Zeytun yağı maskaları ilə üzünüzün dərisindəki problemlər yox olacaq
Zeytun yağı ilə üzünüzün dərisi üçün xeyirli olan maskaları təqdim edirik:
1.Zeytun yağı üzün dərisini təmizləyir.
Dərisinin quruluğundan şikayət edənlər zeytun yağından istifadə edə bilər. Bu yağ üzünüzü daha yumşaq və hamar edəcək. Bunun üçün zeytun yağını üzünüzdə 20 dəqiqə saxlayın, sonra isti su və ya çobanyastığı suyu ilə yuyun. Nəticə super olacaq.
2.Qarışıq dəriyə də xeyirlidir.
Üzünüzün dərisi qarışıqdırsa, yəni bəzən quru, bəzən də yağlı olursa zeytun yağı köməyinizə gələcək. Bunun üçün zeytun yağını gün ərzində bir neçə dəfə dərinizə sürtün.
Üzünüzdəki problemlər yox olacaq.
3.Zeytun yağı, ümumiyyətlə, bütün növ dərilər üçün faydalıdır.
Bunun üçün bəzi ərzaqlarla zeytun yağından qarışıq düzəltməlisiniz. Bu ərzaqlar qara qarağat, ərik, yemiş, xurma, banan, qabaq, bibər, kələm, kök, xiyar və kartofdur. Bu ərzaqlardan hər hansı biri evinizdə varsa onu püre halına gətirirsiniz və bir çörək qaşığına 1 çay qaşığı da zeytun yağı əlavə edirsiniz. Bu qarışığı üzünüzdə 15-10 dəqiqə saxlayıb isti su ilə yuyun. Dərinizə xeyirli olacaq.
4.Zeytun yağı dərini nəmləndirir və yumşaldır.
1 xörək qaşığı yağlı kəsmiyə 1 çay qaşığı zeytun yağı əlavə edib qarışıq hazırlayın. Qarışığı üzünüzdə 20 dəqiqə saxlayın. Sonra üzünüzü isti su və ya nəm kosmetik pambıq ilə təmizləyin. Dərinizin dartınması üçün qarışığa 1 çay qaşığı bal da əlavə edə bilərsiniz. Və ya 1 yumurtanın ağı ilə zeytun yağını qarışdırıb eyni maskanı tətbiq edə bilərsiniz.
5.Zeytun yağı dərini qidalandırır.
Bunun üçün 1 xörək qaşığı düyü, yulaf və ya buğda ununa bir qədər zeytun yağı əlavə edin. Qarışığı üzünüzə çəkin və 15-20 dəqiqə saxlayın. Sonra isti su ilə yuyun. Bu maskanı həftədə 3 dəfə tətbiq edin.









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI
Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı
Tanınmış reperi həbsxanada döydülər
Diabet xəstələri banan yeyə bilər?
Ferhat Göçer Bakıda konsert verəcək
Azərbaycan məşhur yapon serialında - Foto
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq