasiya olunur (İUİ).

Yaş faktoru.

40 yaşından sonra qadınlarda hamilə qalmaq ehtimalı son dərəcədə azalır. 40 və ondan yuxarı yaşlarda menstrual tsikl normal olsa belə, hamilə qalma ehtimalı yalnız 10% təşkil edir. Yumurtanın inkişafı və ovulyasiya olsa da, yetişmiş yumurta hüceyrənin mayalanması çox çətindir. Hamiləlik baş tutduqda belə 40 yaşından yuxarı qadınlarda düşük riski artmış olur.

Səbəbi aşkar olunmayan sonsuzluqlar.

Sonsuzluqların təxminən 5-10%-də bütün müayinələrin nəticəsi normal olur. Aparılan bütün muayinələrə baxmayaraq sonsuzluğun səbəbi aşkarlanmır. Bu, səbəbi məlum olmayan sonsuzluqlardır. Bu zaman xəstələrə İUİ məsləhət görülür. İUİ 5-10% hallarda effekt verir. 3-4 cəhtdən sonra effekt alınmazsa, xəstələrə İCSİ uyğun görülür.
Kişi sonsuzluğunun aşağıdakı səbəbləri vardır:

-Hormonal səbəblər
-Sperm əmələ gəlmə pozğunluqları ilə əlaqədar olan səbəblər (kriptorxizm, varikosele, xayaların iltihabi xəstəlikləri və s.)
-Genetik səbəblər
-Toxumdaşıyıcı orqanların patologiyaları ilə əlaqədar olan səbəblər

Hormonal səbəblər.

Daxili sekresiya vəzisi olan hipofiz FSH və LH kimi hormonları ifraz edir. Bu hormonlar sperm əmələ gəlməni və kişi cinsi hormonu testosteronun sintezini stimulyasiya edir. Bu hormonların sintezinin və ya ifrazının pozulması kişi sonsuzluğuna gətirib çıxara bilər.

Sperm əmələ gəlmənin pozulmasının aşağıdakı səbəbləri vardır:

Kriptorxizm �xayaların anadangəlmə normal yerinə enməməsidir. Bu zaman xayaların qasıq kanalı və ya qarın boşluğunda qalması nəticəsində sperm əmələ gəlməsi pozulur.
Varikosele �xaya damarlarının patoloji genişlənməsidir. Sonsuz kişilərin təxminən 38%-də bu problem müşahidə olunur. Varikosele sperm hərəkətliliyinin və sayının azalmasına səbəb olur. Varkosele cərrahi yolla müalicə olunur. Klinikamızda bu əməliyyat böyük müvəffəqiyyətlə həyata keçirilir.
Bəzi dərman maddələrinin və radiasiyanın təsiri. Toxum əmələ gətirən, həmçinin testosteron sintez edən hüceyrələr radiasiyaya qarşı çox həssasdır. Radiasiyanın təsirindən sperm əmələ gəlmə pozula bilər. Həmçinin bir sıra dərman maddələri testosteronun sintezini azaldır.Bunlara aşağıdakılar aiddir: simetidin, ketokanazol, spironolakton və s. Bununla yanaşı alkoqol, marixuana, heroin, xərçəng xəstəliyinin müalicəsində istifadə olunan bəzi preparatlar testosteronun sintezini azaltmaqla yanaşı, sperm əmələ gətirən hüceyrələrə təsir edərək, sperm əmələ gəlməni azaldır.
Xayaların iltihabi xəstəlikləri. Kişilərdə keçirilmiş parotit infeksiyasından sonra 10% hallarda xayaların iltihablaşması baş verir. Bu da, xaya toxumasının zədələn məsinə və sperm əmələ gəlmənin azalmasına səbəb olur.

Genetik səbəblər

Sonsuz kişilərin təxminən 10-15%-də genetik pozğunluqlar müşahidə olunur. Genetik pozğunluqlar əsasən azoospermiyası olan kişilərdə aşkarlanır. Normada kişilərdə 46 XY , qadınlarda 46 XX xromosom dəsti vardır. Genetik müayinələr zamanı sonsuzluqdan əziyyət çəkən pasientlərdə Klaynfelter sindromu (47 XXY xromosom dəsti), 47 XYY-sidromu və s. kimi anomaliyalar müşahidə olunur.Sonsuz kişilərin təxminən 20%-də Y xromosomunun uzun qolunda AZF(Azoospermia Factor) kimi tanınan nahiyələrdə DNT zəncirinin bir hissəsinin olmaması aşkarlanır. Bu patologiya eyni şəkildə atadan oğlan uşağına verildiyi üçün, onun araşdırılmasının mühüm əhəmiyyəti vardır. Bu patologiya PZR analizləri vasitəsilə aşkarlanır.

Toxumdaşıyıcı yolların patologiyaları.

