Hamiləlik zamanı dəmir defisitli anemiyanın yaranması

Hamiləlik zamanı dəmir defisitli anemiyanın yaranmasıHamiləlik zamanı dəmir defisitli anemiyanın yaranması hal -hazır ki,dövrümüzdə qlobal problemə çevrilib.

Hamilə qadın qəhvə və çayı çox içməyi tərgitməlidir,çünki qəhvə və çayın tərkibində olan kofein dəmirin qana sorulmasının qarşısını alır.

Qan xəstəliyi olan hamilələrdə 90%dəmir defisitli anemiya aşkar olunur. Dəmir defisitli anemiya bir neçə səbəblərdən yarana bilər.

Qanitirmə
Qidada dəmir azlığı
Qastrogen və enterogen səbəblər
Transferrinin qanda azalmasi (birincili qaraciyer xəstəliyi)
Sirroz
Hepatit

Dəmirin gündəlik qəbulu nə qədər olsa da ancaq 2 mg dəmir sorulur. İnsan bədənində 4 qram dəmir var. Onun 65% hemoqlobinin tərkibindədir. Dəmir defisitli anemiya ən cox doğan qadınlarda və qidalanması sağlam olmayan hamilələrdə olur. Qadın hamiləlik və südvermə dövründə 1 q dəmir itirir və bunun bərpası üçün 3-4 il vaxt lazımdır. 4 hamiləliyi olan qadinlarda dəmir defisitli anemiyanın olması labuddur.

Dəmir defisitli anemiyanın əlamətləri - tez yorulma, təngnəfəslik, ürək nahiyyəsində ağrı, halsızlıq, əzələ zəifliyi, dərinin avazımasi və quruması, dəridə çatların əmələ gəlməsi, əldə və burun dodaq üçbucağında sarılıq əlaməti, təbaşir,qum və s. yeməyə meyllilik, müxtəlif qoxulara həvəs, dilin qızarması və hamarlasması və s. dir.

Dəmir defisitli anemiya 3 dərəcəyə bölünür-89 q/l-ə qədər hemoqlobin birinci dərəcə, 69 q/l-ə qədər hemoqlobin ikinci dərəcə, 69 q/l-dən az hemoqlobin 3-cü dərəcə anemiya hesab olunur.

Birinci dərəcə adətən əlamətsiz inkişaf edir.

Əgər dəmir defisitli anemiya hamiləlik dövründə inkişaf edirsə bu daha ağır gedişə malik olur.

Dəmir defisitli anemiyanın diaqnostikasında hemoqlobin, rəng göstəricisi, transferrin və onun dəmir birləşdirmə qabiliyyəti, ferritin, dəmir yoxlanılmalıdır.

Əgər hemoqlobin 100 q/l-dən aşağıdırsa,rəng göstəricisi 0,85 dən aşağıdırsa bu dəmir defisitli anemiyanı göstərir.

Əgər hamiləliyin ilkin 3 ayında hemoqlobin 120 q/l-dən aşağıdırsa sonrakı dövrlərdə anemiyanın inkişafı gözlənilir. Əgər ilkin 3 ayında ağır anemiya təyin edilərsə hamiləliyi pozmaq məsləhət görülür.

Dəmir defisitli anemiyası olan hamilələrdə dölün istənilən orqanında inkişafdan qalma ola bilər.

Belə qadınlarda südvermə dövrü də qısalır,doğuşun dövrləri də ağırlaşmalarla keçir, hamiləlikdə də problemlər (düşük riski) yaranır.

Dəmir defisitli anemiyanin müalicəsində dəmir preparatlarından istifadə edilir.

Yüngül dərəcə anemiyada 60 mq dəmir, orta və ağır dərəcədə 120 mq dəmir təyin olunmalıdır. Müalicə 2-3 ay davam etməli, hemoqlobin normallaşsa belə müalicə davam etdirilməlidir.

Pəhrizdə kök, alma,nar kimi məhsullara deyil, qırmızı ətə üstünlük verilməlidir.Gündəlik qida rasionunda 200 q qırmızı ət və ya 250 q balıq əti qəbul edilməlidir.

