Hamiləlik zamanı USM müayinəsi körpələrə necə təsir edir?

Hamiləlik zamanı USM müayinəsi körpələrə necə təsir edir?Ultrasəs müayinəsi (USM) – hamiləliyin gedişinə nəzarət edilməsi üçün ən çox məlumat verə biləcək müayinə üsuludur. Məhz USM-in köməyilə hamiləliyin gedişi, dölün vəziyyəti barədə məlumat almaq olur.

Bu isə bir çox pozulmaları vaxtında aşkar edərək müvafiq tədbirlər görməyə imkan verir.

Qadınlar hamiləlik dövründə USM-dən keçməkdən qorxmamalıdırlar. Bu barədə çox danışılsa da, ultrasəs müayinəsinin dölə mənfi təsir etməsi barədə ciddi sübutlar aşkar edilməmişdir.

Hamiləliyin müddəti ərzində ən azı 3-4 dəfə ultrasəs müayinəsindən keçmək lazımdır. Bu, hətta ideal şəkildə normal keçən hamiləlik üçün də ən minimal say hesab olunur.

İlk ultasəs müayinəsi hamiləliyin 5-6-cı həftəliyində olan dövrdə aparılmalıdır. Bu, dölün uşaqlığın daxilində olmasına əmin olmaq və bununla da uşaqlıqdan kənar hamiləliyi istisna etmək üçün tələb olunur. Hamiləliyin bu dövründə aparılan ultrasəs müayinəsi əksər hallarda vaginal (uşaqlıq yolundan) üsulu ilə aparılır: rüşeym yumurtasının ölçüləri çox kiçik olduğu üçün ultrasəs aparatı ilə onu qarın boşluğunun ön divarından görmək olmur. Narahat olmayın, bu təhlükəli deyil və hamiləliyin pozulmasına səbəb ola bilməz.

Ultrasəs müayinəsi 2-ci dəfə hamiləliyin 10-11-ci həftələrində aparılır. Bu, uşağın inkişafında mümkün ola biləcək ağır anomaliyaların aşkar edilməsi məqsədi ilə aparılır. Digər tərəfdən, məhz bu dövrdə hamiləliyin müddətini daha dəqiqliklə müəyyən etmək, həmçinin həmin dövrə qədər dölün, artıq formalaşmış olan ürək fəaliyyətinə nəzarət etmək də mümkün olur.

3-cü ultrasəs müayinəsi üçün optimal vaxt hamiləliyin 19-21-ci həftələri hesab olunur. Bu vaxta qədər olan müddət ərzində uşağın bütün əsas orqan və sistemləri formalaşmış olur ki, bu da onun inkişafının düzgün getməsinin qiymətləndirilməsinə imkan verir.

Sonuncu (4-cü) ultrasəs müayinəsi isə doğuşdan bir qədər əvvəl – hamiləliyin 30-cu həftəsindən sonra aparılır. Bu, təbii doğuşun aparılmasına maneçilik törədə bilən faktorların aşkar edilməsinə imkan verir: məsələn, dölün ana bətnində düzgün yerləşməməsi (köndələn və ya üzü qabağa olmaqla və s.); dölün baş ölçülərinin ananın çanaq ölçülərindən artıq olması və s.

Bir daha təkrar etmək istəyirik ki, aparılan bu ultrasəs müayinələri hamiləliyin hətta tam normal şəkildə getdiyi hallarda da vacib hesab edilir. Əgər hamiləliyin gedişində hər hansı patoloji dəyişikliklərin olmasına şübhə yaranarsa, bu halda USM daha tez-tez aparıla bilər. Bu, həmin patoloji halların inkişafına nəzarət edilməsinə və vaxtında müvafiq qərarların qəbul edilməsinə imkan verir. Bir sözlə, belə hallarda aparılan ultrasəs müayinələrinin sayı bir çox faktorlardan aslıl olur və müalicə həkimi tərəfindən müəyyən edilir.

