Hamilə qadınlar bunları qətiyyən etməsinlər! - Ginekoloqdan XƏBƏRDARLIQ

Hamilə qadınlar bunları qətiyyən etməsinlər! - Ginekoloqdan XƏBƏRDARLIQAna olmağa hazırlaşan xanımları düşündürən məqamlardan biri hamiləlikdə özünəqulluq prosedurlarının ziyanlı olub-olmamasıdır.
Əslində hamiləlik xəstəlik deyil, təbii fizioloji prosesdir. Bu səbəbdən həkimlər hamiləlik zamanı qadınlara adi həyat sürməyi, aktiv olmağı tövsiyə edirlər.
Lakin hamiləlik zamanı bəzi qadağalar mövcuddur. Belə ki, hamiləlik dövründə qadının dırnaq, dəri və saçlarında etdiyi hər bir kimyəvi prosedur bətndəki körpəyə təsir edir. Bu həssas dövrdə çoxlarının "zərərsizdir" düşündüyü gözəllik və baxım prosedurları bəzi fəsadlara yol açır. Həkimlər hamiləlikdə ən təhlükəli dövrlərin 2-3-cü həftələr, 8-12, 18-22, 28-32-ci həftələrdə olduğunu söyləyirlər.
Saglamolun.az bildirir ki, cərrah mama-ginekoloq Ramilə Abbaszadə sherg.az-a açıqlamasına görə, qadın öncə başa düşməlidir ki, həyatına yalnız özü cavabdehdir.
Həkim bildirib ki, hamiləlik və südvermə ərəfəsində botoks, gialuron iynələri, mezoterapiya kimi prosedurlar qəti olmaz:
"Kosmetoloqların vədlərinə inanmayın. Botulotoksinin istifadəsi dölün qüsurlu doğulmasına səbəb ola bilər. Gözəllik iynələrində olan maddələr qana keçərək, ciftlə dölə keçir. Bu isə infeksya və viruslardan da acı nəticələr verir.
Şellak gel, dırnaq qaynağı da hamiləlikdə çox risklidir. Kəskin qoxu, kimyəvi buxarlanma orqanizmə toksiki təsir edir. Dırnaq dibindən infeksiya keçmə ehtimalı da var".
Ginekoloq kirpik qaynağının da fəsadlara yol açma ehtimalını qeyd etdi:
"Fizioterapiya, isti bürünmələr hamiləlik zamanı problem yarada bilər. Ginekoloqsuz heç bir prosedur olmaz. Əks təqdirdə təzyiq qalxa bilər, şişkinlik yaranar, tonus artar və hamiləlik pozular.
Permanent makiyaj və tatu, döymə kimi prosedurlar zamanı ağrıkəsicilər istifadə olunur. Bu da uşaqlığın tonusunu artırır. Döymə zamanı istifadə edilən rəng dərinliyə yeridildiyindən plasentaya çatır.
Saçların kimyəvi boyalarla rənglənməsi də məsləhət görülmür. Bəziləri bunu qulaqardına vururlar. Bir çox boyalarda ammiak var. Ammiak allergiya verir, nəfəs yollarında problem yaradır. Hamiləlikdə eko boya və xınalardan istifadə etmək daha məsləhətlidir".
Saglamolun.Az

Ailə və Uşaq     Baxılıb: 1940   Tarix: 19 mart 2022
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

4 aylıq körpənin inkişafı

4 aylıq uşağın inkişafında nəzərəçarpacaq dəyişikliklər müşahidə edilir. Onun yeni hərəkətləri artıq mənimsənilmiş olur. bildirir ki, körpənin emosional-psixoloji sahə formalaşmağa davam edir, balaca ətraf aləmi fəal öyrəni

.

Yüksək təzyiq, ürək xəstəlikləri və böyrək problemləri - UŞAQLARINIZI uzaq tutun

Ketçup pomidor, sirkə, şəkər və ədviyyatların qarışığından hazırlanan sous növüdür. Qırmızı rəngdədir və sıx bir tutarlılığa malikdir. Ketçupun əsas istifadə sahələrindən biri yeməkləri şirinləşdirmək və dad verməkdir. Xüsusil

.

Övladlarınızı ANA SÜDÜndən məhrum etməyin

Körpələrin təbiətin onlara bəxş etdiyi ən qiymətli qida olan ana südü ilə qidalandırılmasının çox önəmli olduğu sübut edilmişdir. Ana südünün əsas xüsusiyyətlərindən biri uşağın yaşından və vəziyyətindən asılı olaraq dəyişilməsidir:

.

Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?

Sağlam olan qalxanabənzər (tiroid) vəzi hamiləlik dövründə tiroid hormonlarının istehsalını artıra bilər, lakin qalxanvari vəziniz zəif çalışırsa (bu, hipotiroidizm kimi tanınır), o bunu edə bilməyəcək. Hamiləlikdə hipotiroidiz

.

Hamiləlik zamanı krampların qarşısını necə almalı?

Hamiləlik dövründə bəzi fizioloji və psixoloji təsirlər baş verir. Bu təsirlərdən biri Hamiləlik Kramplarıdır. Xüsusilə hamiləliyin ikinci trimestrində (təxminən 20 həftədən sonra) başlayan və bəzi hallarda çox ağrılı ol

.

Uşaqlara qoyulan yanlış diaqnoz. Valideynlər diqqətli olmalıdır

Son illər pediatrlar tərəfindən uşaqlara ən çox qoyulan diaqnozlardan biri də raxit xəstəliyidir. Bəzən həkim körpəni müayinə edərək ona raxit diaqnozu qoyur, körpəyə kalsium preparatları və ya D vitamini müalicəsini təyi

.

10 aylıq körpənin inkişafı

10 aylıq körpələrin bir çoxu artıq ilk addımlarını atır. Hər keçən gün, körpə daha ağıllı olur, onu əhatə edən ətraf aləmi daha aktiv öyrənir və artıq ailəyə öz xarakterini göstərməyə başlayır. 10 aylıq uşağın bəzi xüsusiyyətlər

.

Ana südünü artıran 7 qida

Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir. Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?. Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:. 1. Yumurt

.

Uşaqlar kababdan niyə imtina edir? - GİZLİN SƏBƏBLƏRİ VARMIŞ

Azərbaycanda uşaqların müxtəlif kabab yeməmələrinin səbəbi, görəsən nədir?. Sağlamolun.az bunu araşdırıb. Məlum olub ki, uşaqlar bu səbəblərə görə kabab yeməkdən imtina edə bilər:. Dad üstünlükləri: Uşaqlar müxtəlif dad üstünlüklərin

turlar.az

kosmetoloq geyim və ayaqqabılar reseptler sharlotka resepti aloy gulunun faydasi vaginal təmizlik cagatay ulusoy kosmetika novruz hakisdalari buga burcu cinsi elaqe ariqla sanamalar