Evimizdə hansı dərmanların olması vacibdir?

Evimizdə hansı dərmanların olması vacibdir?"Hər bir xəstəlik zamanı, o cümlədən virus xəstəliklərində yalnız həkimin təyin etdiyi dərmanlardan istifadə etmək lazımdır. Bəzən insanlar lazım oldu-olmadı, "bəlkə lazım oldu", - düşünərək müxtəlif dərmanları alıb yığaraq, saxlayırlar".
Milli.Az bildirir ki, bunu Mərkəzi Gömrük Hospitalının Təcili yardım şöbəsinin həkimi Nərgiz Kərimova deyib. Bunun bir mənası varmı və qəfil hər hansı xəstəlik yaranarsa, bu dərmanların köməyi olurmu?
Həkim bildirib ki, hazırda pandemiya dövrüdür və biz tez-tez apteklərdən lazım olan dərmanların yoxa çıxmasının şahidi oluruq: "Halbuki, həmin dərmanlar hər zaman əlçatan olub. Bu, ilk növbədə, həkimin təyinatı ilə müntəzəm olaraq dərmanlar qəbul edən insanlara mənfi təsir göstərir, belə ki, həmin dərmanlar birdən-birə apteklərdə defisitə çevrilir.
Yadda saxlamaq lazımdır ki, hər bir xəstəlik zamanı, o cümlədən virus xəstəliklərində yalnız həkimin təyin etdiyi dərmanlardan istifadə etmək lazımdır.
Həkim xəstəyə dərman təyin edərkən, pasiyentin anamnezinin çoxlu incəliklərini, dərmanların bir-biri ilə ziddiyyətlərini, qarşılıqlı təsirinin xüsusiyyətlərini nəzərə alır. Özbaşına bu dərmanları qəbul etmək çox pis nəticələrə - ağırlaşmalara səbəb ola bilər. Hazırda elə xəstələr var ki, başqasına yazılmış reseptdən istifadə edir, bu onun xəstəliyinin ağırlaşmasına səbəb olduqda isə deyir ki, qohum da bu dərmanları qəbul edib və sağalıb.
Lakin hər orqanizm eyni deyil və birinə yaxşı təsir edən hər hansı dərman başqa birisinə əks təsir göstərə bilər".
N. Kərimova bildirib ki, hormonal preparatların və antibiotiklərin qəbuluna da maksimum dərəcədə ehtiyatla yanaşmaq lazımdır: "Çox təəssüflər olsun ki, hazırda COVİD-19 infeksiyasının yayılması ilə əlaqədar olaraq, insanlar özbaşına olaraq belə dərmanları külli miqdarda qəbul etməklə, profilaktika məqsədilə bu cür səhvlərə yol verirlər. Özünümüalicə faydadan artıq ziyan gətirə bilər".
Mütəxəssis qeyd edib ki, əl altında saxlanılarn dərmanlara və ləvazimatlara sarğı materialları, yaraların, yanıqların və qanaxmanın qarşısını almaq üçün istifadə olunan materiallar, ağrıkəsicilər, antihistamin preparatları və sizin mütəmadi olaraq qəbul etdiyiniz dərmanlar aiddir: "Bir həkim kimi məsləhət görürəm ki, hər hansı xəstəlik zamanı yalnız həkimin təyin etdiyi dərmanlardan istifadə edin, əks halda bu, sizin sağlamlığınıza zərər vura bilər".
Milli.Az  /news.milli.az

Xəbərlər     Baxılıb: 1397   Tarix: 30 may 2021
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı

ABŞ-nin Kaliforniya ştatının İctimai Səhiyyə Departamenti istehlakçıları 23 nəfərin xəstələnməsinə səbəb olan salmonella (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakteria

.

Alkoqol içənlərin beynində nə baş verir? - Alimlər səbəbini açıqladı

Yeniyetməlik dövründə təkrar və həddindən artıq alkoqol istifadəsinin beynin strukturuna və fəaliyyətinə mənfi təsir göstərdiyi müəyyənləşib. xəbər verir ki, araşdırma ABŞ-nin Marşall Universitetinin Joan C. Edwards Tib

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetini

.

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

Kanadanın McGill Universitetinin alimləri cəmi 20 dəqiqəlik fiziki məşqin yuxusuzluğun yaddaşa mənfi təsirlərini azaltmağa kömək edə biləcəyini müəyyən ediblər. xəbər verir ki, araşdırmada 30 saat ərzində oyaq saxlanıla

turlar.az

yaz geyimleri 2026 kosmetik vasiteler toy makiyaji sekilleri usaqlarda angina milli mətbəx ureyin isemik xestelikleri hicab baglama qaydasi kosmetika insan hakışda baldiza aid veten seirleri qiz burcu