Zəncəfil dərinin qocalması ilə mübarizə aparır, dərini bərpa edir, tonuslaşdırır, təmizləyir, dərinin rəngini yaxşılaşdırır+ MASKALAR

Zəncəfil dərinin qocalması ilə mübarizə aparır, dərini bərpa edir, tonuslaşdırır, təmizləyir, dərinin rəngini yaxşılaşdırır+ MASKALARZəncəfil dərinin qocalması ilə mübarizə aparır, dərini bərpa edir, tonuslaşdırır, təmizləyir, dərinin rəngini yaxşılaşdırır.

Zəncəfil müxtəlif dəri tipləri üçün olan maskaların tərkibində istifadə olunur.

1. Klassik zəncəfil maskası

Zəncəfil kökünün kiçik hissəsini (2-3 sm) blenderdə əzin, 1 xörək qaşığı zeytun yağı əlavə edin, qarışdırın və üz dərisinə çəkin. 15-20 dəqiqədən sonra üzünüzü ilıq su ilə yuyun.

2. Həssas dəri üçün zəncəfil maskası

Zəncəfil kökü (2 sm), 1 çay qaşığı limon şirəsi, 1 xörək qaşığı bal blenderdə qarışdırın. Bu qarışıq 2 saat ərzində soyuducuda saxlanılmalıdır. Sonra maskanı təmiz üz dərisinə çəkin və
15-20 dəqiqədən sonra ilıq su ilə yuyun.

3. İltihabəleyhinə zəncəfil maskası

Zəncəfil kökü (2 sm), portağal şirəsi, 1 xörək qaşığı bal və 1 xörək qaşığı qatıq blenderdə qarışdırın və təmiz üz dərisinə çəkib 15-20 dəqiqədən sonra üzünüzü yuyun.

4. Cavanlaşdırıcı zəncəfil maskası

- Zəncəfil kökü (3 sm), 1 dəstə nanə, 1 çay qaşığı bal və 1/3 banan blenderdə qarışdırılır və təmiz üz dərisinə çəkilir. 20 dəqiqədən sonra üzünüzü təmiz su ilə yuyun.

- 1 xörək qaşığı sürtgəcdən keçirilmiş zəncəfil, 1 çay qaşığı balla, 1 çay qaşığı limon şirəsi ilə, 1 xörək qaşığı xama ilə, 1 kapsul E vitamini ilə qarışdırılır, təmiz üz dərisinə çəkilir. 20
dəqiqədən sonra ilıq su ilə yuyulur.

5. Tonuslaşdırıcı maska zəncəfillə

1 xörək qaşığı zəncəfil kökü 1 xörək qaşığı balla qarışdırılır və üz dərisinə çəkilir. Üzünüzü 20 dəqiqədən sonra təmiz su ilə yuyun.

6. Ağardıcı maska zəncəfillə

Zəncəfil, qızılgül, badam, qreypfrut efir yağları (hərəsindən 3-4 damcı) 2 xörək qaşığı xama ilə qarışdırılır və təmiz üz dərisinə çəkilir. 20 dəqiqədən sonra ilıq su ilə yuyulur.

Mənbə:saglamolun.az

Gözəllik və Moda     Baxılıb: 8706   Tarix: 02 sentyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Təbii üsullarla dodaqları daha dolğun və baxımlı göstərmək mümkündürmü?

Dolğun və hamar dodaqlar uzun illərdir gözəllik anlayışının əsas elementlərindən biri hesab olunur. Xüsusilə son illərdə daha həcmli dodaq görünüşünə marağın artması bir çox insanı inyeksiya və kosmetoloji prosedurlarda

.

Yaş artdıqca hansı estetik prosedurlar daha uyğundur?

Estetik prosedurlar fərqli yaş qruplarına və dəri ehtiyaclarına görə dəyişiklik göstərir. 20 yaşlarında tətbiq olunan yanaşma ilə 40 və ya 60 yaşdan sonra aparılan müdaxilələr eyni olmamalıdır. Yaş artdıqca dərinin elastikliy

.

Fransız qızlarının gözəllik sirləri

Nədənsə 50 yaşdan yuxarı bir çox fransız qadını yaşına baxmayaraq təbii və cazibədar görünməyi bacarır. Maraqlısı budur ki, bu görünüş üçün çox da səy göstərmirmiş kimi görünürlər. Bunun arxasında isə illərlə formalaşmı

.

Dəri baxımının əsasları - MÜTƏXƏSSİS YAZIR

Dəri bədənimizin ən böyük orqanıdır və həm xarici amillərdən, həm də daxili vəziyyətdən təsirlənir. Ona düzgün qulluq etmək, sağlamlığını qorumaq və gözəlliyini artırmaq üçün vacibdir. Dəri baxımının əsasları yalnız kosmeti

.

Göz altındakı qara halqalar necə gizlədilir? - İPUCLARI

Göz altındakı qara halqalar bir çox insana tanışdır. Yuxu rejiminə əməl etməyə çalışsanız da, istirahətinizə mane olan amillər həmişə tapılır. Hətta bəzi günlərdə səkkiz saatlıq yuxu belə vəziyyəti düzəltmir – qara halqala

.

Dəri üçün 5 ƏN ZƏRƏRLİ VƏRDİŞ

Təmizləmə, tonlama, nəmləndirmək, günəşdən qorumaq -bütün bunlar dəri sağlamlığının qarantı demək deyil. Bunun səbəbi, ən yaxşı dəri baxımdan da yan keçən bir neçə pis vərdişin olmasıdır: . 1. Gecə yatmadan əvvəl dərini

.

Tarixdə qadın gözəlliyi: Antik dövrlərdən indiyə qədərki inkişaf

Tarix boyu qadın gözəlliyi müxtəlif dövrlərin və mədəniyyətlərin tələblərinə uyğun olaraq dəyişmiş, zamanla fərqli ideal gözəllik anlayışları meydana çıxmışdır. Bu dəyişikliklər yalnız fiziki xarakteristikalarda deyil, hə

.

50 yaşdan yuxarı qadınlara əlavə yaş qatır: bu 3 saç düzümünü etməyin

Saç düzümü insanı həm cavan göstərə, həm də əksinə – yaşlı göstərə bilər. Stilistlərin fikrincə, düzgün seçilməmiş saç modeli qadının xarici görünüşünə mənfi təsir edə bilər. Buna görə də saç kəsimi seçərkən diqqətli olma

.

Makiyajda sizi 10 il qocalda biləcək SƏHVLƏR

Vizajist hər hansı bir üzü qocalda biləcək üç tipik makiyaj səhvini açıqlayıb. Makiyajda hansı səhvlərdən yaınmaq lazımdır. " saytının xarici mediaya istinadla xəbərinə görə, 4 milyondan çox "YouTube" izləyicis

turlar.az

reseptler qadın geyimi qadin dunyasi dəri xəstəlikləri xiyar tursusunun hazirlanmasi qaydasi sirin qiz statuslari sandal ayaqqabilar kosmetika ziyafet geyimleri dolca azerb clpaq qadinlari novruz bayramina aid hakisdalar yuxuda qara ilan gormek