Tuş seçimi

Tuş seçimiTuş seçimi çox ciddi məsələdir, ilk növbədə, tuş keyfiyyətli olmalıdır ki, gözlərə mənfi təsir göstərməsin. Tuşu düzgün seçməyin bir neçə qaydası var. Birincisi, qablaşdırmaya fikir verin. Qabda tuşun növü, ölkə və istehsalçının adı, həmçinin hazırlanma müddəti və tərkibi göstərilməlidir. Yaxşı olar ki, tuşu vitrindən almayasınız. Çünki ola bilsin onu kimsə açıb yoxlayıb. Sonra tuşun fırçasını çıxararaq rənginə və iyinə fikir verin. Yaxşı tuşdan ətir gəlmir və ya çox az şirin iy gəlir. Tərkibinə görə tuş kremə bənzəməlidir. Əgər o, həddindən artıq duru və ya qatıdırsa, deməli saxlama şəraitinə düzgün əməl olunmayıb. Tuşun keyfiyyətinə tam əmin olmaq üçün fırçanı ovcunuza sürtün: əgər xətt hamardırsa, topalar əmələ gəlmirsə, deməli, ondan rahat istifadə edə bilərsiniz.

Ən ideal tuş rəngi
Özünüzə və məkana yaraşan ideal rəngi seçin.
Qara tuş klassikadır. Onu hər gün istifadə etmək olar. Eləcə də qara tuş ziyafət makiyajının ayrılmaz hissəsidir. Həmçinin üst kirpiklərə qara, alt tərəfə isə gözünüzün rənginə uyğun tuş vura bilərsiniz.
Əgər siz sarışınsınızsa, qaşlarınız və kirpikləriniz açıq rəngdədirsə, tünd-qəhvəyi tuşdan istifadə edin. Belə tuş daha təbii görünəcək.
Əgər saçınız qaradırsa, onda qara-göy tuş seçə bilərsiniz. Məhz qara-göy, sadə göy yox. Belə ki, gündəlik həyatda göy tuş bayağı görünür. Onu ziyafətlərə vurmaq məsləhətdir.

Tuşun növləri:
Uzadan, həcm verən, suyadavamlı
Tuşlar həm tərkibinə, həm də fırçanın formasına görə fərqli olur.

1. Uzadan tuşun məqsədi adından da məlumdur. Onun tərkibinə kirpikləri daha uzun edən xüsusi liflər (ipək və neylondan) daxildir. Çox zaman belə tuş ikili qutuda satılır - ağ kreməbənzər kütlə kirpikləri uzadır, ikinci tərəf isə rəngləyir. Belə tuşu çox vurmaq olmaz, yoxsa kirpikləriniz elə uzanar ki, gözlərinizi açmaq çətinləşər.

2. Həcm verən tuş gözlərin ifadəliliyini artırır, kirpikləri sıxlaşdırır. Bu effekt mum sayəsində əldə olunur. Mum kirpikləri hər tərəfdən əhatə edir. Belə tuşun fırçası hamar tüklü olmalıdır. Bəzi kompaniyalar qaba əlavə fırça da qoyurlar ki, kirpiklərə daha yaxşı forma vermək mümkün olsun.

3. Suyadavamlı tuş rütubətli hava üçündür. Belə ki, tərkibindəki qatran onu rütubətdən şişməyə qoymur. Belə tuş çox zaman allergik reaksiya verir, ona görə ondan müstəsna hallarda istifadə etmək lazımdır. Əgər qutunun üzərində "moisture-proof" yazılarsa, belə tuşu hovuza, saunaya rahat vura bilərsiniz, çünki bu tuş istənilən rütubətə tab gətirəcək. Amma onu silmək üçün xüsusi vasitələr tələb olunacaq.

Tuşun tərkibi sabun, rəngləyici piqment, su, donuz pəyəsi və s-dən ibarətdir.

