Soyuq havada xəstəliklərdən necə qorunaq

Soyuq havada xəstəliklərdən necə qorunaqHavaların kəskin soyuması ilə əlaqədar bədən temperaturu soyuğa uyğunlaşa bilmir. Buna görə də orqanizmdə mövcud olan xəstəliklər soyuq havada daha da kəskinləşməyə başlayır. Soyuq hava şəraiti sistit, angena, tənəffüs çatışmazlığı və digər xəstəliklərin kəskinləşməsinə gətirib çıxarır. Çoxları qış xəstəliklərinin öz-özünə keçəcəyinə ümid edərək, onlara fikir vermir. Amma unutmayaq ki, qış mövsümündə başlayan xəstəliklər bütün dünyada ən çox rast gəlinən və ən çox iş qüvvəsi itkisinə səbəb olan xəstəliklərdir.

Xarici mətbuata istinadən soyuq havada meydana gələ biləcək xəstəlikləri və onların müalicə vasitələrini təqdim edirik:

Qışın bəlası - angina
Payız - qış aylarında insanların 70 faizi bu xəstəlikdən əziyyət çəkir. Anginanın yaranmasına səbəb streptokokklar, viruslar və pnevmokokklardır. Soyuqdəymə angenaya meyilliyi artırır. Məlumdur ki, angina zamanı badamcıqlar şişir, irinləyir. Virus badamcıqlara hava-damcı yolu ilə keçir. Anginaya ötəri yanaşmaq olmaz, o ciddi xəstəlikdir. Əgər anginadan bir-iki həftə sonra oynaqlarda ağrılar hiss etsəniz, dərhal revmatoloqa müraciət edin. Bu, anginanın səndə revmatizm xəstəliyi yaratması deməkdir. Xroniki tonzitlərdə isə cərrahi müdaxiləyə ehtiyac var.

Əlamətləri
Xəstəlik zamanı hərarət 40 dərəcədən də yüksəyə qalxa bilir. Xəstədə başağrısı, halsızlıq, iştahanın olmaması, udqunma zamanı ağrı kimi hallar aşkarlanır. Angina zamanı qan damarları sıxıldığından udlağa qan gəlmir.

Məsləhət:
· Qırmızı çuğunduru sürtgəcdən keçirib, şirəsini çıxart. Bir stəkan qırmızı çuğundur şirəsinə 1 xörək qaşığı sirkə tök. Gündə 5-6 dəfə həmin qarışıqla boğazını ovuşdur.
· Cirə otundan 1 çay qaşığı götürüb, 1 stəkan suda qaynat. Gün ərzində 3-4 dəfə yeməkdən yarım saat əvvəl ¼ stəkan iç.
· Spirt 100 ml., nanə 2,5 qr., novokain 5 qr., anestezin 1,5 qr. götürüb qarışdır. Gündə iki dəfə qarışıqdan boğaza sürt, sonra qalın şərflə bağla.

Tənəffüs çatışmazlığı

Ağciyər xəstəlikləri qorxulu olduğu qədər də çox yayılandır. Qış aylarında isə bu xəstəliyə yoluxmağın riski daha da artır. Ağciyər xəstəlikləri arasında ən geniş yayılanı tənəffüs çatışmazlığıdır. Yaranmasına bronx boşluğunun və ağciyərdə qan dövranının pozulması səbəb ola bilər. Tənəffüs çatışmazlığına ötəri yanaşmaq olmaz. Bu xəstəlik insanın ölümünə belə səbəb ola bilər.

Əlamətləri
Tənəffüs çatışmazlığı zamanı beyinə oksigen ötürülmür. Xəstədə başağrısı, halsızlıq, tənginəfəslik, boğulma kimi hallar müşahidə olunur. Tənəffüs çatışmazlığını dərinin boz rəngdə olması ilə də müəyyən etmək olar.

Məsləhət:
Tənəffüs çatışmazlığı olanda idman etmək məsləhətdir.
· Təzə narı sıxıb, suyundan gün ərzində 6 dəfə 1 xörək qaşığı için.
· Yulaf çöpündən 3 xörək qaşığı götürüb, 2 stəkan qaynar suya tökün. 1-2 saat saxladıqdan sonra, süzüb için.

