Xanımlar üçün: onun verdiyi əziyyətlərdən xəbəriniz var?

Xanımlar üçün: onun verdiyi əziyyətlərdən xəbəriniz var?Yaş artıqda, xüsusən gənclik dönəmindən sonra istər xanımlar, istərsə də bəylərin ən böyük problemlərindən biri tüklər olur. Gənclər arasında yayılan "ayı kimi" gəzmək ifadəsinə əsasən demək olar ki, bu gün tük insanların ən qlobal problemlərindən biridir və bundan qurtuluş üçün müxtəlif üsullar axtarılır.

Təbii ki, gözəllik dedikdə bu mövzuya qadınlar kişilərdən daha çox həssaslıqla yanaşırlar. Lazer epilyasiyası, təraş bıçaqları, müxtəlif kremlər, epilyatortlar və bu kimi qurtuluş yollarının ilkin nəticəsi gözəl görünsə də, sonradan hər birinin ayrı-ayrılıqda problemləri üzə çıxır. Bu problemlər isə tükdən daha böyük fəsadlar ortaya qoyur ki, bəzi hallarda tükdən qurtulmaq istəyənin son dayanacağı həkimlər olur.

Xüsusən epilyatorların istifadəsi zamanı tüklərin dəri altına bitmə riski 90% olur. Epilyatordan sonra kökləri zəifləyən tüklər təkrar çıxdıqda ayaq və qol dərisini rahatlıqla deşə bilmir və dərinin altına doğru böyüməyə başlayır. Bir müddət sonra bu cür tük bitmələri irinləyərək özünü mütləq üzə çıxarır. Dəridə narahatlıq və yaralanmalar yaradan bu hal hər 10 epilyator istifadəçisinin 9-da mütləq özünü göstərir. Xanımların əksəriyyəti bu halın qarşısını almaq üçün iynələrlə dərini təmizləməyə çalışır ki, bu da dəri yaralanmalarına, infeksiya düşməsinə və daha böyük yaraların əmələ gəlməsinə səbəb olur. Əslində bunun qarşısını almaq mümkündür, bir şərtlə ki, epilyatordan sonra əl və ayaqlara xüsusi diqqət yetirilsin.

Kosmetoloq Aynur Niftəliyevanın sözlərinə görə, epilyatorlar dərini zədələyən aparatlardır və epilyator alanda belə dəriyə uyğun olanını seçmək lazımdır. Müxtəlif başlıqlı epilyatorların istifadəsi dərini sakitləşdirir və rahatladır. Başlıq düzgün seçilmədikdə isə qeyd olunduğu kimi tük dönmələri yaradır: "Əsas məsələ epilyatorun ucuz və ya baha olması deyil. Çünki dəri tipi müxtəlifdir və hər dəriyə fərqli epilyatorlar düşür. Məsələn, xanımların əksəriyyəti epilyator istifadəsindən sonra əl və ayaq səpmələri müşahidə edir. Bunun ilk və əsas səbəbi başlıqdır. Epilyatorlar 3 müxtəlif başlıqlı olmalıdır. Əl və ayaqlar üçün, qol altı və üz üçün, dəridə olan ən xırda tükləri təmizləmək üçün mikro pinsetlərə malik başlıqları olanlar. Xanımların çoxu bu bölgüyə fikir vermir. İri başlıqlarla üz təmizləyəndən sonra dərinin səpməsi də təbiidir".

Müsahibimizə görə, ikinci mühüm məsələ isə düzgün yönə epilyator istifadə edilməməsidir. Belə ki, kosmetoloqa görə, tüklər çıxan yönün əks istiqamətində istifadə olunduqda dəridə heç bir zədələnmə olmur. "Düzgün formada istifadə olunmadıqda isə tük yolunması, dəri qopması ola bilir ki, sonradan tük dönmələri də yarana bilir. Epilyator ilk görünüşdən çox asan görünsə də əslində olduqca qəliz bir aparatdır və düzgün istifadə olunmalıdır ki, dəri fəsadları ortaya çıxmasın".