Mənbə: "Aysel" jurnalı

Gözəllik və Moda     Baxılıb: 5769   Tarix: 21 oktyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Bu ilin məşhur makiyaj trendləri hansılar olacaq?

Makiyaj dünyası, hər il yeni trendlərlə zənginləşir və kosmetika sənayesi inkişaf etdikcə, istifadəçilər daha çox müxtəlif texnikalar və məhsullar ilə tanış olur. 2025-ci il üçün gözəllik dünyasında gözlənilən ən maraql

.

Gözəlliyin qadınların sosial və peşə həyatına təsiri

Gözəllik, cəmiyyət tərəfindən qiymətləndirilən bir atribut olaraq, qadınların sosial və peşə həyatında əhəmiyyətli bir rol oynayır. Bu təsir, cəmiyyətin gözəllik standartlarına uyğunlaşmaqla yanaşı, qadınların özlərini nec

.

Üzünüzün daha gənc görünməsi üçün dodaq boyası necə seçilməlidir?

Makiyaj, xüsusilə də dodaq boyası, üz cizgilərini vurğulamaqla yanaşı, vizual olaraq yaşı daha cavan göstərə bilər. Ekspertlərə görə, düzgün seçilmiş çalarlar dodaqlara təravət, dolğunluq və gənclik effekti qatır. Yaş artdıqc

.

Saçların tez-tez yağlanmasının 5 SƏBƏBİ

Qadın gözəlliyinin əsas elementlərindən biri saçlardır. Hər bir qadın istəyir ki, gur və parlaq saçları ilə daim diqqəti öz üzərinə çəksin. Amma bəzi səbəblərdən saçlar öz canlılığını itirir və tez-tez yumağımıza baxmayara

.

50 yaşdan yuxarı qadınlara yaraşmayan saç kəsimləri

Uğursuz saç kəsimi ən düşünülmüş obrazı belə poza bilər. Yetkin yaşda çox qısa, ağır və həcmiz (yəni yastı) saç modellərindən uzaq durmaq tövsiyə olunur. Əvəzində düzgün seçilmiş saç düzümü təbii gözəlliyi vurğulayır və insanı

.

Birinə bənzəməyə çalışarkən bir-birimizə oxşadıq

20 aprel Dünya Birinə Bənzəmə günüdür. Qadınlardan danışmaq istəyirəm. Özünü bəyənməyib kiməsə oxşamağa çalışan qadınlardan. Birinə bənzəmək istəyərkən bir də baxdılar ki, bir-birinə bənzəyirlər. Nə üçün? Mən deyim, siz d

.

Fransız qızlarının gözəllik sirləri

Nədənsə 50 yaşdan yuxarı bir çox fransız qadını yaşına baxmayaraq təbii və cazibədar görünməyi bacarır. Maraqlısı budur ki, bu görünüş üçün çox da səy göstərmirmiş kimi görünürlər. Bunun arxasında isə illərlə formalaşmı

.

40 yaşından sonra necə düzgün makiyaj etmək olar?

Zamanla dərimiz dəyişir, parlaqlığını itirir və göz ətrafında incə qırışlar görünməyə başlayır. Mütəxəssislər 40 yaşdan yuxarı qadınların təravətli və gənc görünüşünü necə qoruya biləcəyinin sirlərini bölüşüblər. Parıltısı

.

"BOLTUŞKA" - Dərinin təmizlənməsi üçün ƏN YAXŞI VASİTƏ

Sizə kosmetoloqların tez-tez istifadə etdiyi məşhur "boltuşka"nın reseptini təqdim edirik. Bu tanınmış vasitə sızanaqlarla mübarizədə çox effektlidir. Boltuşkanın reseptləri çoxdur, sizi bu reseptlərdən biri il

turlar.az

hamiləlik yay kolleksiyasi kosmetoloq cinsi problemlər xina yaxdi sozleri ərzaqlar sepgilere qarsi maska kosmetika qadin.az qaynanaya aid novruz pehriz burclerin uygunlugu