Soyuq əllər
İnsanların çoxu yay və ya qış vaxtı əl - ayaq barmaqlarının soyuq olmasından şikayətlənir. Çoxlarımız buna ötəri yanaşırıq. Qeyd edək ki, bu ciddi xəstəlikdir. Tibb elmində sklerodermiya kimi tanınan bu xəstəlik orqanizmdə ciddi problemlərin yaranmasına, həyatın iflic olmasına gətirib çıxara bilər. Sklerodermiya birləşdirici toxumaların xəstəliyidir. Böyrəklər, sinir sistemi və ürəklə əlaqədardır. Bu xəstəliyə qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir. Xəstəlik zamanı immunitet aşağı düşür. Xəstəliyin yaranmasına soyuqdəymə, bakteriya və virus infeksiyası, xroniki və endokrin xəstəlikləri, allergiya və əsəb sisteminin pozğunluğu səbəb olur.

Əlamətləri
Əllər soyuq olur, dırnaqlar göyərir. Nəticədə, bir-iki ildən sonra dəri bərkiməyə, çatlamağa başlayır, saçlar tökülür və dırnaqların kənarında ətlər çıxıb, tez-tez qanayır. Ürək nahiyəsində ağrılar olur. Xəstəlik ciddi olduğundan müalicə mütəmadi aparılmalıdır.

Məsləhət:
Sklerodermiya xəstəsi stresdən uzaq olmalı, qışda daim isti paltar geyinməlidir. Xəstəlik zamanı yaxşı olar ki, səhərlər idmanla məşğul olub, əl və ayaq barmaqlarına tez-tez masaj edəsiniz.
· Cökəçiçəyindən, qatırquyruğu otundan, üçrəng bənövşədən,ballıbaba otundan, tozağacından eyni miqdarda götürüb qarışdırın. Qarışıqdan bir xörəq qaşığı götürüb, 1 stəkan isti suya töküb, 1 saat dəmləyin. İki yerə bölüb, gün ərzində için. Müalicəni 1-2 ay davam etdir.
· Yemişan, qaraqınıq (duşitsa), qaxotu, şirquyruğu, cökəçiçəyi, qırmızı yonca və pıtraq bitkisindən eyni miqdarda götürüb qarışdırın. Qarışıqdan 1 xörək qaşığı götürüb, 1 stəkan suda qaynadın. Gün ərzində 3 dəfə yeməkdən yarım saat əvvəl 0,3 stəkan için.

Soyuqdəymədən yaranan sistit
Soyuq havalarda ən çox rastlanan xəstəliklər sırasında sistitin adı ilk sıralardadır. Sistit sidik kisəsinin selikli qişasının iltihabıdır. Sistit xəstəliyinə daha çox qadınlarda rast gəlinir. Kişilərdə isə daha çox xroniki sistit olur. Sistitin yaranmasına səbəb kiçik çanaqda və sidik kanalının divarlarında qan dövranının pozulması, immunitetin aşağı düşməsi, infeksiya və soyuqdəymədir.

Əlamətləri
Sistit zamanı xəstə tez-tez sidiyə gedir, sidik kisəsində kəskin ağrılar olur. Ağır formada olanda isə xəstədə bədən temperaturu artır, hər 15-20 dəqiqədənbir sidiyə gedir, ürəkbulanma olur.
Əgər xəstəliyin yaranmasına səbəb infeksiyadırsa, onda qadın həm də genekoloq müayinəsindən keçməlidir.

Məsləhət:
Sistiti müalicə etmək üçün öncə dar şalvar və ya alt paltarı geyinməmək lazımdır. Əgər işiniz oturaqdırsa hər 1,5 saatdanbir 5 dəqiqə ayaqüstdə durub, dincəlin. Kəskin ədviyyatlı yeməklərdən uzaq ol. Əgər qəbizlik varsa, qida rasionuna çoxlu meyvə və tərəvəz daxil edin. Hərarət qalxanda isə ancaq su içmək lazımdır.
· 1 stəkan yulaf toxumunu 2 stəkan suya töküb, qatılaşana kimi qaynadın. 1 xörək qaşığı bal qatıb qarışdırın. Gün ərzində 3 dəfə ½ stəkan qəbul edin.
· Əczaxanada satılan çobanyastığı qurusundan (20 qram), nanə (15 qram) və ağcaqovaq ağacının qurusundan (20 qram) götürüb qarışdırıb. Ondan bir xörək qaşığı götürüb, 200 ml. suda 3-4 saat vam odda dəmə qoyun. Gün ərzində yeməkdən əvvəl 4-5 dəfə 100 ml. qəbul edin.

Sağlamlıq     Baxılıb: 2086   Tarix: 02 oktyabr 2014
f Paylaş

Oxşar xəbərlər

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

turlar.az

kosmetoloq yemek reseptleri toy makiyaji sekilleri balıq və dəniz məhsulları 2026 geyim kolleksiyasi muslim somen beautiful qadin dunyasi net kosmetika sac modelleri lakonizm azerbaycan ariqlamaq yemekler