Yaddaşı gücləndirmək üçün hansı qaydaları bilmək lazımdır?
İndi çoxları yaddaşsızlıqdan şikayətlənir. Bəs necə etmək olar ki, yaddaşı möhkəmləndirəsən, yaxud onu itirməyəsən?
Gündəlik həyatda yaddaşı gücləndirmək üçün hansı qaydaları bilmək lazımdır? Bu qaydaları tətbiq etməklə güclü yaddaşa sahib olmaq mümkündürmü? Mütəxəssislərin fikrincə, hə! Çox vaxt güclü yaddaş üçün mürəkkəb tapşırıqlar seçilir. Bu tapşırıqlar isə müntəzəm icra edildiyindən adamlar üçün yorucu olur.
Ancaq bir neçə sadə qaydaya gündəlik əməl etməklə yaddaşı gücləndirmək olar.
1. Dişinizi sol əllə təmizləyin (solaxaylar isə bunun əksini etməlidirlər).
2. Bazar və dükandan alacağınız məhsulların siyahısını başınıza "köçürün", özünüzlə kağız daşımayın.
3. Kinoya baxdıqdan sonra onun əsas ideyasını beyninizdə canlandırın, yaxud əsas hadisələri yadınıza salın.
4. Hər gün mütaliə edin. Ən azı həftəyə bir kitab. Nəticədə bir il ərzində 52 kitab oxuyacaqsınız.
5. Əgər sizə həqiqətən güclü yaddaş lazımdırsa, onda hər gün şeir əzbərləyin.
Bununla yanaşı, qida rasionunuzda qoz, bal, dəniz kələminə üstünlük verin, çəkinizi qoruyun və açıq havada gəzin. Ən başlıcası, elə bu gündən papirosu atın.









Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Məşhur aktyor 46 yaşında vəfat etdi
İnsan hüceyrəsinin daxilinin ən detallı görüntüləri - İlk dəfə - (Foto)
Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)