Hal hazırda üç- və dörd-ölçülü (əvvəlki ultrasəs müayinələri iki-ölçülü idi) ultrasəs müayinələri daha çox populyarlıq qazanmağa başlayır. Fiziki mənada (ultrasəs dalğasının gücü) üç- və dörd-ölçülü ultrasəs müayinələri iki-ölçülü müayinələrdən heç də "daha zərərli" hesab olunmur. Əksinə, onlar diaqnostik baxımdan iki-ölçülü ultrasəs müayinəsinə nisbətən xeyli dərəcədə daha informativ hesab olunurlar. Hamilələr bu növ ultrasəs müayinələrinə o halda göndərilirlər ki, bu zaman dölün inkişafında hər hansı bir qüsurun (ətrafların, sifətin, onurğa sütununun, ürəyin, beyinin və s.) olmasına şübhə yaranmış olsun. Bütün digər hallarda isə iki-ölçülü utrasəs müayinəsinin aparılması adətən kifayət edir./Saglamolun.Az/

Ailə və Uşaq     Baxılıb: 4424   Tarix: 03 noyabr 2015
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

4 aylıq körpənin inkişafı

4 aylıq uşağın inkişafında nəzərəçarpacaq dəyişikliklər müşahidə edilir. Onun yeni hərəkətləri artıq mənimsənilmiş olur. bildirir ki, körpənin emosional-psixoloji sahə formalaşmağa davam edir, balaca ətraf aləmi fəal öyrəni

.

Uşağa ət neçə aydan verilməlidir?

Bir qayda olaraq ana südü və ya süni südlə ("smes") qidalandırılan uşaqlara istənilən əlavə qidalar (sıyıq, kəsmik, meyvə, tərəvəz, yumurta və s.) yalnız 6 ayından sonra verilə bilər. xəbər verir ki, bütün dünyad

.

Övladlarınızı ANA SÜDÜndən məhrum etməyin

Körpələrin təbiətin onlara bəxş etdiyi ən qiymətli qida olan ana südü ilə qidalandırılmasının çox önəmli olduğu sübut edilmişdir. Ana südünün əsas xüsusiyyətlərindən biri uşağın yaşından və vəziyyətindən asılı olaraq dəyişilməsidir:

.

3 aylıq körpənin inkişafı

3 aylıq körpə, yeni doğulan körpə ilə müqayisədə, daha fəal və çevik olur. bildirir ki, körpənin nəzərə çarpacaq dərəcədə, ətrafda baş verənlərə reaksiyası dəyişir. Şəxsi davranış xüsusiyyətləri yaranır. İnkişafı düzgün qiymətləndirmə

.

Uşaqlar arasında yayılan KOKSAKİ virusu

 Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən şikayətlər son günlərdə uşaqlar arsında sıx rast gəlinən virus xəstəlikdir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədə

.

Normal doğumun 10 faydası: Keysəriyyə əməliyyatına ciddi zərurət olmalıdır

 . Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Dos. Dr. Özlem Özgür Gürsoy ana olmağa hazırlaşan qadınlara müraciət edib. O, keysəriyyə ilə doğumun yalnız tibbi zərurət halında tətbiq oluna biləcək bir seçim olduğunu, norma

.

Uşaqlarda angina xəstəliyi - Əməliyyatın hansı fəsadları var?

Tonzillit (angina) - udlaq badamcıqlarının iltihablaşmasıdır. Adenoid toxumalar kimi, bu badamcıqlar da xarici mühitdən mikrob və infeksiyaların insan orqanizminə daxil olmasının qarşısını alır. Uşaq anadan olarkən bu badamcıqla

.

10 aylıq körpənin inkişafı

10 aylıq körpələrin bir çoxu artıq ilk addımlarını atır. Hər keçən gün, körpə daha ağıllı olur, onu əhatə edən ətraf aləmi daha aktiv öyrənir və artıq ailəyə öz xarakterini göstərməyə başlayır. 10 aylıq uşağın bəzi xüsusiyyətlər

.

Böyrəklərdən qaraciyərə... Vitamin artıqlığı ciddi zərər verə bilər

"Vitamin çatışmazlığı qədər vitamin artıqlığı da orqanizmə ciddi zərərələr vura bilər". Bunu uşaq sağlamlığı və xəstəlikləri mütəxəssisi Dr. İhsan Şehla məlumat verib. "Həkim göstərişi olmadan, orqanizmə lazımsı

turlar.az

sade makiyaj sekilleri gozel gorunmek qadin dunyasi toy paltarlari 2026 qerkules maskasi meyvələr bilincik resepti kosmetika qiz evi ucun birlik haqqinda oxu az veten haqqinda bayati veten haqqinda atalar sozu