Vaginal qaşıntının səbəbləri və ev şəraitində aradan qaldırma ÜSULLARI

Vaginal qaşıntının səbəbləri və ev şəraitində aradan qaldırma ÜSULLARIQaşınma harada olmasından asılı olmayaraq, insanın rahatlığını pozur. Vaginal qaşıntı (uşaqlıq yolunda, böyük və kiçik dodaqlar, uşaqlıq yolu giriş, klitor) bütün qadınların qarşılaşdığı ortaq problemdir.
Qaşıntı qadının yaşından asılı olmayaraq, hər dövrdə ola bilər. Səbəbləri isə yaşa görə dəyişir. Publika.az-ın sağlamlıq bölməsi bir çox qadını narahat edən bu problemin səbəbləri və həlli ilə bağlı məlumatları təqdim edir:
Göbələk infeksiyası
Vaginal qaşıntının əsas səbəbləri göbələk infeksiyasıdır. Uşaqlıq yolunda olan faydalı bakteriyalar, adətən, göbələyin qarşısını alır. Ancaq antibiotik qəbulu həmin faydalı bakteriyaların məhv olmasına səbəb olur ki, nəticədə də göbələk əmələ gəlir.
Göbələk infeksiyasının həlli
Uşaqlıq yolunda qaşınma göbələyin ilkin əlamətidir. Əgər bu əlamətlər hamiləlik dövründə baş veribsə, onda dərhal həkimə gedin. Ginekoloqlar bu kimi problemlərlə qarşılaşdığınız zaman "anti-fungal" kremlərtövsiyə edir. Ancaq unutmayın, göbələk şəkərdən qidalandığı üçün müalicə müddətində şəkərli qidalar yeməməyi təklif edirik.
Dəri problemləri
Ekzema kimi dəri problemləri də uşaqlıq yolunda qaşıntıya səbəb ola bilər.
Dəri problemlərinin həll:
Mütləq həkimə müraciət edin. Dermatoloqlar bu məsələdə sizə ən doğru yolu göstərəcəklər.
Cinsi yolla yoluxan xəstəliklər
Uşaqlıq yolunda rast gəlinən qaşınmanın səbəbi cinsi yolla yoluxan hər hansı bir xəstəlik də ola bilər. Ancaq bu xəstəliklər qaşıntıdan çox ağrıya səbəb olur. Bir neçə gündən çox davam edərsə, cinsi təmasdan çəkinin və həkimə gedin.
Klimaks dövrü
Esterogen hormonunun azalması ilə əlaqədar uşaqlıq yolu divarlarında nazikləşmə və quruma baş verir. Bu da həssaslığı artıraraq qaşıntıya səbəb ola bilər.
Əmizdirmə dövrü
Əmizdirmə dövründə də esterogen hormonlarının azalması ilə əlaqədar qaşıntı yaranar.
Kimyəvi maddələr
Kremlər, vaginal duşlar, yuyucu vasitələr, sabunlar, tualet kağızları, yumşaldıcılar da qaşıntıya səbəbi ola bilər.
Vaginal qaşıntının digər səbəbləri:
Sidik dəymiş alt paltarı nəmli qaldığı üçün qaşınma verər. Kiçik yaşlı qızlarda gigiyenik təmizliyə əməl olunmaması da infeksiya və qaşıntının səbəbidir.
Vaginal qaşıntının müalicəsi
Müalicə səbəbə görə təyin olunur. Bəzən təkrarlanan və uzunmüddətli müalicə lazım gəlir. Qaşıntını aradan qaldırmaq üçün yuxarıda da qeyd etdiyimiz kimi "antifungal" dərmanlar işlədilir. İnfeksiya varsa, ona uyğun antibiotik, müəyyən dəri xəstəlikləri üçün steroid tərkibli kremlər, klimaksla bağlı qaşıntı üçün isə esterogen tərkibli kremlər istifadə edilir.
Vaginal qaşıntını aradan qaldırmaq üçün digər tədbirlər
100 faiz pambıq alt paltarı geyinin.
Alt paltarınızı hər gün dəyişin.
Dar və sintetik paltarlar geyinməyin.
Yaş çimərlik geyimi ilə oturmayın.
Uşaqlıq yolunu hər gün yuyun.
Uşaqlıq yolunu yuyarkən ehtiyatlı davranın, kisə və sabun vurmayın.
Sabun, dezodorant və ya ətir istifadə etməyin.
Gündəlik bezi 3-4 saatdan çox istifadə etməyin.
Cinsi əlaqə ilə keçən xəstəliklərdən qorunmaq üçün kondom istifadə edin.
Vaginal dodaqlar ətrafında olan tükləri ülgüclə təraş etməyin.

Sağlamlıq     Baxılıb: 138269   Tarix: 03 dekabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

turlar.az

qis geyimləri 2026 yay kolleksiyasi kosmetoloq salatlar moruğun faydasi hepatitlər seksual hereketler kosmetika bakire ağır itki qiz evi ucun muellim seiri bayatılar