Əgər hamiləlikdən sonra da anemiya davam edərsə və ya anemiyaya meyllilik varsa profilaktik dozada dəmir preparatları təyin olunmalıdır, Hamiləlik zamanı da profilaktik dəmir preparatları təyin oluna bilər. Profilaktik doza 60 mqdir.

Dəmir defisitli anemiyalı hamilələrin uşaqlarında da 1-2 ildən sonra dəmir defisitli anemiya problemi yaraır. Çünki döl dəmir ehtiyyatını anadan alır.

Ailə və Uşaq     Baxılıb: 4278   Tarix: 10 avqust 2015
f Paylaş

Oxşar xəbərlər

.

4 aylıq körpənin inkişafı

4 aylıq uşağın inkişafında nəzərəçarpacaq dəyişikliklər müşahidə edilir. Onun yeni hərəkətləri artıq mənimsənilmiş olur. bildirir ki, körpənin emosional-psixoloji sahə formalaşmağa davam edir, balaca ətraf aləmi fəal öyrəni

.

Uşağa ət neçə aydan verilməlidir?

Bir qayda olaraq ana südü və ya süni südlə ("smes") qidalandırılan uşaqlara istənilən əlavə qidalar (sıyıq, kəsmik, meyvə, tərəvəz, yumurta və s.) yalnız 6 ayından sonra verilə bilər. xəbər verir ki, bütün dünyad

.

Övladlarınızı ANA SÜDÜndən məhrum etməyin

Körpələrin təbiətin onlara bəxş etdiyi ən qiymətli qida olan ana südü ilə qidalandırılmasının çox önəmli olduğu sübut edilmişdir. Ana südünün əsas xüsusiyyətlərindən biri uşağın yaşından və vəziyyətindən asılı olaraq dəyişilməsidir:

.

3 aylıq körpənin inkişafı

3 aylıq körpə, yeni doğulan körpə ilə müqayisədə, daha fəal və çevik olur. bildirir ki, körpənin nəzərə çarpacaq dərəcədə, ətrafda baş verənlərə reaksiyası dəyişir. Şəxsi davranış xüsusiyyətləri yaranır. İnkişafı düzgün qiymətləndirmə

.

Uşaqlar arasında yayılan KOKSAKİ virusu

 Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən şikayətlər son günlərdə uşaqlar arsında sıx rast gəlinən virus xəstəlikdir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədə

.

Normal doğumun 10 faydası: Keysəriyyə əməliyyatına ciddi zərurət olmalıdır

 . Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Dos. Dr. Özlem Özgür Gürsoy ana olmağa hazırlaşan qadınlara müraciət edib. O, keysəriyyə ilə doğumun yalnız tibbi zərurət halında tətbiq oluna biləcək bir seçim olduğunu, norma

.

Uşaqlarda angina xəstəliyi - Əməliyyatın hansı fəsadları var?

Tonzillit (angina) - udlaq badamcıqlarının iltihablaşmasıdır. Adenoid toxumalar kimi, bu badamcıqlar da xarici mühitdən mikrob və infeksiyaların insan orqanizminə daxil olmasının qarşısını alır. Uşaq anadan olarkən bu badamcıqla

.

10 aylıq körpənin inkişafı

10 aylıq körpələrin bir çoxu artıq ilk addımlarını atır. Hər keçən gün, körpə daha ağıllı olur, onu əhatə edən ətraf aləmi daha aktiv öyrənir və artıq ailəyə öz xarakterini göstərməyə başlayır. 10 aylıq uşağın bəzi xüsusiyyətlər

.

Böyrəklərdən qaraciyərə... Vitamin artıqlığı ciddi zərər verə bilər

"Vitamin çatışmazlığı qədər vitamin artıqlığı da orqanizmə ciddi zərərələr vura bilər". Bunu uşaq sağlamlığı və xəstəlikləri mütəxəssisi Dr. İhsan Şehla məlumat verib. "Həkim göstərişi olmadan, orqanizmə lazımsı

turlar.az

sade makiyaj sekilleri gozel gorunmek qadin dunyasi toy paltarlari 2026 qerkules maskasi meyvələr bilincik resepti kosmetika qiz evi ucun birlik haqqinda oxu az veten haqqinda bayati veten haqqinda atalar sozu