'Ağıl yaşda deyil başdadı` deyimi səhv çıxdı

'Ağıl yaşda deyil başdadı` deyimi səhv çıxdıAlimlər isbat edib ki, doğrudan da yaş artdıqca müdriklik də artır

Alimlər təsdiq ediblərr ki, doğrudan da yaş artdıqca müdriklik də artır. Yaşlı insanların beyni ləng işləsə də, yaşadıqları dövr ərzində onların topladıqları bilik və təcrübə bu adamların mühüm qərarlar qəbul etməsinə kömək göstərir. Məsələn, maliyyə qərarları.

Riversayddakı Kaliforniya Universitetinin əməkdaşı doktor Ye Li ilk dəfə müxtəlif yaş qruplarının nümayəndələri arasında iki intellekt tipi – səyyar və kristallaşmış intellekt tipləri üzrə test keçirmişdir.

Psixoloqlar səyyar intellekt dedikdə yeni informasiyanı yadda saxlamaq, onu araşdırmaq və meydana çıxan problemləri həll etmək qabiliyyətini nəzərdə tuturlar. İnformasiya toplamaq və təcrübə qazanmaq qabiliyyəti isə kristallaşmış tip adlanır.

Eksperimentdə 60-82 yaşlı 163 könüllü və 18-29 yaşlı 173 könüllü iştirak etmişdir. Onlar iqtisadiyyata aid testlərdən keçmişlər. Alimlər sınaqda iştirak edənlər üçün qələbə və məğlubiyyətin nə dərəcədə vacib olduğunu, itkinin mənfəətdən nə qədər çox olduğunu, iqtisadi informasiyanı dərketmə səviyyəsini, habelə işgüzar kontraktları və faiz dərəcələrini başa düşmə qabiliyyətini araşdırmağa çalışmışlar.
Eksperimentin yaşlı iştirakçıları müxtəlif vəziyyətlərdə daha çox təmkin nümayiş etdirmiş, habelə maliyyə sahəsində daha bilikli olduqlarını, faiz dərəcələrini və kontraktları daha yaxşı dərk etdiklərini göstərmişlər.
Bundan əvvəlki tədqiqatlar təsdiq etmişdir ki, insan yaşlaşdıqca səyyar intellekt pisləşir, lakin qərar qəbul etmək qabiliyyətinin bundan zərər çəkib-çəkmədiyi dəqiqləşdirilməmişdir.
Li mətbuat xülasəsində deyir: "Aldığımız nəticələr belə bir fərziyyəmizi təsdiqləyir ki, toplanmış təcrübə və biliklər yeni informasiyanı mənimsəmək qabiliyyətinin azalmasını kompensasiya edir. Yer kürəsində yaşayan insanların orta yaşı tədricən artır, buna görə də qərar qəbul edərkən yaşlı adamların motivasiyasını nəzərə almaq lazımdır. İnsanın həll etməli olduğu mühüm məsələlərin sayı ildən-ilə artır. Məsələn, yaşlı nəsil daim pensiya, maliyyə və tibbi xidmət ilə əlaqədar problemləri həll edir".

Tədqiqatın müəllifləri "Psychology and Ageing" jurnalında dərc olunmuş məqalədə (PDF-sənəd) qeyd edirlər ki, inkişaf etmiş ölkələrdə pensiya yaşı daim artırılır. Məhz bu səbəbdən bir çox yaşlı insanlar təcrübəli olduqlarına görə hazırda rəhbər vəzifələr tuturlar. Bu insanların səyyar intellekt yükünü azaltmaqla, başqa, daha münasib tipli iş təklif etməklə onlara kömək etmək mümkündür.

Ailə və Uşaq     Baxılıb: 3054   Tarix: 12 yanvar 2014
f Paylaş

Oxşar xəbərlər

.

Körpəni ilk saatından başlayaraq 6 ay yalnız ana südü ilə qidalandırın!- ÇAĞIRIŞ

"Bizim gələcəyimiz olan körpələrin sağlamlığı ana südündən başlayır. Xəstəliklərə qarşı əsas anticisimləri körpə ana südündən alır və ana südü ilə qidalandırma immunitetin güclənməsinə kömək edir. Odur ki, yeni doğulmu

.

Körpəmin suya ehtiyacı varmı?

Suyun körpələrə vaxtından əvvəl verilməsi adət-ənənədir, yoxsa elmi əsaslı bir təcrübədir? . Azərbaycanda və digər ölkələrdə 6 aya çatmamış körpələrə su və digər mayelərin verilməsi adəti körpələrin sağlamlığına ciddi xətə

.

4 aylıq körpənin inkişafı

4 aylıq uşağın inkişafında nəzərəçarpacaq dəyişikliklər müşahidə edilir. Onun yeni hərəkətləri artıq mənimsənilmiş olur. bildirir ki, körpənin emosional-psixoloji sahə formalaşmağa davam edir, balaca ətraf aləmi fəal öyrəni

.

Uşağı əmzikdən tərgidirik. 2 üsul

Yenidoğulmuş uşağın qayğısı ananın bütün zamanını alır. Bu zaman əsl xilaskar əmzik olur, onunla uşaqlar tez yatır və az şıltaqlıq edirlər. Amma körpə böyüyür və əmziklə vidalaşma zamanı gəlib çatır. Bunu necə edək ki, əmzikl

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

.

7 aylıq körpənin inkişafı

7 aylıq uşaqların əksəriyyətində əvvəllər öyrəndiyi hərəkətlər, daha da möhkəmlənərək, mənimsənilir. Balaca arxayın oturur, fəal sürüklənir, kəkələyir. Əgər əvvəllər bunu bilmirdisə, indi etməyə başlayır. Onun qida rasion

.

5 aylıq körpənin inkişafı

Körpənin həyatının beşinci ayı, üçüncü və dördüncü ayında mənimsənilən bacarıqları, təkmilləşdirməklə davam edir. bildirir ki, bu dövrdə uşaqların əksəriyyətinin inkişafında hansısa diqqətçəkən, yeni irəliləyiş müşahidə olunmur

.

Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN

1. Oxucu sualı: Salam həkim. Bu yaxınlarda toyum olacaq. Həm ailə quracağım kəs, həm də mən ekiz uşaqlarımızın olmasını istəyirik. Bunun üçün nə isə məsləhətiniz varmı? Ümumiyyətlə, ekiz uşaqların doğulması nədən aslıdır?

.

Ana südünü artıran 7 qida

Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir. Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?. Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:. 1. Yumurt

turlar.az

makiyaj instagram həkim məsləhəti yay kolleksiyasi dəbli bloq sahibələri bilincik resepti sarimsagin xeyri toyluq donlar 2026 kosmetika novruza aid hakista novruz bayramı haxışta xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır qaynanaya aid lakonizm