Göbək yağlarını sürətlə əridən 10 qida

Göbək yağlarını sürətlə əridən 10 qidaİnsanların çoxu arıqladıqlarına baxmayaraq, göbək yağlarından xilas ola bilmədiklərindən şikayət edirlər. Mütəxəssislərin fikrincə, çox zaman göbək yağlarına hər hansı sağlamlıq problemi səbəb olur. Kişilərdə 102 sm, qadınlarda 88 sm və daha çox olan göbək yüksək risk əlamətidir. Ürək xəstəlikləri, diabet, yüksək təzyiq və iflic kimi bir çox problemlərlə əlaqəlidir. Bundan başqa, son zamanlar insanlar arasında çox yayılan unutqanlıq, metabolik sindrom, osteoporoz kimi sümük xəstəlikləri və sütun xərçəngi ilə əlaqəli olduğu da bildirir. Bədəndə yağ toplanması və yayılması əsasən genlə əlaqəli olsa da, insanın fərdi fiziki vəziyyətlərindən də asılıdır. Lakin ümidsiz olmayın. Bel-qarın bölgəsinin yağlanmasını yağ əridən qidaları kompleks olaraq yeməklə aradan qaldıra bilərsiniz.
Aile.lent.az göbək yağlarını və piylərini sürətlə əridən 10 qida haqda məlumatı təqdim edir.

1. Yumurta

Sağlam zülal təchizatıyla möcüzəvi qida olan yumurta bədən üçün lazımlı olan amin turşularını ehtiva edir. Həzm olunması asandır. Əzələlər üçün əhəmiyyətlidir. Uzun müddət tox tutur və yağ yanmasını dəstəkləyir.

2. Avokado

Təbii və sağlam yağlarla yağları yandırmaq mümkündür. Avokadonun tərkibindəki Omeqa-9 yağ turşuları maddələr mübadiləsini sürətləndirir, yağların enerjiyə çevrilməsini dəstəkləyir. Yüksək lif tərkibiylə toxluq hissini artırır, yemək istəyinin qarşısını alır və arıqlamağa kömək olur.

3. Buğda çörəyi

Gündəlik enerji yanacağının çoxu karbohidratlardır. Sağlam karbohidrat olan tam buğda çörəyi B qrupu vitaminlərlə zəngindir, üstəlik, lif qaynağıdır. Maddələr mübadiləsini sürətləndirir və bağırsaqları işlədir, yağ yandırılmasını dəstəkləyir. Bundan başqa, tam buğda çörəyi ağ çörəyə nisbətən 50 faiz daha çox tox tutur.

4. Acı bibər

Maddələr mübadiləsini alovlandırır. Tərkibində olan kapsaisin maddəsi termogenik təsir yaradır və yağ yandırılmasını sürətləndirir.

5. Süd və süd məhsulları

Xüsusilə az yağlı süd və süd məhsulları yağ yandırılmasını yüksək dərəcədə dəstəkləyir. Kalsium və zülal baxımından zəngindir. Gündə 2-3 boşqab az yağlı süd və süd məhsulları yesəniz, həm də sağlam arıqlayarsınız.

6. Qəhvə

Enerji xərcləməsini artıran qəhvə maddələr mübadiləsini sürətləndirərək, arıqlamağa kömək olur. Gündə 2-3 fincan qəhvəsi və ya digər qəhvələri içsəniz, yağ yandırılmasını təmin edərsiniz. Bu həm də çəkinizin azalmasına kömək olacaq.

7. Yulaf

Liflə zəngin səhər yeməyinin baş tacı yulafdır. Lif tərkibli olduğu üçün tox tutur və həzminin uzun müddət davam etməsi yağ yandırılmasına kömək olur.

8. Qreypfrut

Qan şəkərini tənzimləyir. C vitamini tərkibli olması detoks təsirli və sidikqovucudur. Yağ yandırılmasını dəstəkləmək məqsədilə gündəlik nizamlı olaraq qreypfrut yesəniz, arıqlamağınıza da kömək olar.

9. Badam

Zülal qaynağı və doymamış yağlarla zəngin olan badam yağ yandırıcı xüsusiyyətə malikdir. Daimi və gündəlik 5-6 ədəd badam yemək qarın-bel ətrafını incəltmək üçün yararlıdır. Bundan başqa tərkibindəki Omeqa-3 yağ turşularıyla ürəyi də qoruyur.

10. Darçın

Darçın qan şəkəri tarazlığını təmin edir, şirnniyyat istəyini azaldır. Qan şəkəri nizamlandıqda bədəndə yağın depolanmasının qarşısını alır və yanmasını dəstəkləyir.

