Hamiləlik müddətində yaranan ləkələr və çarəsi

Hamiləlik müddətində yaranan ləkələr və çarəsiHamiləlik müddətində yaranan ləkələr və çarəsi

Hamiləlik zamanı ləkələr alın, yanaq, çənə və dodaq ətrafında yaranır.

Hamiləlik zamanı qadının orqanizmində hormonal dəyişikliklər baş verir: üz dərisində piqmentasiya pozğunluğu yaranır, yəni dəridə ləkələr əmələ gəlir. Bu hal daha çox hamiləliyin ikinci dövründə baş verir. Belə ləkələrin üstü hamar olur, günəşin şüalarının təsiri nəticəsində bu ləkələr daha çox arta bilər.

Hamiləlik ləkələrini aradan qaldıran təbii üsul

Hamilə qadınların ən böyük kabuslarından biri də ləkələrdir. Hamiləlik ləkələrinin bir qismi sonradan öz-özünə yox olsa da, günəş işığının dəydiyi bölgələrdə uzun müddət qalır. Bəzi kosmetik vasitələr, hamiləliyin qarşısını alan dərmanlar da dəridə ləkələnməyə səbəb ola bilir. Bütün bu ləkələrdən xilas olmaq üçün çox asan bir üsul var.

Qədim zamanlardan bəri insanlar cəfərinin ləkəaparma xüsusiyyətindən xəbərdar olublar. Siz də ləkələrinizi yox etmək üçün bu göyərtidən istifadə edə bilərsiniz.

Bunun üçün bir az cəfərinin üzərinə qaynar su tökün və 5 dəqiqə gözləyin. Cəfəri suyu ilə eyni miqdarda limon şirəsini qarışdırın. Maskanı problemli bölgələrə çəkib 15 dəqiqə gözləyin. Daha sonra dərini ilıq su ilə durulayın. Bu maskanı 1 ay ərzində hər gün çəksəniz, ləkələrinizin rəngi xeyli açılacaq. Uzun müddət istifadən sonra ləkələr tamamilə yox olacaq.

Hamiləlikdə ləkələrdən azad olmaq üçün bu maskadan istifadə edin:
*Bir qədər quşüzümü meyvəsindən götürüb əzin, maskanı ləkələr olan hissələrə çəkin. 15-20 dəqiqə saxladıqdan sonra yuyun. Tədricən ləkələr ağarıb tamamilə yox olacaqdır.
*Bir ədəd xiyarı götürüb sürtgəcin xırda gözündən keçirin ya da ki, blenderdə əzin. Maskanı üz dərisinə çəkin, 20-25 dəqiqə saxlayın. Sonra ilıq su ilə yuyun. Bu maskanı gün ərzində bir neçə dəfə etmək olar.
*Hər gün üzünüzü qatıqla yuyun. Qatıq ləkələrin ağarmasını təmin edir.
*Limon şirəsi və adi suyu 1:10 həcmində qarışdırıb losyon hazırlayın. Bu losyonla üzünüzü hər gün silin. Tədricən ləkələr ağaracaq və yox olacaqdır.

Ləkələrin ağarmasına kömək olacaq bir vasitə də kosmetik gildir.
* Belə bir maska hazırlayın:
1 xörək qaşığı ağ kosmetik gilin üzərinə
1,5 çay qaşığı soda
0,5 çay qaşığı talk
bir az da 3 %-li hidrogen peroksidi əlavə edin.
Qarışdırıb üzünüzə çəkin, 15-20 dəqiqə saxlayın. Sonra isti su ilə yuyun. Dərinizin qurumasının qarşısını almaq üçün üzünüzə qidalandırıcı krem çəkin.
Piqment ləkələrindən bir dəfəlik azad olmaq üçün maska hazırlayın:
Bir və ya yarım xörək qaşığı nişastanın üzərinə bir qədər limon şirəsi əlavə edib qarışdırın. Ləkələrin olduğu yerlərə çəkin. 25 dəqiqə saxlayıb yuyun.

