Uşaq yağı ilə 6 problemi həll edin!

Uşaq yağı ilə 6 problemi həll edin!Müxtəlif markaların istehsalı olan və uşaqlar üçün nəzərdə tutulan bədən yağları artıq sadəcə körpələrin deyil, həm də böyüklərin vazkeçilməzlərindəndir. Bir çox qadın bu yağlardan bütün bədənini nəmləndirmək üçün istifadə edir. Bunun üçün hamamdan çıxmazdan öncə uşaq yağını dəriyə çəkib masaj etmək və ilıq su ilə yaxalanmaq lazımdır. Ancaq uşaq yağından başqa məqsədlər üçün də istifadə edə bilərsiniz.

Publika.az-ın təqdim etdiyi məsləhətlərə əməl etsəniz, bu yağlar sizin əsl köməkçinizə çevriləcək.

1.Göz makiyajını təmizləyin

Pambığa bir az uşaq yağı töküb göz makiyajınızı təmizləyə bilərsiniz. Bu üsulla hətta suya davamlı tuş və layner belə asanlıqla təmizlənəcək.

2. Dərini təmizlə

Üzünüzü çirkdən və toksinlərdən təmizləmək üçün uşaq yağı çəkə bilərsiniz. Yağın içərisinə bir az çay ağacı yağı əlavə etsəniz, sızanaqlara və cizvələrə qarşı təsirli maska əldə etmiş olarsınız.

3. Təbii pilinq

1 çay qaşığı uşaq yağı ilə eyni miqdarda şəkər tozunu qarışdırıb təbii pilinq əldə edin və bu yolla dərini nəmləndirməklə yanaşı ölü hüceyrələri də təmizləyin.

4. Makiyaj fırçalarınızı təmizləyin!

Makiyaj üçün istifadə etdiyiniz fırçaları da uşaq yağından istifadə edərək təmizləyin. Ovcunuza bir az uşaq yağı töküb fırçaları bulayın. Bir neçə dəqiqə sonra fırçaları üzünüzü yuduğunuz gel və ya köpüklə təmizləyin. Bir müddət suyun altında saxlayın ki, yaxşı təmizlənsin. Beləliklə, fırçalarınız həm təmizlənəcək, həm də daha yumuşaq olacaqlar.

5.Quru saçlarınıza qulluq edin!

Saçlarınız həddən artıq qurudursa, yenə uşaq yağından faydalana bilərsiniz. Hamamdan çıxmazdan öncə islaq saçlarınızın uclarına bir az uşaq yağı çəkin. 3 dəqiqə gözləyib ilıq su ilə durulayın.

6. Təraş üçün vasitə

Ayaqlarınızı və ya qoltuq altını təraş edərkən xüsusi vasitələr əvəzinə uşaq yağından istifadə edin. Beləliklə, təraş zamanı dərinizə zərər dəyməyəcək. Təraşdan sonra isə nəmləndirici krem çəkməyə ehtiyac duymayacaqsınız.

Mənbə:publika.az

Gözəllik və Moda     Baxılıb: 4270   Tarix: 02 sentyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Dünyanın ən bahalı dodaq boyaları

Ən bahalı pomadalar, yalnız dodaq boyası kimi deyil, həm də lüks və zərgərlik sənətinin bir nümunəsi kimi qiymətləndirilir. Bu məhsulların yüksək qiyməti, onların hazırlanmasında istifadə olunan nadir və qiymətli materiallarl

.

2025-in yaz aylarında makiyaj trendi

Bahar – dəyişiklik və eksperimentlər vaxtıdır. 2025-ci ilin yazında əsas diqqət minimalizmə yönəlir: sağlam və təravətli dəri görünüşü ön plandadır. Lakin gözlərdə və ya dodaqlarda istifadə olunan parlaq rənglər obrazınız

.

Gözəlliyin qadınların sosial və peşə həyatına təsiri

Gözəllik, cəmiyyət tərəfindən qiymətləndirilən bir atribut olaraq, qadınların sosial və peşə həyatında əhəmiyyətli bir rol oynayır. Bu təsir, cəmiyyətin gözəllik standartlarına uyğunlaşmaqla yanaşı, qadınların özlərini nec

.

Birinə bənzəməyə çalışarkən bir-birimizə oxşadıq

20 aprel Dünya Birinə Bənzəmə günüdür. Qadınlardan danışmaq istəyirəm. Özünü bəyənməyib kiməsə oxşamağa çalışan qadınlardan. Birinə bənzəmək istəyərkən bir də baxdılar ki, bir-birinə bənzəyirlər. Nə üçün? Mən deyim, siz d

.

Sızanaq ləkələrindən qurtulmaq üçün TƏBİİ ÜSULLAR

Sızanaqdan sonra qalan ləkələr üzdən uzun müddət getmir və kosmetik qüsur yaradır. Bu ləkələrdən qurtulmaq üçün sizə sadə üsulları təqdim edirik: . Xiyar. Xiyar hamar dəriyə sahib olmaq üçün ən rahat vasitələrdən biridir

.

Dəri baxımının əsasları - MÜTƏXƏSSİS YAZIR

Dəri bədənimizin ən böyük orqanıdır və həm xarici amillərdən, həm də daxili vəziyyətdən təsirlənir. Ona düzgün qulluq etmək, sağlamlığını qorumaq və gözəlliyini artırmaq üçün vacibdir. Dəri baxımının əsasları yalnız kosmeti

.

Keçəlləşən kişilər üçün çarə - QƏHVƏ MASKALARI

Yena Universitetinin (Almaniya) alimləri bir sıra eksperimentlər zamanı aşkar ediblər ki, qəhvənin tərkibində olan kofein saç follikullarına təsir edərək saçların tökülməsini 37% dayandırır və yeni saçların əmələ gəlməs

.

"TikTok"un diktə etdiyi 5 makiyaj trendi

Artıq demək olar ki, hər bir xanım sosial şəbəkələrdən ilham mənbəyi kimi istifadə edir. Tətbiqlərə hər dəfə daxil olanda biz müxtəlif istedadlı və yaradıcı blogerlərin paylaşdığı videolara heyran qalırıq, həmçinin yeni makiya

.

Saçınız nazikdirsə, heç vaxt belə kəsdirməyin

Hansı saç düzümləri incə saçları daha az həcmli göstərir: niyə stilistlər gündəlik görünüşlərdə bu formalardan çəkinməyi məsləhət görürlər. Beləliklə, bu modelləri təqdim edirik:. İncə saçlar üçün hansı saç kəsimləri uyğu

turlar.az

yay kolleksiyasi donlar 2026 sade makiyaj sekilleri oxsamalar salatlarin bezedilmesi konservləşdirilmiş məhsullar qadin net kosmetika vetene aid atalar sozu azerbaycan brusell bakteriyası uzeyir rus dilini öyrənək 2 ci dərs