Gecə yuxusu sinir xəstəliklərindən necə qoruyur?

Gecə yuxusu sinir xəstəliklərindən necə qoruyur?Yuxunun insan orqanizmi üçün əhəmiyyəti bəllidir. Uzun müddət qidasız yaşaya bilən insan çox az zaman yuxusuz qala bilir.
Yuxunun az məlum, lakin çox önəmli təsiri - QLİMFATİK SİSTEMdir. (Glymphatic system).
Nədir qlimfatik sistem?
Milli.Az medicina.az-a istinadən bildirir ki, iİnsan beyni - metabolik aktiv orqandır, burada fasiləsiz milyardlarla biokimyəvi reaksiyalar baş verir və xeyli miqdarda metabolit, yəni tullantı maddə əmələ gəlir. Bu metabolitlərin hansı yolla xaric edilməsi uzun illər alimlərin mübahisə mövzusu olub. Belə ki, beyin toxumasında limfa damarları yoxdur, qan damarları isə hematoensefalik baryer hesabına bir çox maddələr üçün keçirici deyil. Belə olan halda beyin necə təmizlənir?
Tədqiqatlarla məlum olub ki, qan damarları ətrafında qliya adlı hüceylərər yerləşir. Damar divarı ilə bu hüceyrənin divarı arasındakı məsafə onurğa beyin mayesi ilə dolub, paravaskulyar sahə əmələ gətirir. Arterial paravaskulyar sahədən keçib beyin toxumasında işlənmiş maddələri toplayan beyin mayesi daha sonra venoz paravaskulyar sahəyə daxil olur və oradan beyin toxumasını tərk edərək beyin qabığında yerləşən limfa damarlarına axıb xaric edilir. Beləliklə, ümumən orqanizmdə limfatik sistem ilə toksinlərin təmizlənmə prosesi beyində QLİMFATİK (qliya+limfa) sistem adı almış bu mexanizm vasitəsilə həyata keçirilir. Bəs bu prosesin yuxu ilə nə əlaqəsi? Məsələ burasındadır ki, Qlimfatik sistem gecə yuxusunda, məhz onun ləng fazasında aktivləşir. İki fotonlu elektron mikroskopiya ilə aparılan tədqiqatlar göstərmişdir ki, yuxu zamanı bu sistem 90% aktivləşir, paravaskulyar boşluq və hüceyrələr arasındakı sahə genişlənir ki, bu da onların arasında mayenin axınını asanlaşdırır.
Beləliklə, gecə yuxusunun mühüm funksiyalarından biri də - beynin drenaj-detoksikasiya funksiyasını işə salmaqdır.
Müasir insanda sirkad ritmlərin, yuxunun, onun fazalarının pozulması çox müşahidə olunur. Gecə -gündüz rejiminin kobud pozulması, işıq və səs toksinləri, gec və yanlış qida və maye qəbulu, kimyəvi sakitləşdiricilər səbəbindən keyfiyyətsiz yuxu qlimfatik sistemin mükəmməl çalışmasını əngəlləyir və işlənmiş qalıqların beyin toxumasında toplanıb sinir sistemini zədələməsinə şərait yaradır. Alsheymer, Parkinson və s neyrodegenerativ xəstəliklərin mühüm səbəbi kimi hazırda qlimfatik sistemin yarıtmaz fəaliyyəti hesab edilir.
Qlimfatik sistemin mükəmməl çalışması üçün mükəmməl yuxunu təmin etmək lazımdır.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1000   Tarix: 21 oktyabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

turlar.az

geyim dəbləri geyim necə seçməli qadin sayti hakışta sözləri salat reseptləri kombinler 2026 yay qadin ve kisinin seksi kosmetika şebnem tovuzlu cinsi tut ağacı tutdudu intim qız bürcü