Vaksin sonsuzluğa səbəb ola bilər? - Həkim açıqladı

Vaksin sonsuzluğa səbəb ola bilər? - Həkim açıqladıYoluxma sayı artdıqca ağırlaşan xəstələrin və ölənlərin sayı çoxalır. Reanimasiyaya yerləşdirilən xəstələrin vəziyyətinin nə zaman düzələcəyi və stasionara veriləcəyini bilmirik. Odur ki, ölüm riski yüksəkdir.
Publika.az xəbər verir ki, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə İşçi Qrupunun rəhbəri Vasif Əliyev deyib. O bildirib ki, xəstəliyin yayılmasının digər bir səbəbi həm də infeksiyanı asimptomatik keçirən insanların çoxalması ilə izah etmək olar:
Vaksin sonsuzluğa səbəb ola bilər? - Həkim açıqladı"İnsanlar özünü qorumalıdır, vəziyyəti nəzarətdə saxlamağın əsas yolu virusa yoluxmamaq, onun arealını lokallaşdırmaqdır. Əgər yoluxma baş verərsə və xəstənin vəziyyəti ağırlaşarsa, mütləqdir ki, müayinə peşəkar Həkimlər tərəfindən aparılsın. Unutmamaq lazımdır ki, müalicə hər bir xəstənin yaşı, mövcud xəstəliklərinə və həyat tərzinə görə aparılır. Xəstəliyin spesefik müalicəsi olmasa da, günümüzdə antiviral dərmanlardan istifadə olunur. İlkin məhrələdə anbiotiklərin istifadəsinə gərək yoxdur, bəzi xəstələrdə yanlışlıqla istifadə olunur və ağır nəticələrə gətirib çıxarır. Koronavirusun müalicəsində antibiotiklərin hər hansı faydası yoxdur. Antibiotiklərdən ancaq gecikmiş dönəmdə yanaşı bakterial ağırlaşma olarsa və xəstəxanaya yerləşdirilərsə istifadə oluna bilər. Steroidlərin də ilkin dönəmdə qəbul edilməsi səhvdir. Çünki steroid bədən müqavimətini zəiflədir. Steroidlərdən ancaq gələcəkdə fibrozun qarşısını almaq üçün istifadə edilir. Bu da xəstəliyin sonrakı dövrünə təsadüf edir".
Həkim qeyd edib ki, risk qrupuna daxil olan şəxslər birinci növbədə vaksin olunmalıdır:
"Buraya yaşlılar, oknoloji xəstələr, xroniki böyrək, qaraciyər və ya çatışmazlığı, şəkər xəstəliyi olan insanlar daxildir. Vaksinin bu insanlara hər hansı əks göstərişi yoxdur. Hər zaman səhhətində problem olan insanlar vaksinlə bağlı suallar verir. Əslində birinci növbədə o insanlar vurdurmalıdır. Çünki onlarda xəstəliyin ağırlaşama riski daha yüksəkdir. Bilirik ki, Azərbaycanda inaktivləşdirilmiş vaksindən istifadə olunur. Bunlar canlı vaksinlər deyillər. Şok allergik reaksiyalar verən insanlara, hamilələrə və 18 yaşdan aşağı olan uşaqlara vaksin vurulması tövsiyə olunmur. Allergiyası olan xəstələrə xüsusilə diqqətli olmaq lazımdır. Bunun xaricində 18 yaşına qədər olan hər kəsə peyvənd olunmaq tövsiyə olunur.
Bu peyvəndlərdən bütün dünyada istifadə olunur, odur ki, ciddi narahatlığa əsas yoxdur. Xəstəliyin qorunmasında yeganə, təhlükəsiz və ən uğurlu yol vaksinləşmədir. Azərbaycanda istifadə edilən peyvəndlər Çin istehsalıdır, qonşu Türkiyədə də eyni peyvəndlərdən istifadə olunub. Məqsəd sadəcə xəstəliyi lokallaşdırmaqdır. İnsanlar hələ də peyvəndlərin zərərli təsirləri ola biləcəyindən narahatdır. Hətta sonsuzluğa səbəb ola biləcəyinə dair fikirlər səsləndirilir. Bu peyvəndlərin kütləvi istehsalına bir neçə aydır ki, başlanılıb, nə zaman sonsuzluğa səbəb oldu ki, artıq insanlar bundan qorxmağa başladı? Bəzi sualların çox məntiqi izahı belə yoxdur. Koronavirusa qarşı peyvəndlər sonsuzluğa səbəb olmur".
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 1837   Tarix: 08 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

turlar.az

gelinlikler qadın geyimi reseptler dogusdan sonra matkanin yigilmasi sizanaqlara qarsi vasite toyuqlar haqqinda yay paltarları 2026 kosmetika qu quşu hekaye janri veten seirleri qiz evi ucun rus dili 2ci ders