Bağırsaq qurdlarından qurtulmağın təbii yolları - RESEPT

Bağırsaq qurdlarından qurtulmağın təbii yolları - RESEPTBu gün qurd problemi dünyanın bütün ölkələrində geniş yayılıb. Belə problemlərə uşaqlar arasında daha çox rast gəlinir. Müalicə ilə bağlı əsas çətinlik törədən məqam isə qurdların orqanizmdən gec təmizlənməsi ilə bağlıdır. Buna görə də həkimlər çox dərman yazmağa məcbur qalırlar.
Milli.Az medicina.az-a istinadən bildirir ki, dərmanlar çox olsa da, bəzən qurdlar orqanizmdən təmizlənmir. Körpə orqanizmlər isə kimyəvi dərmanlarla çox yüklənir. Bu da əlbəttə fəsadsız ötüşə bilməz.
Orqanizmdə qurdun əlamətləri:
-Başağrısı
-Halsızlıq
-İştahasızlıq
-Ürəkbulanma
-Sancılar
-Qəbzlik və ya ishal
-Dilin üzərində ərp
-İmmunitet zəifliyi
-Çəki azlığı
-Göbək nahiyyəsində ağrılar
-Qaşınma
-Ağız boşluğunda qoxunun yaranması və s.
Orqanizmdə qurd aşkarlandıqda, pəhriz saxlamaq lazımdır ki, qurdlar qidalana bilməsinlər. Qurdların təmizlənməsi üçün pəhriz saxladıqda yağlı, duzlu, şirin, zülallı qidalardan uzaq olmaq lazımdı. Lakin çərçivə tanımayan uşaqlara necə başa salaq ki, onun istədiklərini yemək olmaz. Digər tərəfdən də kimyəvi dərmanlar uşağın ən əvvəl mədəsini sıradan çıxara bilər.
Bizi əhatə edən hər şeydən orqanizmimizə qurd yoluxa bilər. Lazımdır ki, meyvə-tərəvəz isti su ilə yaxşı yuyub yeyilsin. Göyərti yuyularkən suyuna 1-2 x.q sirkə və ya duz toküb 10-15 dəqiqə saxlamaq lazımdır ki, tərkibindəki mikroblar məhv olsun.
Körpələrin hər etdikləri hərəkətə diqqət etmək lazımdır. Dırnaqlarını tutuqdan sonra ələrini 72%-lik paltar sabunu ilə yuyub barmaq uclarına spit çəkmək lazımdır.
Bəzi qurd növləri var ki, bizquyruq qurdlardan fərqli olaraq, orqanizmdən gec tökülür. Bunun üçün həm səbirli olmaq lazımdır ,həm də müalicəni hərtərəfli aparmaq şərtdir. Qurdlara həm daxildən orqanizmdə ishal vəziyyəti yaratmaqla, həm də xaricdən təbii vasitələrlə təsir etmək vacibdir. Bunlarla bərabər, immunitet artırıcılar vermək lazımdır.
Qurd problemindən dərmansız qurtulmaq üçün aşağıdakı reseptlərdən istifadə edin:
- 4-5 gün gicitkan dəmləməsini 1 dilim limonla içmək.
- Gecə anus dəliyinin kənarlarına sink mazı çəkmək.
-100qr sarımsaq və 100qr xren əzilib, qarışdırılır və süzülür. Gündə uşaqlara 1ç.q, böyüklərə 1x.q 0.5 st su ilə yeməkdən öncə qab. içilir.
- 1 baş sarmısaq və 200 qr tibbi spirt. Sarımsaq əzilir, spirtlə qarışdırılır, 7-8 gün saxlanılır, süzülür. 0.5 st südə uşaqlar üçün 6-7, böyüklər üçün 12-14 damcı tökülür, içilir. Həmçinin nəcis yoxlanılır, qurdlar düşənə kimi bu məhlul hər gün içilir.
- Balqabaq qabığı qurudulur, üyüdülür və dəmlənilir. Qurdların tökülməsinə effektli təsir edir.
- Dağ tərxunu çiçəyi, ayıdöşəyi çiçəyi, andız kökü, balqabaq tumu bütün bunlar üyüdülür. Eyni miqdarda götürülür, bala qarışdırılır. Hər axşam uşaqlara 1x.q, böyüklərə 2 x.q verilir.
- 5 gün 50 qr (axşam) südə 1 dış əzilmiş sarımsaq tənizifin içində qoyulur. İsti südün içində dəmlənilir. Sarımsaq içindən sıxılıb, çıxarılır, südlə bağırsaq klizma olunur. Anus dəliyinin kənarlarına da sarımsaq sürtülür.
- Axşamdan 0.5 st suda 1 diş sarımsaq dəmlənilir. Bir həftə uşağa və böyüyə içirilir.
- Dağ tərxunu, boymadərən dəmlənilir, içilir. Gün ərzində həmçinin balqabaq tumu yeyilir. Bunlarla bərabər, qarınişlədici sena çayı içilir.
- Sarımsaq 1 diş, süd - 1st, kök şirəsi - 0.5 st. Bu qarışıq içilir və anus dəliyinə sink mazı çəkilir.
- Bir ədəd banan təmiz yuyulur, qabıqlı doğranılır, 1 litr suda dəmlənilir və 1 st. içilir.
- Artlanmış ümumi çəkisi 150 qr balqabaq tumu əzilir üzərinə 0.5 st su tökülür. Səhər ac qarnına qarışdırılıb içilir. Gündə 3 dəfə 1 yemək qaşığı içilir. 1 həftə edilir. Qurdların tökülməsinə kömək edəcək, hətta kisəli qurdlar topa-topa töküləcək. Bu 1 həftə ərzində yağlı, ət olmaz. Qidalanma rasionu soyutma kartof, üzsüz qatıq, şirinçay, çörək və şordan ibarət ola bilər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2020   Tarix: 13 dekabr 2019
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət

Ürək-damar xəstəliklərinin yaranmasında genetik amillərlə yanaşı, gündəlik həyat tərzi və qidalanma vərdişləri də mühüm rol oynayır. Həddindən artıq duz və şəkər qəbulu, yağlı və qızardılmış qidalara üstünlük verilməsi, meyvə-tərəvə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Düzgün oturuş qaydası onurğanın təbii əyriliyini qoruyur və tez yorulmanın qarşısını alır. Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin Elmi-Tədqiqat Travmatologiy

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

Həddindən artıq isti havanın sağlamlığa təsiri yalnız günvurma və susuzlaşma ilə məhdudlaşmır. Yeni araşdırma yüksək temperaturun dəri səpgiləri, böyrək çatışmazlığı, dağınıq skleroz da daxil olmaqla 33 diaqnozla əlaqəl

.

Cavan qalmağın sirri süfrənizdədir - Səhiyyə Nazirliyinin ekspertindən açıqlama

"Qocalma hüceyrə səviyyəsində başlayır. İllər keçdikcə DNT-də zədələr yığılır, xromosomların ucundakı telomerlər qısalır, mitoxondrilər enerjini daha zəif istehsal edir və orqanizmdə səssiz, aşağı intensivlikli iltiha

.

"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış

"Tibbdə geniş yayılmış "iki nəfər üçün yemək" yanaşması artıq elmi əsasını itirib". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zaman

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

turlar.az

yaz geyimleri 2026 gözəllik məhsulları geyim necə seçməli düz qarın erotik paltar virtual dərslər üzə qulluq kosmetika qogal masturbasiya sağlıq burclerin uygunlugu google