Yayda bizi nə gözləyir? - TƏBİB-dən AÇIQLAMA

Yayda bizi nə gözləyir? - TƏBİB-dən AÇIQLAMAÖlüm sayının son günlərdə artması bizi narahat edən məsələlərdir. Eyni zamanda vaxtında müraciət edənlərin sayı da az deyil. Yoluxanların vaxtında müraciət etməsi müalicənin düzgün başlanmasına və daha effektiv nəticə almağa imkan verir.
Bu sözləri Publika.az-a açıqlamasında infeksionist TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü, Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Natiq Əliyev deyib.
İnfeksionist bildirib ki, ağırlaşan xəstələrin sayının artması evdə həkim nəzarəti olmadan edilən səhv müalicələrin nəticəsidir:
"Koronavirusa qarşı müalicə protokollarını hər kəsə eyni qaydada tətbiq etmək olmaz. Hər hansı tibb bacısının evdə kor-koranə apardığı müalicənin nəticəsi faktiki olaraq ölüm sayının artmasına səbəb olur".
Həkimin sözlərinə görə, virus mənşəli infeksiyaların peyvəndlənməsində ilk 6 ay müddətində qoruyuculuğu daha çoxdur:
"Koronavirusa qarşı birinci doza "Sinovac" vaksini vurulubsa, ikinci dozada başqa bir vaksinin istifadə olunması düzgün deyil. Çünki onun orqanizmə təsiri mexanizmi, qoruyuculuğu və vahid bir sxemi var. Lakin bir ildən sonra əgər ehtiyac yaranarsa, başqa bir istehsalçının vaksinini vurdurmaq olar. Koronavirusa qarşı immunitet peyvənddən 21 gün sonra meydana gəlməyə başlayır. İkinci dozadan sonra titrlərin sayının artmasını görə bilərsiniz. İkinci dozanın vurulması vaksinin effektivliyini artırmağa xidmət edir. İkinci doza 28 gündən sonra vurulmalıdır. 28 gündən çox olarsa, bu, təbii ki, effektivliyə də təsir edəcək. "Sinovac" vaksini inaktivləşdirilmiş antitellərdir, onlar orqanizmə ona görə yerləşdirilir ki, xəstəliyə yoluxduğumuz zaman bədən onunla mübarizə aparsın, xəstəlik ağırlaşmasın.
Peyvənd vurdurmaq məcburi deyil, bu, könüllülük prinsipi üzrə aparılır. Lakin mütəxəssislər tərəfindən şiddətlə tövsiyə olunur. İnfeksiyanı yüngül keçirtmək üçün vaksin vurulması önəmlidir. Şəkər xəstələri risk qrupuna daxildir ki, odur ki, birinci növbədə onlar vaksin vurdurmalıdır.
Hər hansı xroniki xəstəliyi olan və bu dövrdə kəskinləşən, kimyaterapiya və immonoterapiya alan onkoloji xəstələri və hamilələri çıxmaq şərtilə hər kəs vaksin vurdura bilər. Qida və dərmanlara qarşı yüksək həssaslığı olan insanlara isə nəzarət altında və həkimin tövsiyəsindən sonra vaksin vurdurmaq olar.
Düşünürəm ki, qarşıdakı həftələrdə yoluxma sayında artım yenə müşahidə olunacaq, may ayına doğru azalma gözlənilir. Çünki vaksinasiya işləri sürətləndirilib. Artıq vaksin olunanların sayı 1 milyonu keçib. Bu rəqəm 4 milyonu keçdikdən sonra əhalinin 50 faizində kütləvi immunitet yaranacaq və yayılma riski aşağı düşəcək. Odur ki, 3-4 ay sonra rahat həyat şəraitinə qayıdacağımıza ümid edirik".
Mütəxəssis yekunda onu da bildirib ki, oruc tutan insanların vaksindən sonra uzun müddət ac qalması doğru deyil:
"Dini baxımdan vaksin orucu pozmaya bilər. Lakin vaksinin iftardan sonra vurulması daha məqsədəuyğundur".
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 3521   Tarix: 12 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

turlar.az

qadın geyimi qadin sayti makiyaj instagram yay paltarlari 2026 çanta içi doldurulmuş badımcan turşusu blincik hazirlanma qaydasi kosmetika irem derici ariqla arxadan olmaq sirin qogal mikayıl abdullayev