Temperatur yüksəlibsə...

Temperatur yüksəlibsə...Xəstəlik zamanı insan yüksək hərarətdən əziyyət çəkir. İstənilən temperatur dəyişikliyi orqanizmdə hansısa iltihabi prosesin başlandığından xəbər verir. Mütəxəssislər bildirirlər ki, ümumiyyətlə, normal bədən temperaturu 36,6 dərəcə hesab olunur. Gün ərzində aktiv hərəkət hərarətin həmin normadan bir qədər kənara çıxmasına səbəb ola bilər, lakin bəzi hallarda bədən hərarətinin daim normadan aşağı və yuxarı olan insanlar da var. Onların bir çoxu bədən hərarətinin fərqli olmasından təşvişə düşür.
Milli.Az xəbər verir ki, həkim-terapevt Solmaz Musayeva AZƏRTAC-a verdiyi müsahibədə bildirib ki, əgər müayinə zamanı heç bir xəstəlik aşkar olunmayıbsa, narahatlığa əsas yoxdur: "Bəzən temperaturun aşağı olması, bəzən 37 dərəcəyə qədər olması müşahidə edilir. Əgər heç bir şikayət yoxdursa, qanın ümumi analizində heç bir dəyişiklik baş verməyibsə, mərkəzi sinir sistemində patoloji hal yoxdursa, bu, orqanizmin fizioloji halı kimi dəyərləndirilə bilər".
Onun dediyinə görə, istənilən halda tibbi müayinə vacibdir, çünki bəzi hallarda temperaturun normadan fərqli olması bir çox xəstəliklərdən xəbər verə bilər: "Xəstə virus infeksiyası keçiribsə, öskürək varsa, bədən temperaturu 35,6, 36,0, 36,2-dən yuxarı qalxmır və bakterial infeksiya göstəriciləri yüksəkdirsə, bu, artıq orqanizmin mübarizə apara bilməməsi deməkdir. Temperaturun patoloji olaraq 37,0 və 37,5 dərəcə olması hər hansı xroniki infeksion və ya autoimmun xəstəliyin göstəricisi ola bilər".
Bədən hərarəti ağız boşluğu, qoltuqaltı və düz bağırsaqda ölçülə bilər və bu zaman göstəricilərdə 1 dərəcə fərq olur. Həkim-terapevt onu da qeyd edib ki, sağlam insan bədənində ən yüksək temperatur saat 18-dən sonra, ən minimum temperatur isə gecə saat 3-də olur. Həkim qeyd edib ki, hər kəsin öz normal bədən hərarətini bilməsi çox vacibdir. Hərarəti günorta saatlarında qida qəbulundan bir müddət keçəndən sonra sakit vəziyyətdə ölçmək lazımdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1808   Tarix: 07 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

turlar.az

geyim necə seçməli toy makiyaji sekilleri hamilelikde qidalanma qadın kosmetika döş əmən kişilər xiyar tursusunun hazirlanmasi qaydasi diş ağrısı kosmetika novruza aid hakışda xanim az intim vicdan cinsi əlaqə