Badımcan plov

Badımcan plovƏrzaqlar:Badımcan plov

1 kq düyü

500 q sümüksüz qoyun əti

4 ədəd badımcan

1 ədəd pomidor

3 ədəd baş soğan

1 balaca dəstə keşniş

1 balaca dəstə şüyüd

3 x.q əridilmiş kərə yağı

Zəfəran (sarıkök)

Duz

Istiot

Qazmaq üçün:

1 ədəd yumurta

3 x.q qatıq

Hazırlanması:

Əvvəlcə düyünü 5-6 dəfə yuduqdan sonra suya qoyuruq.

Xırda doğranmış ətə duz və istiot vurub qarışdırırıq.

Badımcan plovTavaya yağ töküb qızdırırıq və əti əlavə edib qızardırıq.

Badımcan plovBadımcanın qabığını soyun kub şəklində doğrayırıq. Üstünə duz töküb 10-15 dəqiqə saxladıqdan sonra acı suyunu çıxarıb yuyuruq.

Qızardılmış ətin üstünə badımcanı əlavə edib az duz töküb qızardırıq.

Badımcan plovSoğanın qabığını soyub yuduqdan sonra xırda doğrayırıq.

Badımcan plovDoğranmış soğanı ətin üstünə əlavə edib qızılı rəngdə olana qədər qızardırıq.

Badımcan plovPomidoru yuyub qabığını soyub xırda doğrayırıq.

Badımcan plovDoğranmış pomidoru qızartmaya əlavə edirik.

Badımcan plovQapağı örtülərək həzin odda hazır olana qədər bişiririk. Hazır olana yaxın xırda doğranmış göyərtiləri əlavə edirik. Zövqə görə yeməyin duz və istiotunu da əlavə edirik. Badımcan qovurmamız hazırdır.

Badımcan plovAdi qaydada düyünü suda bişirib süzürük. Düyünün üstünə zəfəran suyu ya da sarıkök səpirik.

Badımcan plovQazana az yağ töküb əridirik. Sonra yumurta ilə qatığı çalıb qazana tökürük. Düyüdən az əlavə edib qarışdırırıq. Qarışığı 1 sm qalınlıqda qazanın dibinə yayırıq.

Badımcan plovQalan düyünü də qazmağın üstünə əlavə edib yağ töküb aşı dəm almağa qoyuruq. Aşımız 1 saata dəm alacaq.

Badımcan plovPlovu süfrəyə verərkən qovurmanı ayrıca qoyub düyünü qazmaqla bəzəyib yağ töküb verə bilərsiniz. Ya da düyünü qaba çəkib üstünü qazmaqla və ətli badımcan qovurması ilə bəzəyib yağ töküb süfrəyə verə bilərsiniz.

Badımcan plovNuş olsun!

Mətbəx     Baxılıb: 5491   Tarix: 07 oktyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Balıqdan buğlama resepti

Tərkibi. Nərə balığı və ya ağ balıq - 370 qr. Kartof - 115 qr. Baş soğan - 80 qr. Sarı alça - 60 qr. Duz - 0,4 qr. Döyülmüş qara istiot - 0,3 qr. Hazirlama qaydasi. Balıq təmizlənir, yuyulur və qurulanır. Kartof, soğan təmizlənir

.

Portağallı Toyuq Balqabağı Tarifi

Portağallı Toyuq Balqabağı Tarifi üçün Tərkibi. toyuq barabanı. limon. Narıncı. diş. sarımsaq. çay qaşığı. duz. bir. çay qaşığı. qara istiot. bir. çay qaşığı. zerdeçal. bir. desert qaşığı. yer qırmızı bibər. Narıncı. təz

.

Padimcan pancake resepti

Nə vaxtsa badımcanlı pancake alacaqsınız? Damağınızı qıracaq dadlı bir reseptlə buradayıq. Çalışdığımız dadlardan birindən badımcanlı pancake resepti. Gündüz masası üçün, çayın yanında, qonaqlarınıza yemək və ya isti qəlyanalt

.

Dadı Damağınızdan Getməyəcək Tünbəki Dolması

Dadı Damağınızdan Getməyəcək Tünbəki Dolması. Author: Selcan Xatun. Category: Ət Yeməkləri. Cuisine: Azərbaycan Mətbəxi. Yields:. 1 Serving. Qədim və zəngin Azərbaycan mətbəxinin adından və dadından xəbərsiz olduğumuz bölgələrin

.

Ləzzətli və Ətirli Almalı Ördək Filesi

Restoranların menyusunda ördək ətindən hazırlanan dadlı və bahalı bir yemək növü. Lakin bu yeməyi restoranda yemək üçün xeyli miqdarda pul ödəməli olacaqsınız. Ördək filesi alma ilə inanılmaz dərəcədə ləzzətli, şirəli v

.

Qədim yeməyimiz xaşlama resepti

Tərkibi:. 1 kq sümüklü ət (qoyun,quzu və ya mal). 5 ədədsoğan. 7 ədəd kartof. 3-4 ədəd bolqar bibəri. 2-3 ədəd pomidor. 2 ədəd dəfnə yarpağı. 1 çimdik qırmızı acı bibər tozu. duz, istiot. Hazırlanması:. İlk öncə ətı doğrayı

.

Keçi pendirli armud salatı

Lazım olan ərzaqlar. 50 qr keçi pendiri. 2 ədəd armud. 2 dəstə kahı. 2-3 xörək qaşığı xırdalanmış qoz. 2 çay qaşığı bal. 1 xörək qaşığı zeytun yağı. Limon şirəsi. Hazırlanması :. İlk əvvəl qrmudu fal-fal doğrayın. Zeytu

.

Şimal bölgəsinin ən fərqli yeməklərindən biri

Sürhüllü Azərbaycanın şimal-qərb zonasına, əsasən Qax, (İlisu, Sarıbaş, Ağçay, Qaşqaçay), Zaqatala və Balakən rayonlarına, qismən Quba, Xaçmaz və Gəncəbasar bölgələrinə məxsus xəmir yeməyidir. Xüsusilə qış aylarında yeyilə

.

Balqabaq yeməyi resepti üçün maddələr 5 nömrə orta balqabaq bir nömrə orta soğan 3 diş sarımsaq 4 yemək qaşığı zeytun yağı bir nömrə böyük pomidor 1/2

Balqabağın toxumlu hissələrini yemək hazırlayarkən istifadə etməyin, çünki yeməyi sulandırmaz. Rəndələnmiş balqabaqlı balqabağın hazırlanmasında da istifadə edə bilərsiniz. İstəsəniz balqabağı yarıya bölün. Tava içərisin

turlar.az

yay geyimləri 2026 adlarin menasi geymler 2026 aybasi ucun derman vaginal təmizlik duxovkada toyuq qizartmasi qara qarağat kosmetika qiz evi ucun hesaplama faydalı məsləhətlər rus dilini oyrenek 2ci ders haxışda