Dermatoloq Sahib Rəhimov bildirir ki, daimi olaraq tüklərin dəri daxilinə böyüməsinə şərait yaratmaq dəridə xroniki dəri iltihabının yaranmasına səbəb olur. Xroniki dəri iltihabının yaranması dərinin civzələşməsinə, irinləşməsinə səbəb olur ki, bunlar da sonradan dərin izlər qoya bilir: "Tük dönməsi, dərinin altına böyüməsi tükə müdaxilə edən hər bir insanda görülə bilir. Bunun üçün yaş məhdudiyyəti yoxdur. Ən çox rast gəlinən hallar yeniyetmə yaşlarında gənc oğlanların üzlərini təraş etməsi və xanımların tələsik və düzgün olmayan epilyatorlardan istifadə etməsidir. Dəridə əgər dəri altına böyüyən tüklər varsa, mütləq dəri təmizlənərək ölü dərilər çıxarılmalıdır. Pinset ilə dəri altına işləyən tük mütləq çıxarılmalıdır. Bir müddət həmin nahiyə təmiz saxlanılmalı və dəri qızarıqlarının keçməsini gözləmək və növbəti dəfə məhz həmin nahiyəyə fikir vermək lazımdır. Dəridə bir dəfə xroniki dəri iltihabının yaranması dərinin daima iltihablanmaya meyl etməsinə səbəb olur".

Dermatoloqun sözlərinə görə, artıq daimi olaraq dəri altına böyüyən tüklər bir növ adət halını almış olur və xronikləşmiş tük dönmələri artıq müalicə tələb edir. Çünki dəridə dönməyə meyllənmiş tüklərin düzgün bitməsi də çox vaxt mümkün olmur. Vaxtından müalicə olunmayan tük dönmələri bir müddət sonra daha çox dəri altı toxumanı zədələyə bilir. Müalicə olunmayan və kəskinləşən bu hal daha da ağırlaşdıqda artıq əməliyyat tələb olunur: "Qeyd edim ki, tük dönməsi patologiyadır. Hər kiçik müdaxilədən anidən tük dönməsi yaranmaz. Sadəcə, dəri altına işləyən tüklərə diqqət etmək lazımdır. Tüklənmə problemi yaşayan qadınların çoxunun tük batıqları ilə başı dərddədir. Bədənlərini davamlı olaraq kisələsələr də batıq meydana gəlməsi bir müddət sonra təkrar ortaya çıxır. Mümkün qədər vəziyyəti dəyişmək, tük batıqlarının hansı səbəbdən yaranmasını aydınlaşdırmaq lazımdır. Əks halda daimi olaraq bu problemlə üzləşiləcək və gec-tez pataloji hal olaraq əməliyyat olunacaq".

Qeyd edək ki, tük dönmələrindən qorunmaq üçün epilyator keyfiyyətinə diqqət etmək lazımdır. Epilyasiya əsasında dəridə qıcıqlanma, qızartılar olmaması əsasdır. Bunun üçün ən yaxşı epilyator seçilməsinə diqqət edilməlidir.

Epilyatorlarda maqqaş prinsipi əsas götürülür. 40 maqqaşlı epilyatorları istifadə etmək və düzgün istifadə etmək isə dəri zədələnmələrindən sığortalamış olur. Eləcə də, kişilərin yeni və iti təraş alətlərindən istifadə etməsi tük dönmələri və dəri altına böyümələrin qarşısını alır.

Sağlamlıq     Baxılıb: 2959   Tarix: 02 iyul 2014
f Paylaş

Oxşar xəbərlər

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

turlar.az

makiyaj instagram gozel gorunmek yay kolleksiyasi uşaqlar üçün doğum hekayələri kombinler 2026 yay qara noqteler ucun uz maskalari kosmetika porno kahfe kali əfsanələr rus dili turpun nağlı