Sonda əlavə edək ki, təbiətin sizə bəxş etdiyini yeyin, boşqabınıza nəzarət edin, işlənmiş qidalardan uzaq durun və bunları həyat tərziniz olaraq mənimsəyin. Beləcə, həm müvəffəqiyyətlə arıqlayarsınız, həm də ruhən və fiziki baxımdan sağlam həyat yaşamanızı təmin edərsiniz.

Gözəllik və Moda     Baxılıb: 6232   Tarix: 27 iyul 2016
f Paylaş

Oxşar xəbərlər

.

Dəri baxımının əsasları - MÜTƏXƏSSİS YAZIR

Dəri bədənimizin ən böyük orqanıdır və həm xarici amillərdən, həm də daxili vəziyyətdən təsirlənir. Ona düzgün qulluq etmək, sağlamlığını qorumaq və gözəlliyini artırmaq üçün vacibdir. Dəri baxımının əsasları yalnız kosmeti

.

Üzünüzün daha gənc görünməsi üçün dodaq boyası necə seçilməlidir?

Makiyaj, xüsusilə də dodaq boyası, üz cizgilərini vurğulamaqla yanaşı, vizual olaraq yaşı daha cavan göstərə bilər. Ekspertlərə görə, düzgün seçilmiş çalarlar dodaqlara təravət, dolğunluq və gənclik effekti qatır. Yaş artdıqc

.

50 yaşdan yuxarı qadınlara yaraşmayan saç kəsimləri

Uğursuz saç kəsimi ən düşünülmüş obrazı belə poza bilər. Yetkin yaşda çox qısa, ağır və həcmiz (yəni yastı) saç modellərindən uzaq durmaq tövsiyə olunur. Əvəzində düzgün seçilmiş saç düzümü təbii gözəlliyi vurğulayır və insanı

.

"TikTok"un diktə etdiyi 5 makiyaj trendi

Artıq demək olar ki, hər bir xanım sosial şəbəkələrdən ilham mənbəyi kimi istifadə edir. Tətbiqlərə hər dəfə daxil olanda biz müxtəlif istedadlı və yaradıcı blogerlərin paylaşdığı videolara heyran qalırıq, həmçinin yeni makiya

.

Birinə bənzəməyə çalışarkən bir-birimizə oxşadıq

20 aprel Dünya Birinə Bənzəmə günüdür. Qadınlardan danışmaq istəyirəm. Özünü bəyənməyib kiməsə oxşamağa çalışan qadınlardan. Birinə bənzəmək istəyərkən bir də baxdılar ki, bir-birinə bənzəyirlər. Nə üçün? Mən deyim, siz d

.

Saçınız nazikdirsə, heç vaxt belə kəsdirməyin

Hansı saç düzümləri incə saçları daha az həcmli göstərir: niyə stilistlər gündəlik görünüşlərdə bu formalardan çəkinməyi məsləhət görürlər. Beləliklə, bu modelləri təqdim edirik:. İncə saçlar üçün hansı saç kəsimləri uyğu

.

Fransız qızlarının gözəllik sirləri

Nədənsə 50 yaşdan yuxarı bir çox fransız qadını yaşına baxmayaraq təbii və cazibədar görünməyi bacarır. Maraqlısı budur ki, bu görünüş üçün çox da səy göstərmirmiş kimi görünürlər. Bunun arxasında isə illərlə formalaşmı

.

Qaynaq kipriklər, irəli uzanmış silikon dodaqlar... Gözəlliyin "standart"ı varmı?

Son zamanlar Azərbaycanda sanki bir gözəllik "bumu" yaşanır. Kimin əlinı bir balaca pul keçirsə, gözünü dartdırır və ya dodaqlarını şişirdir. Burunlar da eyni cərrahın əlindən çıxdığı üçün hamı bir-birinə bənzəyir

.

40 yaşından sonra necə düzgün makiyaj etmək olar?

Zamanla dərimiz dəyişir, parlaqlığını itirir və göz ətrafında incə qırışlar görünməyə başlayır. Mütəxəssislər 40 yaşdan yuxarı qadınların təravətli və gənc görünüşünü necə qoruya biləcəyinin sirlərini bölüşüblər. Parıltısı

turlar.az

kosmetik vasiteler kosmetoloq qadin sayti üzü nəmləndirən maska qizi ehtiraslandiran sozler dirnaq ucun maskalar xəyanət kosmetika vətən həsən bəy zərdabi hakiwda şəhid qiz adlari