Uşaq tərbiyəsində üç mövqe

Uşaq tərbiyəsində üç mövqeUşaq tərbiyəsində valideyn üç mövqedən çıxış edir. Bunlar aşağıdakılardır:
1. Passiv mövqe
2. Aqressiv mövqe
3. Qətiyyətli mövqe

Bir çox valideynlər övladlarına passiv mövqedən yanaşmağa vərdiş ediblər… Bu hər bir münasibətdə özünü göstərir. Onlar belə deyirlər: " Mənim balam, sən nənəngilə getməyə hazırsan?". Belə vəziyyətlərdə adətən uşaqlar valideynin sözünə ya reaksiya vermirlər, ya da "yox" — deyə cavab verirlər. Beləliklə, uşaq oynamağa davam edir. Çünki təbii olaraq düşünür ki, o hazır deyil. Valideyn isə öz növbəsində, uşağın hərəkətini sözəbaxmamazlıq kimi qəbul edir ( amma bu belə deyil) və dərhal passiv mövqedən aqressiv mövqeyə keçir. "Sənə demədim, hazır ol. Gərək qışqıram, adamı eşitmək istəmirlər. İndi çıxıb gedəcəm, qalacaqsan tək edvə. Sonra ağlasan da aparmayacam. Di dur, tez." , sonra isə belə davrandıqları üçün peşman olurlar. Yenə passiv mövqeyə keçirlər. " Dur gedək, əgər sözə qulaq assan, tez hazırlaşsan yolda sənə dondurma alacam" — deyir.

Başqa misal, uşaq evin qapısı ilə oynayır, ana da gün ərzində iş çoxluğundan yorulmuş halda, passiv mövqedən çıxış edir — " ay bala, eləmə" — deyir, uşaq elə bil eşitməyib, yenə davam edir, ana təkrar " eləmə demədim?", uşaq gülür və çəkilir, ananın fikri yayınan kimi davam edir qapı ilə oynamağa. Bu dəfə ana aqressiv mövqeyə keçir, başlayır qışqırmağa " Sənə neçə dəfə deyərlə?", yaxınlaşıb uşağa bir — iki sillə vurur. Sonra peşman olur. Yəqin ki, bir çox valideynlər, xüsusən analar belə hallarla dəfələrlə qarşılaşıblar. Bunun üçün qətiyyətli mövqe lazımdır. Uşağa "yox" söünü qəti şəkildə demək lazımdır. Sonuncu misalda əgər uşaq qapı ilə yox, cərəyanla oynasa idi, ya da qazla ana hansı mövqedən çıxış edəcəkdi? Təbii ki, bir dəfə də olsun " ay bala, eləmə" deməyəcəkdi, dərhal uşağını təhlükədən uzaqlaşdıracaqdı..

Çox vaxt valideynlər şikayətlənirlər ki, uşaq onları əsəbləşdirir. Bununla hər bir günahın sorumlusu uşaq olur. Valideyn bütün məsuliyyəti uşağın üstünə atır. Uşaq valideynin hərəkətlərinin məsuliyyətini daşımış olur. Belə sual yaranır- Demək uşaq sizi idarə edir? Siz böyük adamsınız, balaca uşağın əlində oyuncamı olmusunuz? Sizin hərəkət və hissləriniz onun əlindəki "pult"dan asılıdır yoxsa? Təbii ki, "yox" cavabı gələcək, Elə isə özünüzü toplayın və hər bir davranışınızda qətiyyətli olun. Uşaq anlasın ki, siz sözləri havaya sovurmayırsınız. Unutmaq lazım deyil ki, uşağımızı tərbiyə etməklə, onu öyrətməklə özümüz də öyrənirk. Bir müəllimim vardı, tez -tez bu kəlməni təkrar etməyi xoşlayırdı: " Öyrətmək elə öyrənməkdi". Əvvəl düşünürdüm ki, yəqin müəllimin lazımı leksikonu yoxdu, ya da başqa bir şey bilmir. Sonra anladım ki, bu fikirdə böyük hikmət var. Kim deyir ki, öyrətmək ayrı, öyrənmək ayrıdır. Öyrədən anda biz özümüz də öyrənirik. Ya biliyimiz təkrarlanıb, daha da möhkəmlənir, ya da öyrədən anda bilmədiyimiz bir çox bilik, bacarıq və vərdişlərə yiyələnmiş oluruq. Uşağa bizim "yox" sözümüzü eşitməyi öyrətmək üçün, özümüz də qətiyyətli olmağı öyrənməliyik. Yuxarıdakı misalda ana balasına sual edir və bu passiv mövqedə olan valideyn durumudur. Ona sual etdikdə ana bütün gücünü uşağına verir və düşünür ki, uşaq bu gücdən istifadə edib özünü yaxşı aparar, bunun əvəzini görmədikdə o məyus olur. Bunun üçün ana: " Biz gedirik, gəl ayaqqabılarını geyin" — deməli idi. Uşaq anlamalı idi ki, o hazırdı, ya hazır deyil, bu vəziyyətdə heç bir rol oynamır, anası gedir və o da ayaqqabılarını geyinməlidir.

