Bu uşaqlar bağçaya göndərilməsin - Pediatrdan MÜHÜM TÖVSİYƏ

Bu uşaqlar bağçaya göndərilməsin - Pediatrdan MÜHÜM TÖVSİYƏNazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq 1 oktyabr 2020-ci il tarixindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə, 15 sentyabr 2020-ci il tarixindən isə yerdə qalan rayon və şəhərlərdə fəaliyyət göstərən dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilib. Bağçaların bərpası isə valideynləri bir qədər narahat edir. Onlar uşaqlarının virusa yoluxacaqlarından narahatdırlar.
Bəs, uşaqlar bu müddət ərzində özlərini necə qorumalıdır?
Publika.az bu və ya digər vacib məqamlara pediatr Günay Rəsulova ilə aydınlıq gətirib.
Müsahibəni təqdim edirik:
- Bağçaların açılması ilə bağlı qərar verildi. Ancaq virus təhlükəsindən bəzi valideynlər narahatdırlar. Bununla bağlı sizin qənaətiniz necədir? Bağçalarda uşaqların virusa yoluxmaması üçün nələrə diqqət edilməlidir?
- Valideynlər övladlarını necə qoruyacaqlarından narahatdırlar. Uşaqları qorumaq üçün ilk növbədə bir neçə məsələyə diqqət yetirmək lazımdır. Valideynlər ilk olaraq uşaqlarının digər profilaktik peyvəndlərinin tam olmasına fikir verməlidirlər. Bu, çox vacib məsələdir. Valideynlər övladlarına mövsümi olaraq qrip peyvəndi vurdurmağa çalışsınlar. Ən əsası onların immuniteti möhkəm olmalıdır. Bundan əlavə, uşaqlar sağlam qidalandırılmalıdır və vaxtında yatmalıdır. Çünki sağlam qidalanan və normal yuxusu olan uşaqların immun sistemi də yaxşı olur. Tövsiyə edirəm ki, qrip əlamətləri hiss olunan heç bir uşaq bağçaya göndərilməsin. Həmin uşaqlar izolyasiya olunsalar yaxşı olar. Uşaqların qida rasionunda sink tərkibli və vitamin C ilə zəngin qidaların çox olmasına diqqət yetirmək lazımdır. D vitaminini isə profilaktik olaraq istifadə etsinlər. Virusa yoluxmaması üçün xəstə uşaqların bağçaya göndərilməməsi, olduğu otaqların havasının tez-tez dəyişdirilməsi, havalandırılması çox vacibdir. Yaxşı olar ki, uşaqlar bir-birləri ilə çox təmasda olmasınlar və yaxın məsafədə ünsiyyətdən çəkinsinlər.
- Kiçik uşaqların maska taxmasına münasibətiniz necədir? Onlar gündəlik olaraq məktəbdə, bağçada maskadan istifadə etməlidir?
- Maskadan düzgün istifadə etməyi bacaran uşaqların yaş fərqi olmadan qapalı məkanlarda maska taxmasını tövsiyə edirik. Adətən iki yaşa qədər uşaqlar maskadan düzgün istifadə edə bilmədikləri üçün taxmaya bilərlər. Ancaq 2 yaşdan yuxarı uşaqların maskadan istifadəsi yaxşı olar. Açıq havada isə taxmaya bilərlər. Əgər uşaq maska taxa bilirsə və onun üçün sıxıntısı yoxdursa, o zaman maskadan rahatlıqla istifadə edə bilər.
Bu uşaqlar bağçaya göndərilməsin - Pediatrdan MÜHÜM TÖVSİYƏ- Sizcə, uşaqlar dezinfeksiyaedici maddələrdən – spirtdən istifadə etməlidirlərmi? Bəzən böyüklər spirtdən mütəmadi istifadənin dəriyə zərər verdiyi üçün kremlərdən istifadə edirlər. Uşaqlar üçün belə bir alternativ varmı?
- Məktəblərdə, bağçalarda olan uşaqların digər insanlarla sosial məsafə gözləməsini öyrətmək lazımdır. Onlar əsasən sosial məsafəyə diqqət yetirməlidirlər. Dezinfeksiyaedici maddələrə gəldikdə isə, onlar əlləri yuduqdan sonra rahatlıqla bu vasitələrdən yararlana bilərlər. Əllərin 30 saniyə müddətində tam şəkildə, barmaq araları və dırnaq dibləri də daxil olmaqla barmaqların ucuna qədər yaxşı yuyulması və yuyandan sonra antibakterial maddələrdən istifadə tövsiyə olunur. Dezinfeksiyaedici maddələr uşaqların çantalarında da ola bilər. Bu, onlar üçün daha rahatdır.
- Uzun müddətdir ki, insanlar evdədir. Əvvəl uşaqlar daha çox parkda gəzir, hava qəbul edirdilər. Ancaq qapanmalarda bu mümkün olmadı. Sizcə, onlarda D vitamini çatışmazlığı yarana bilərmi?
- D vitaminini 2 yaşa qədər uşaqlar fasiləsiz şəkildə qəbul edə bilər. 18 yaşa qədər uşaqların isə qış fəslində bu vitamini profilaktik istifadə etmələrini həmişə tövsiyə edirik. Amma karantin müddətində uşaqlar qapalı ortamlarda çox vaxt keçirirlər. Yaxşı olardı ki, valideynlər uşaqlarında vitamin D analizi etdirsinlər. Əgər bu vitamin onlarda əskikdirsə, o zaman müalicəvi dozalarda qəbul edə bilərlər. Əgər normaldırsa, profilaktik doza ilə davam etməlidirlər.
- Qarşıdan yoluxucu xəstəliklərin daha çox yayıldığı payız və qış fəsli gəlir. Bu müddətdə uşaqlar necə qorunmalıdır?
- Payız və qış fəslində xəstəliklər baş qaldırır. İnfeksiyalar da bu müddətdə daha çox yayılır. Bu müddət ərzində uşaqları qrip əleyhinə peyvəndlər etdirmək lazımdır. Bundan əlavə, qapalı ortamlarda mümkün qədər olmamağa çalışsınlar. Olsalar da maskadan mütləq istifadə etsinlər. Öz otaqlarının, sinif otaqlarının tez-tez havalandırılmasına fikir vermək lazımdır. Sağlam, bol vitaminli qidalardan istifadə etmək tövsiyə edilir. Yaxşı olardı ki, daha çox açıq havada gəzsinlər, çünki təmiz hava qəbul etmək indiki dövrdə çox faydalıdır.
Akqabay Mıradov

Sağlamlıq     Baxılıb: 1904   Tarix: 10 sentyabr 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

turlar.az

qadin dunyasi yemek reseptleri kosmetoloq sidik ifrazı sistemi nagillar arvaddan icaze kagizi tecavuze ugrayan qadinlar kosmetika novruz bayramı haxışta sirin qogal brusell bakteriyası ariqlamaq burcler haqqinda