Azərbaycanda ilk dəfə canlıdan-canlıya böyrək transplantasiyası əməliyyatı həyata keçirilib

Azərbaycanda ilk dəfə canlıdan-canlıya böyrək transplantasiyası əməliyyatı həyata keçirilibYeni Klinikada ilk dəfə icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində orqan transplantasiyası əməliyyatı icra olunub. Canlıdan-canlıya köçürülən böyrək transplantasiyası əməliyyatı uğurla başa çatıb.
Milli.Az xəbər verir ki, xroniki böyrək çatışmazlığı diaqnozu ilə tibb müəssisəsinə müraciət edən 26 yaşlı şəxsə (kişi) 59 yaşlı atasından böyrək köçürülməsi əməliyyatı icra edilib. Laparoskopik (qapalı) üsulla baş tutan donorun əməliyyatı və böyrək transplantasiyasından sonra hər iki şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirilib. Hazırda resipiyentin stasionar müalicəsi həkim nefroloqlar Cəbrayıl Cəbrayılov və Nərmin Ömərlinin təqibi ilə davam etdirilir. Pasiyentin yaxın günlərdə evə yazılması planlaşdırılır. Donor olan şəxs isə artıq ambulator müalicə üçün evə buraxılıb.
Əməliyyat tibb müəssisənin direktor müavini, Cərrahiyyə və transplantasiya mərkəzinin rəhbəri Eldar Əhmədovun rəhbərliyi, eyni zamanda ümumi cərrah Lalə İsmayılova, ümumi cərrah Günay Allahverdiyeva və anestezioloq Mayıl Sədiyevin iştirakı ilə icra olunub.
Qeyd edək ki, dəyəri yüksək olan - zədələnmiş və ya xəstə böyrəyin sağlam donorun böyrəyi ilə əvəz edilməsi prosesi artıq ölkəmizdə icbari tibbi sığorta ilə qarşılanır.  Bundan sonra müasir tibbi avadanlıqlarla təchiz olunmuş əməliyyatxanaya sahib Yeni Klinikada yüksək ixtisaslı, peşəkar komanda sayəsində böyrək transplantasiyası əməliyyatlarının icrası mümkün olacaq.  
Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 20 avqust tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş "Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin Siyahısı"nda dəyişiklik edilib.  Qərara əsasən, "Yeni Klinika" Publik Hüquqi Şəxs (qaraciyər, böyrəklər) bu siyahıya daxil edilib. 
Asya
Milli.Az 

Xəbərlər     Baxılıb: 1216   Tarix: 06 mart 2025
f Paylaş

Oxşar xəbərlər

.

Enerjini azaldan gündəlik səhvlər

Bəzi qidalanma vərdişləri həddindən artıq yorğunluğa səbəb ola bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloq Valeska Nişida "Terra" nəşrinə müsahibəsində xəbərdarlıq edib. Nişida ilk zərərli vərdiş kim

.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetini

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

Bel və boyun ağrıları müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Mütəxəssislər isə bu ağrıların qarşısını almağın ən sadə yolunun gündəlik hərəkətlilikdən keçdiyini bildirirlər. axşam.az-a istinadə

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir

"Hamiləlik hərəkətsizlik və daimi yataq rejimi demək deyil. Əgər cift gəlişi anomaliyaları, vaxtından əvvəl doğuş təhlükəsi və ya ağır preeklampsiya kimi tibbi əks-göstərişlər yoxdursa, müntəzəm fiziki aktivlik tövsiy

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionis

turlar.az

geyim və ayaqqabılar donlar 2026 kosmetik vasiteler toy paltarlari 2026 kakos yaginin saca faydalari 2026 yay paltarlari uşağın cinsiyyəti kosmetika əfsanələr bedii edebiyyat novruza aid hakışta gözəllik usaq geyimleri