Normal və yağlı dəri üçün maska:
*Qırmızı və ya qara qarağatı əzin, salfeti ona batırıb 10-15 dəqiqəlik təmizlənmiş üz dərisinə qoyun. Bu şirəyə siz həmçinin yumurtanın ağını da qata bilərsiniz. Amma bu zaman maskanı üzdə 20-25 dəqiqə saxlamaq lazımdır. Bu proseduru hər axşam 2 həftə ərzində etmək lazımdır. Bu meyvələrdə, duzlu kələm və limonda olduğu kimi epidermisi təmizləyən çoxlu miqdarda C vitamini var. Ona görə də bu meyvələri içəri də qəbul etmək lazımdır.
*Baş soğanın şirəsini balla 1:1 həcmində qarışdırıb üzünüzə çəkin, 15 dəqiqə saxlayıb nəm salfetlə üzünüzdən silin. Sonra üz dərisini quruluyun.
Xardallı maska:
*Belə maska qan dövranını yaxşılaşdırır, iltihabı götürür, piqment ləkələri ilə yanaşı həm də sızanaqları da aparır. Bu maskanı hazırlamaq üçün bir az xardal tozunu götürüb üzərinə su və ya süd əlavə edib üzünüzə çəkin. Dəriniz qıcıqlandıqda dərhal maskanı yuyun.

Ailə və Uşaq     Baxılıb: 15665   Tarix: 14 avqust 2015
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

4 aylıq körpənin inkişafı

4 aylıq uşağın inkişafında nəzərəçarpacaq dəyişikliklər müşahidə edilir. Onun yeni hərəkətləri artıq mənimsənilmiş olur. bildirir ki, körpənin emosional-psixoloji sahə formalaşmağa davam edir, balaca ətraf aləmi fəal öyrəni

.

Uşağa ət neçə aydan verilməlidir?

Bir qayda olaraq ana südü və ya süni südlə ("smes") qidalandırılan uşaqlara istənilən əlavə qidalar (sıyıq, kəsmik, meyvə, tərəvəz, yumurta və s.) yalnız 6 ayından sonra verilə bilər. xəbər verir ki, bütün dünyad

.

Övladlarınızı ANA SÜDÜndən məhrum etməyin

Körpələrin təbiətin onlara bəxş etdiyi ən qiymətli qida olan ana südü ilə qidalandırılmasının çox önəmli olduğu sübut edilmişdir. Ana südünün əsas xüsusiyyətlərindən biri uşağın yaşından və vəziyyətindən asılı olaraq dəyişilməsidir:

.

3 aylıq körpənin inkişafı

3 aylıq körpə, yeni doğulan körpə ilə müqayisədə, daha fəal və çevik olur. bildirir ki, körpənin nəzərə çarpacaq dərəcədə, ətrafda baş verənlərə reaksiyası dəyişir. Şəxsi davranış xüsusiyyətləri yaranır. İnkişafı düzgün qiymətləndirmə

.

Uşaqlar arasında yayılan KOKSAKİ virusu

 Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən şikayətlər son günlərdə uşaqlar arsında sıx rast gəlinən virus xəstəlikdir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədə

.

Normal doğumun 10 faydası: Keysəriyyə əməliyyatına ciddi zərurət olmalıdır

 . Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Dos. Dr. Özlem Özgür Gürsoy ana olmağa hazırlaşan qadınlara müraciət edib. O, keysəriyyə ilə doğumun yalnız tibbi zərurət halında tətbiq oluna biləcək bir seçim olduğunu, norma

.

Uşaqlarda angina xəstəliyi - Əməliyyatın hansı fəsadları var?

Tonzillit (angina) - udlaq badamcıqlarının iltihablaşmasıdır. Adenoid toxumalar kimi, bu badamcıqlar da xarici mühitdən mikrob və infeksiyaların insan orqanizminə daxil olmasının qarşısını alır. Uşaq anadan olarkən bu badamcıqla

.

10 aylıq körpənin inkişafı

10 aylıq körpələrin bir çoxu artıq ilk addımlarını atır. Hər keçən gün, körpə daha ağıllı olur, onu əhatə edən ətraf aləmi daha aktiv öyrənir və artıq ailəyə öz xarakterini göstərməyə başlayır. 10 aylıq uşağın bəzi xüsusiyyətlər

.

Böyrəklərdən qaraciyərə... Vitamin artıqlığı ciddi zərər verə bilər

"Vitamin çatışmazlığı qədər vitamin artıqlığı da orqanizmə ciddi zərərələr vura bilər". Bunu uşaq sağlamlığı və xəstəlikləri mütəxəssisi Dr. İhsan Şehla məlumat verib. "Həkim göstərişi olmadan, orqanizmə lazımsı

turlar.az

sade makiyaj sekilleri gozel gorunmek qadin dunyasi toy paltarlari 2026 qerkules maskasi meyvələr bilincik resepti kosmetika qiz evi ucun birlik haqqinda oxu az veten haqqinda bayati veten haqqinda atalar sozu