Vaksinlərin qadınlarda bu təsirləri aşkarlandı - ARAŞDIRMA

Vaksinlərin qadınlarda bu təsirləri aşkarlandı - ARAŞDIRMA"Evening Standard"ın hesabatına görə, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin tədqiqatçıları ölkədə vaksinasiya olunan 13 milyon 700 min insanın məlumatlarını təhlil edib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, tədqiqatçılar peyvənd vurulduqdan sonra təxminən 7000 nəfərin baş ağrısı, yorğunluq, başgicəllənmə və bu kimi problemlərlə qarşılaşdığını bildirib. İlk 13 milyon 700 min doza peyvəndin 61 faizi qadınlara tətbiq edilib. Bildirilib ki, peyvənd olunan qadınların 79 faizi onun əks təsirləri ilə üzləşib.
Pensilvaniya Kollecinin mütəxəssisi Şelli Kendefi "The New York Times"a verdiyi açıqlamada qeyd edib ki, vaksinasiyadan dərhal sonra özünü yaxşı hiss edib, ancaq bir müddət sonra bədəni buz kimi soyuq olmasına baxmayaraq, tərləyib.
Kendefi vaksinasiyadan sonra 7 xanım həmkarının 6-nın vücudlarının müxtəlif yerlərində ağrılar, titrəmə və yorğunluq kimi simptomlar olduğunu deyib. Lakin digər 8 kişi həmkarında sadəcə baş ağrısı müşahidə olunub.
Cons Hopkins Blumberq Xalq Sağlamlığı Məktəbinin mikrobioloqu və immunoloqu Sabra Kleyn araşdırmanın nəticələri ilə razılaşdığını və heç də təəccüblənmədiyini deyib. O, digər xəstəliklər üçün istifadə edilən peyvəndlərin də qadınlarda daha çox əks təsiri olduğunu vurğulayıb.
ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin İmmun Təhlükəsizliyi Ofisi rəsmisi Culiana Gi qadınların müxtəlif vaksinlərə daha çox reaksiya göstərdiklərini qeyd edib:
"Qadınlar daha yüksək risk altındadır, lakin vaksinlərin əks təsirlərindən narahat olmayın. Bu vəziyyət qadınların vaksinə daha güclü immun cavab verdiyini və daha güclü müqavimət qazandığını göstərir".
2013-cü ildə aparılan araşdırmalarda da elm adamları donuz qripi peyvəndinə qarşı qadınların kişilərə nisbətən daha çox reaksiya göstərdiyini açıqlamışdı. 1990-2016-cı illərdə peyvəndləri əhatə edən başqa tədqiqatlarda da qadınların 80 faizində allergik reaksiyalara rast gəlindiyi bildirilib.
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 3042   Tarix: 11 mart 2021
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

turlar.az

aksessuarlar hamilelikde qidalanma sade makiyaj sekilleri cennet almasi murebbe plovlar üzdə civzələr ana haqqinda atalar sözləri kosmetika bedii edebiyyat janrlar tut ağacı tutdudu sağlamlığın sirleri sanamalar