Dırnaqların soyulma problemi

Dırnaqların soyulma problemiDırnaqların soyulması- distrofik dəyişiklik olub, dırnaq lövhəciyinin nazilməsi və qabıqlanması ilə səciyyələnir. Dırnaqların kövrəkliyi və deformasiyası ilə bərabər soyulan dırnaqlar da onixodistrofiyalara aid edilir. Dırnaqların soyulma səbəbini aydınlaşdırmaq üçün mikoloqun konsultasiyası, dırnaq lövhəciyinin patogen göbələklərə görə müayinəsi, spektral analizin köməyilə mikroorqanizmlərin konsentrasiyasının təyini tələb oluna bilər. Dırnaq soyulmasından şikayət edən qadınlar ilk növbədə düzgün qidalanmağa diqqət etməlidirlər. Bu problem bəzən ekzogen və endogen amillərlə bağlı olur. Əllərin məişət kimyası, qələvi məhlullar, qaynar su ilə tez-tez təması dırnaqların soyulması ilə nəticələnir. Dırnaqların soyulmasının ən geniş yayılmış endogen səbəbi zülal, maqnezium, kalsium, kükürd, kremnium, sink, fosfor, selen çatışmazlığı ilə müşayiət olunan qeyri-düzgün, balanslaşdırılmamış qidalanmadır. Stress və ruhi vəziyyətlə bağlı problemlər də dırnaq soyulmasına səbəb olan əsas amillərdəndir. Əgər həll edə bilmədiyiniz problemlər və narahatçılıqlarınız vardırsa, bir psixoloq dəstəyi almağa çalışın. Bu problemləri həll etdiyiniz zaman dırnaq soyulmasının da hiss ediləcək dərəcədə azaldığını görəcəksiniz.Soyulan dırnaqların müalicəsi kompleks şəklində olub, tibbi və salon prosedurlarından ibarətdir. Orqanizmdə qida maddələri çatışmazlığını aradan qaldırmaq üçün vitamin-mineral kompleksləri, bioloji aktiv əlavələr, optimal pəhriz məsləhət görülür. Barmaqların distal falanqalarına isidilmiş təbii mum, parafin, ozokerit, müalicəvi palçıq applikasiyaları; fizioterapevtik prosedurlar (diatermiya, A və E vitaminləri ilə ultrafonofarez), masaj qənaətbəxş müalicəvi effektə malikdir. Dəniz duzu və efir yağları ilə əl üçün vannalar dırnaq matriksinin qan təhcizatı və trofikasını yaxşılaşdırır. Dırnaq lövhəciyinin quruluğunu aradan qaldırmaq üçün kutikula nahiyəsinə kosmetik yağlar və qidalandırıcı kremlərin çəkilməsi tövsiyə olunur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1583   Tarix: 10 iyun 2021
f Paylaş

Oxşar xəbərlər

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

turlar.az

qadın geyimi geymler 2026 gözəllik məhsulları psixoloq meslehetleri plovlar qadin dunyasi net dieta kosmetika qiz evi haxista qiz burcu suni mayalanma burclər hakiwda