Bir ay şəkərsiz yaşasaq nə olar? - Bədəndə baş verən dəyişikliklər

Bir ay şəkərsiz yaşasaq nə olar? - Bədəndə baş verən dəyişikliklərSon dövrlərdə şəkərsiz qidalanma vərdişi bir çox insan tərəfindən gündəlik həyatın bir hissəsinə çevrilib. Dietoloqlar şəkərin sağlamlığa təsirləri və bir ay ərzində şəkər qəbul edilmədikdə bədəndə baş verən dəyişikliklərlə bağlı mühüm məqamları bölüşüblər.
Milli.Az xəbər verir ki, dietoloq Rhian Stephenson-un sözlərinə görə, artıq şəkər istifadəsi immunitet sistemini zəiflədir, əhval-ruhiyyəni dəyişir, metabolik pozğunluqlara səbəb olur və iltihab yaradır. Şəkər qəbulu zamanı mədəaltı vəzi qan dövranındakı artıq qlükozanı təmizləmək üçün daha çox insulin ifraz edir. Zamanla hüceyrələr insulinə qarşı müqavimət göstərməyə başlayır və bu, bədəndə balanssızlığa səbəb olur.
Şəkərsiz bir ay: həftə-həftə təsirlər
İlk həftə bədəndə detoks prosesi başlayır. Şəkərə qarşı istək artır, baş ağrısı, yorğunluq və əhval dəyişiklikləri müşahidə olunur. Digər həftə isə yuxu keyfiyyəti yaxşılaşır, enerji artır. Dəridə canlanma və parlaqlıq müşahidə olunur. 3-cü həftə iltihab səviyyəsi azalır, oynaqlarda yüngüllük hiss edilir. Həzm sistemi daha effektiv işləməyə başlayır. 4-cü həftə - çəki azalır, xüsusilə qarın bölgəsindəki yağlar əriməyə başlayır. Əhval-ruhiyyə sabitləşir, zehni aydınlıq yaranır.
Stephenson bildirib ki, şəkər təkcə çəki artımına deyil, həm də bağırsaq mikrobiomunun pozulmasına səbəb olur. Bu, zərərli bakteriyaların artmasına və bağırsaq divarında iltihab yaranmasına gətirib çıxarır. Həzm problemləri və İBS (İrritabl Bağırsaq Sindromu) kimi xəstəliklərin riskini artırır.
Milli.Az

Xəbərlər     Baxılıb: 1159   Tarix: 08 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Qarpızı çox yeməyin fəsadları

Yay aylarında süfrələrdən əskik olmayan qarpız yüksək su tərkibinə görə isti havalarda ən çox seçilən meyvələrdəndir. Lakin mütəxəssislər qarpızın da ölçülü şəkildə istehlak edilməsinin vacib olduğunu bildirirlər. xəbər veri

.

Qaraciyər sağlamlığı üçün ən faydalı 4 qida

Qaraciyər orqanizmin əsas filtrasiya orqanlarından biridir və hər gün toksinləri, dərman qalıqlarını və maddələr mübadiləsi nəticəsində yaranan tullantıları emal edir. "Euroonco" federal ekspert onkologiya klinikalar

.

Dondurucudan gələn zəhər - həkimlərin almağı məsləhət görmədiyi ucuz balıq

Mütəxəssislər supermarket rəflərində satılan ən keyfiyyətsiz balıq növlərini açıqlayıblar. Dondurulmuş balıq tez və faydalı şam yeməyi üçün ideal seçim kimi görünür. xarici mediaya istinadən xəbər verir ki, supermarketlərdək

.

İdman qidalarının yalançı reklamları: Təsir və fəsadları

Son dövrlər sosial media platformalarında bəzi idman qidalarının "arıqlamağa kömək edir", "piy yandırır", "yağları əridir", "bədən çəkisini azaltmağa kömək edir" və digər bu kimi ifadələrl

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Daim yorğunluğunuzun səbəbi bu xəstəliklər ola bilər

Bəzən yorğunluq normal haldır, lakin hər gün davam edən halsızlıq orqanizmdə müəyyən problemlərin əlaməti ola bilər. xəbər verir ki, davamlı yorğunluğun səbəbləri arasında qan azlığı, qalxanabənzər vəz xəstəlikləri, şəkərl

.

Bu məşq yuxuya getməyinizə kömək edəcək

Yaponiyada tətbiq olunan və ilk baxışdan qəribə görünən bir məşqin yuxuya daha tez getməyə kömək edə biləcəyi bildirilir. Mütəxəssislərin sözlərinə görə, tarakan metodu kimi tanınan bu üsulun arxasında elmi əsaslandırma dayanır

.

Tez-tez kolbasa yemək xərçəng riskini artırır

Sosis, kolbasa, bekon və digər emal olunmuş ət məhsullarının müntəzəm istehlakı kolorektal (yoğun və düz bağırsaq) xərçəngi riskini artıra bilər. xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin Milli Kliniki Endokrinologiy

turlar.az

sac duzumleri yay kolleksiyasi toy makiyaji sekilleri ədəbiyyat testləri masqalar aybaşı sikli xamali piroq kosmetika əfsanələr suni mayalanma qoğalın nağlı brusell bakteriyası yemek reseptleri