Xayalarda sprmatogenez nəticəsində əmələ gələn toxum toxumdaşıyıcı axacaqla (ductus deferens) penisə daşınır. Bəzi kişilərdə toxumdaşıyıcı axacaqların anadangəlmə inkişaf etməməsi və ya olmaması müşahidə olunur. Belə şəxslərdə spermatogenez pozulmur, yalnız onun daşınmasında problem yaranır. İynə ilə xayadan toxum əldə edib (TESA), yumurta hüceyrə ilə mikroinyeksiya (İCSİ) vasitəsilə mayalandırmaqla, belə kişilərin uşaq sahibi olmaları təmin olunur. Bununla yanaşı infeksiya, travma, keçirilmiş cərrahi müdaxilələr nəticəsində, prostat kistləri və ya daşlar olduqda kanal tamlığı pozulduğu üçün toxum əmələ gəlməsinə baxmayaraq, onun xaricə çıxması pozulur. Bu pozğunluq cərrahi əməliyyatla aradan qaldırıla bilər.

Sonsuzluq zamanı stndart müalicə üsulları effekt vermədikdə, pasientlərə ən son metod kimi süni mayalanma məsləhət görülür. Probleminiz nə olursa olsun, Azər-Türk Med Tibb Mərkəzinin yüksəkixtisaslı mütəxəssisləri daim şikayətlərinizi dinləməyə, sonsuzluğun əsl səbəbini aşkara çıxartmağa və sizə lazımi tibbi yardım göstərməyə hazırdırlar.

Ailə və Uşaq     Baxılıb: 3135   Tarix: 21 dekabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Bu problem hamilə qalmağa mane olur

Hamilə qalaraq dünyaya övlad gətirmək hər bir qadının arzusudur. Ancaq bu bəzilərində elə də asan həyata keçmir. Bəzi qadınlar uzunmüddət hamilə qala bilmir və ya  düşüklə nəticələnir. Yaranan vəziyyətin səbəblərindən bir

.

Hamilə qadın diş çəkdirə bilərmi?

Hamilə olduğunuz müddətdə hormon səviyyənizdəki dəyişikliklər diş əti xəstəliyi və digər diş problemlərini inkişaf etdirə bilər. Buna görə də, hamilə qadınlar bu müddətdə diş həkimi ilə müntəzəm olaraq əlaqə saxlamalı, dişlərin

.

Ana südünü artıran 7 qida

Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir. Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?. Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:. 1. Yumurt

.

Körpələri xodunoka qoymaq ziyandır – Həkimdən dəhşətli xəbərdarlıq

Uşaqlarda onurğa, bel sümük əzələ problemlərinə, skolioza yol açan səbəblərdən biri də anaların körpəni iməkləməyə başlayan müddətdə "xodunok" deyilən uşaq arabalarına öyrəşdirməsidir. Bu arabada körpənin beli dü

.

6 aylıq uşağın inkişafı

İlin ilk yarısının sonunadək uşaq ona yeni olan yeni bacarıqları öyrənir. O, oturmağa, qalxmağa və sürünərək hərəkət etməyə başlayır. O, böyüklərlə ünsiyyət prosesində fəal iştirak edir, emosiyaları aydın olur, xarakter xüsusiyyətlər

.

9 aylıq uşağın inkişafı

9 aylıq inkişaf dövrü – bir çox körpələr üçün iməkləmədən, ayaq üstə durmağa, gəzməyə çalışma dövrü hesab olunur. bildirir ki, bəzi körpələr isə iməkləmədən də gəzə bilir. Bu da normal hal hesab olunur. - 9 aylıq körpəni

.

Normal doğumun 10 faydası: Keysəriyyə əməliyyatına ciddi zərurət olmalıdır

 . Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Dos. Dr. Özlem Özgür Gürsoy ana olmağa hazırlaşan qadınlara müraciət edib. O, keysəriyyə ilə doğumun yalnız tibbi zərurət halında tətbiq oluna biləcək bir seçim olduğunu, norma

.

Körpənin yatağı necə olmalıdır? Vacib qaydalar

Uşaqların əhval-ruhiyyəsinə və sağlamlığına təsir edə biləcək çarpayının seçilməsi heç də az əhəmiyyətli məsələ deyil. Düzgün çarpayı seçimi həm onurğa sütunun normal inkişafına, həm də sinir sisteminə müsbət təsir göstərir

.

Övladlarınızı ANA SÜDÜndən məhrum etməyin

Körpələrin təbiətin onlara bəxş etdiyi ən qiymətli qida olan ana südü ilə qidalandırılmasının çox önəmli olduğu sübut edilmişdir. Ana südünün əsas xüsusiyyətlərindən biri uşağın yaşından və vəziyyətindən asılı olaraq dəyişilməsidir:

turlar.az

sonxeber.az yaz geyimleri 2024 makiyaj instagram kosmetika mehsullari olum haqqinda maraqli faktlar qadın dünyası az sərxan kərəmoğlu qatiqli sirniyyat gəncə həsən bəy zərdabi birlik haqqinda rəksanə novruz hakista