Qətiyyətli mövqedə olan valideyn şikayətlənmir, nə istədiyini və uşağından nə gözlədiyini dəqiq bilir. Ondan tələb etdiyini, öyrətdiyini sabah unutmur, nəzarət edir ki, öyrətdiyini uşaq tədbiq edirmi ya yox. Çox vaxt uşaq evdə stolun üstünə çıxanda, ya divandan hoppananda ana çox da fikir vermir, evə qonaq gələndə isə uşağının elədiyindən utanır. Başlayır qadağa qoymağa. Bir -iki gün keçməmiş uşaq o hərəkəti təkrar edəndə, deyir: " Öyrətmişəm, başa salmışam, onun üstündə döymüşəm ki, ay bala, eləmə, yenə eləyir, daha neyniyim, bəxtimə pis uşaq çıxıb". Pis uşaq niyə olur, sadəcə qadağa qoymusunuzsa, nəzarət edin ki, dediyinizə əməl olunurmu, Daha bu gün deyib, sabah seriala sakit şəraitdə baxasınız, ya telefonla rahat danışasınız deyə uşaq qadağaya əməl etməyəndə dinmirsiniz, serial, telefon danışığı bitdikdən sonra " başım qarışıq olanda istifadə edirsən " — deyə ittiham etməyin. Lazım gəlsə serialdan yayının, telefon dəstəyini yerə qoyun, göstərin ki, "dedinizsə qurtardı, güzəşt yoxdu", bir — iki qətiyyətli hərəkət və nəzarət uşağınıza göstərəcək ki, " yox" sözünə əməl etmək gərək.

Ailə və Uşaq     Baxılıb: 2752   Tarix: 01 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Uşaqlar kababdan niyə imtina edir? - GİZLİN SƏBƏBLƏRİ VARMIŞ

Azərbaycanda uşaqların müxtəlif kabab yeməmələrinin səbəbi, görəsən nədir?. Sağlamolun.az bunu araşdırıb. Məlum olub ki, uşaqlar bu səbəblərə görə kabab yeməkdən imtina edə bilər:. Dad üstünlükləri: Uşaqlar müxtəlif dad üstünlüklərin

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

.

Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN

1. Oxucu sualı: Salam həkim. Bu yaxınlarda toyum olacaq. Həm ailə quracağım kəs, həm də mən ekiz uşaqlarımızın olmasını istəyirik. Bunun üçün nə isə məsləhətiniz varmı? Ümumiyyətlə, ekiz uşaqların doğulması nədən aslıdır?

.

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır. Dünya statistikasın

.

6 aylıq uşağın inkişafı

İlin ilk yarısının sonunadək uşaq ona yeni olan yeni bacarıqları öyrənir. O, oturmağa, qalxmağa və sürünərək hərəkət etməyə başlayır. O, böyüklərlə ünsiyyət prosesində fəal iştirak edir, emosiyaları aydın olur, xarakter xüsusiyyətlər

.

Normal doğumun 10 faydası: Keysəriyyə əməliyyatına ciddi zərurət olmalıdır

 . Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Dos. Dr. Özlem Özgür Gürsoy ana olmağa hazırlaşan qadınlara müraciət edib. O, keysəriyyə ilə doğumun yalnız tibbi zərurət halında tətbiq oluna biləcək bir seçim olduğunu, norma

.

9 aylıq uşağın inkişafı

9 aylıq inkişaf dövrü – bir çox körpələr üçün iməkləmədən, ayaq üstə durmağa, gəzməyə çalışma dövrü hesab olunur. bildirir ki, bəzi körpələr isə iməkləmədən də gəzə bilir. Bu da normal hal hesab olunur. - 9 aylıq körpəni

.

Uşağı əmzikdən tərgidirik. 2 üsul

Yenidoğulmuş uşağın qayğısı ananın bütün zamanını alır. Bu zaman əsl xilaskar əmzik olur, onunla uşaqlar tez yatır və az şıltaqlıq edirlər. Amma körpə böyüyür və əmziklə vidalaşma zamanı gəlib çatır. Bunu necə edək ki, əmzikl

.

Körpəni ilk saatından başlayaraq 6 ay yalnız ana südü ilə qidalandırın!- ÇAĞIRIŞ

"Bizim gələcəyimiz olan körpələrin sağlamlığı ana südündən başlayır. Xəstəliklərə qarşı əsas anticisimləri körpə ana südündən alır və ana südü ilə qidalandırma immunitetin güclənməsinə kömək edir. Odur ki, yeni doğulmu

turlar.az

qis geyimləri 2026 qaşların formalari hamiləlik ziyafət geyimləri 2026 sifahi xalq edebiyyati haqqinda cizgi filmləri kesmikli blincik kosmetika novruza aid hakışda hakista sozler aydin sani narin faydasi haxista