Valideynlər bu peyvənddən imtina edir - TƏHLÜKƏLİDİRMİ?

Valideynlər bu peyvənddən imtina edir - TƏHLÜKƏLİDİRMİ?Uşaq infeksion xəstəliklərinin profilaktikasında ən önəmli yeri peyvəndlərin vaxtında və düzgün aparılması tutur. Valideynləri daim narahat edən mövzulardan biri peyvəndlərin vurulması və sonradan fəsadlarının olub-olmamasıdır. Bəzi valideynlər uşaqda yarananan müəyyən narahatlıqları, xəstəlikləri iynədən sonrakı fəsad kimi qəbul edirlər.

Medicina.az-a açıqlama verən pediatr Leyla Baxışova bunun düzgün fikir olmadığını bildirib:

"Əgər uşaqda hansısa xəstəlik varsa, peyvənd sadəcə olaraq həmin prosesi provakasiya edir. Yəni xəstəliyin birbaşa peyvəndlə heç bir əlaqəsi yoxdur. Həkim müayinəsindən sonra tam sağlam uşağa peyvənd cədvələ uyğun olunarsa, heç bir əlavə təsir törətməz. Xüsusilə valideynləri narahat edən göyöskürək, difteriya, tetanus (AkDS) peyvəndidir. GDT peyvəndi 2, 4, 6 ayında vurulur və 18 ayında revaksinasiya olunur".

Həkimin sözlərinə görə, peyvənddən sonra baş verən qızdırma təbii haldır:

"Peyvənd vurulduqdan sonra normal olaraq ilk 1-2 gün uşaqda temperatur yüksəlməsi, halsızlıq, narahatlıq ola bilər. Bu, orqanizmin peyvəndə qarşı normal reaksiyasıdır. Bəzi valideynlər körpələrinə profilaktik peyvəndlərin aparılmasından könüllü olaraq imtina edirlər. Lakin peyvənddən imtina uşaqların bir sıra infeksion xəstəliklərə yoluxma ehtimalını yüksəldir".

Valideynlərin çəkindiyi və bəzən imtina etdiyi peyvəndlərdən biri AKDS-dir. DTP (AKDS) absorbsiya olunmuş peyvənd ölmüş göyöskürək mikroblarından və difteriya, tetanus anatoksinindən ibarətdir.

Pediatr kombinə olunmuş bu peyvəndin orqanizmə yeridildiyi zaman körpənin eyni anda üç infeksiyaya qarşı peyvənd almış olduğunu bildirib:

"Bunların arasında ən aqressivi göy öskürəkdir. Buna görə də DTP peyvəndindən sonra uşaqlarda postvaksinal reaksiya müşahidə olunur. Kombinə olunmuş peyvəndlər orqanizm üçün stress deyil. Vücud çox rahat şəkildə bir neçə infeksiyaya qarşı peyvəndi qəbul edə bilir.

Hazırda Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi daha müasir asellule formada kombinə olunmuş DTP peyvəndləri istifadə olunur. Bunlara pentaxim, hexasimi misal göstərmək olar. Onların tərkibinə həmçinin hemafilus influensa, İPV və Hepatit B peyvəndi də daxildir. Bu peyvəndlər zamanı postvaksinal reaksiyalar çox az və yüngül formada təsadüf edilir".

Pediatr bu növ peyvəndin fəsadlarından da danışıb:

"Bu vaksin sağlam uşağa vurulduğunda heç bir əks göstərişi olmaz. Ancaq peyvənd düzgün vurulmazsa və ya uşaq sağlam deyilsə, o zaman bəzi problemlər yarana bilər. Valideynlər həkimdən peyvəndin saxlanma şəraiti ilə maraqlanmalıdırlar. Əgər saxlanma şəraiti tələblərə uyğundursa hansısa fəsadın yaranma ehtimalı çox aşağıdır".

Qeyd edək ki, hazırda peyvəndlərin asellular formaları istehsal olunur və bu səbəbdən orqanizm tərəfindən daha az reaksiyaya səbəb olur.

Sağlamlıq     Baxılıb: 2219   Tarix: 26 aprel 2019
f Paylaş

Oxşar xəbərlər

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

turlar.az

yay geyimləri 2026 sade makiyaj sekilleri geyim seçimi sac horukleri soyuqdəymə müalicə evin bəzədilməsi şorba reseptləri kosmetika xanım az yemekler namiq qaraçuxurlu hakistalar toy gecesı