Arı sancmaları zamanı nə etməli?

Arı sancmaları zamanı nə etməli?"Bağdan meyvə yığırdım. Bilmədən arının yuvasına toxundum. Elə bu an məni bir arı sancdı. Əvvəlcə fikir vermədim, fikirləşdim ki, heç nə olmaz. Bir müddət sonra sifətim şişməyə başladı. Məcbur qalıb xəstəxanaya apardılar. Şiş o qədər böyük idi, üzüm tanınmaz hala gəlmişdi. Yaxşı ki, Həkimlər vaxtında müdaxilə etdilər. Üç gün ərzində şiş yavaş-yavaş çəkilib getdi. Həkimlər dedi ki, arı sancmasından sonra orqanizm şok keçiribmiş. Bir daha əmin oldum ki, bəzən önəmsiz hesab etdiyimiz, fikir vermədiyimiz problemlər sonradan böyük problemə çevrilə bilir".
Milli.Az gencaile.az-a istinadən bildirir ki, bu sözləri bizimlə söhbətində Günel Kərimova söylədi. Onun da qeyd etdiyi kimi, bəzən əhəmiyyət verməsək də, sonradan arı sancmalarının böyük fəsadları  üzə çıxa bilir. Bəs arı sancmaları zamanı nə etməliyik?
Həkim-pediatr Kənan Qarayev deyir ki, hər şey ilkin tibbi müdaxilədən asılıdır: "Bəzən arı sancmasından sonra həmin şəxsin orqanizmində allergik şok reaksiyası müşahidə edilir. Burada önəmli olan ilkin yardımın hansı formada göstərilməsidir. Bəzən elə olur ki, arı sancan şəxsdə ciddi fəsadlar müşahidə olunmur. Amma elə insan var ki, arı sancmasına və arı məhsullarına qarşı allergik reaksiya verir. Allergik insanlarda arı sancması baş verdiyi zaman xəstənin halı xeyli pisləşə bilir. Belə ki, hətta bəzən ölüm halları da olur. Dil, dodaq, qırtlaq və üz nahiyəsinin sancılması isə daha təhlükəli hesab olunur. Bir neçə yerdən sancmalar zamanı ağır intoksikasiya (zəhərlənmə) inkişaf edə bilər. Bu halda insanı dərhal xəstəxanaya çatdırmaq lazımdır. Adətən belə adamların orqanizmi təkcə arı deyil, digər həşərat sancmalarına qarşı da eyni reaksiyanı verir. İnfeksiya daşıyıcısı olan həşəratlar sancdığı zaman isə daha ciddi fəsadlar müşahidə olunur. Bu zaman xəstənin halında ağırlaşmalar başlayır. Yaxşı olar ki, arının sancdığı nahiyənin daha çox hissəyə yayılmaması üçün ilkin tibbi yardım vasitələrindən istifadə olunsun. Arının sancdığı nahiyədə iynə qalıbsa iynəni oradan çıxarmaq üçün müdaxilə edilməlidir. Çalışmaq lazımdır ki, arının sancdığı yerə buz və yaxud soyuq su ilə isladılmış dəsmal qoyulsun. Sancılan yeri rezinlə bağlamaq faydalıdır. İlkin tibbi müdaxilədən sonra xəstə dərhal xəstəxanaya çatdırılmalıdır. Xəstənin ağrıları çox olduqda isə ona müəyyən ağrıkəsicilər verilə bilər. Vəziyyət ağır olduqda venadaxili müdaxilələr edilir. Bəzən arı sancan zaman türkəçarə üsullarından istifadə olunur. Amma bu, heç də faydalı deyil. Məsləhətdir ki, xəstənin qan təzyiqi ölçülsün. Qan təzyiqi ölçüldükdən sonra dərhal həkim müdaxiləsi vacibdir".
Tibb elmləri doktoru Şəmsiyyə Namazlı deyir ki, arı sancmaları xalq təbabətində müalicəvi metod kimi istifadə olunur: "Amma hər kəsin orqanizmi eyni deyil. Hər bir şəxs orqanizminin həssaslığı, immun-bioloji tarazlığından asılı olaraq arı sancmalarına fərqli reaksiya verə bilir. Bəzən hətta arı sancmalarından sonra xəstə şok vəziyyətinə düşə bilir. Ona görə demək olmaz ki, hər kəs arı sancmasına qarşı eyni reaksiyanı verəcəyini gözləmək olmaz. İlan sancmaları zamanı xüsusi dərmanlar tətbiq olunur. Arı sancmaları zamanı isə xüsusi metod yoxdur. Hər kəsə fərqli qaydada tibbi müdaxilə edilir. Həssaslığı olan insanlar özünü arı sancmalarından qorumalıdır. Çünki belə insanlarda arı sancmaları zamanı orqanizm şoka düşə bilir".
Həkim qeyd etdi ki, indi müasir təbabətlə qədim təbabət təkmilləşdirilərək arı sancmalarından müalicə metodu kimi istifadə olunur: "Tibdə bunun əhəmiyyəti böyükdür. Xalq təbabətində də arı sancmalarından istifadə olunur. Amma adətən türkəçarələrin arı sancmaları zamanı faydası olmur. Çünki arının zəhəri həmin nahiyədə dəri altına keçir. Amma istənilən halda, insanlar arasında müəyyən fikirlər kök salıb. Bəzən hətta hansısa metodun ağrını azaltdığına inanırlar. Bu, əslində psixoloji bir məsələdir. Belə metodların fizioloji əhəmiyyəti yoxdur".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1651   Tarix: 16 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

turlar.az

geyim necə seçməli qadın geyimi geyim şəkilləri yay kolleksiyasi 2026 qonaq otagi daglar haqqinda qırmızı xalça kosmetika gözellik burcler haqqinda vətən haqqında atalar sözləri veten haqqinda atalar sozu veten haqqinda atalar sozleri