Hamiləlik zamanı yaranan dəri genəlməsi

Hamiləlik zamanı yaranan dəri genəlməsiHamiləlik dövründə çəkinin artması ilə əlaqədar olaraq qadınlarda dəri genəlmələri olur. Fiziki diskomfort yaratmır, qeyri-estetik görünüşü ilə kompleks əmələ gətirir. Genəlmələr atrofin xarakter daşıyır. Döş nahiyəsində, qarın, bud, arxa zonalarda daha aydın nəzərə çarpır, Bəzi hallarda dəri genəlmələri hormonal və medikamentoz müalicələrin nəticəsində, eyni zamanda tez-tez kortikosteroid preparatları qəbul etdikdə də əmələ gəlir. Bundan başqa, elastik və kollagen liflərin yaranmasında böyük əməyi olan zülalların çatışmazlığı zamanı dəri genəlmələrinin sayı daha da artır. İxtisaslaşmış həkim-kosmetoloqların fikrinə görə, tez-tez üstünə düşməklə vaxt itirmədən yarım illik genəlmələri korreksiya etmək olar. Qocalmış genəlmələr çətin müalicə olunur. Profilaktika üçün aşağıdakı qaydalara əməl etmək lazımdır:

1. 1 gündə 2 litr su qəbul etməli.

2. Az qida qəbulu, duzsuz yeməklər.

3. Tərkibində konservantlar olan qidalardan imtina etmək.

4. Hamiləlik zamanı üzgüçülük və gimnastika ilə məşğul olmaq.

5. Hamiləliyin 30-cu həftəsindən başlayaraq həkimin məsləhəti ilə bandaj gəzdirmək.

6. Dəriyə kosmetik qulluq, kremlər, efir yağları və s.

Əziz xanımlar, ev şəraitində də bunun qarşısını ala bilərsiniz. Belə ki, 4 qat tənzif götürün. 2 damcı gül yağı, 2 damcı nerol yağı, 1 damcı limit, 1 damcı netit qreyndən hazırlanmış qarışığı sürtüb kökəlmiş nahiyəyə qoyun. 7-8 saat qalmalıdır. 1-2 aydan sonra genəlmələrin nə qədər az nəzərə çarpdığının şahidi olacaqsınız. Ümid edirik ki, bu sizə böyük sevinc, fərəh hissi gətirəcək.

Dəniz palçığı, dəniz bitkilərindən hazırlanmış maskalarla da müalicə aparılır. Təbii ki, bunun üçün kosmetik salonlara da müraciət etməli olacaqsınız. Əgər dəri genəlmələri qocalıbsa, mezoterapiya, yəni dərialtı mikrofeneksiya üsulu köməyinizə çatar. Vitaminlər və bitki tərkibli gellərdən istifadə edin.

Mikroşlifovka deyilən üsul da dəridəki dermoobraziyanı aradan götürür. Lakin bu, çox ciddi prosesdir, həkim məsləhəti nəzərə alınmalıdır. Bu üsul genəlmələrin gözə görünməyəcək dərəcədə qarşısını alır. Lakin 100% yox olacağına da təminat verilmir.

Ailə və Uşaq     Baxılıb: 3370   Tarix: 24 sentyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?

Sağlam olan qalxanabənzər (tiroid) vəzi hamiləlik dövründə tiroid hormonlarının istehsalını artıra bilər, lakin qalxanvari vəziniz zəif çalışırsa (bu, hipotiroidizm kimi tanınır), o bunu edə bilməyəcək. Hamiləlikdə hipotiroidiz

.

Ana südünü artıran 7 qida

Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir. Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?. Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:. 1. Yumurt

.

Hamiləlik zamanı krampların qarşısını necə almalı?

Hamiləlik dövründə bəzi fizioloji və psixoloji təsirlər baş verir. Bu təsirlərdən biri Hamiləlik Kramplarıdır. Xüsusilə hamiləliyin ikinci trimestrində (təxminən 20 həftədən sonra) başlayan və bəzi hallarda çox ağrılı ol

.

Ana bətnində autizm bu səbəbdən yaranır - SUYUN TƏRKİBİ

İllərdir autizmə səbəb olan faktorları araşdıran elm adamları ilə rezonans doğuran məluamat açıqlayıblar. Danimarkada aparılan yeni bir araşdırmada autizmi suda litiumun miqdarı ilə əlaqələndirilib. Kaliforniya Universitetində

.

Uşaqlarda oğurluq vərdişi: Kleptomaniya

Kleptomaniya, insanın ehtiyacı olmasa belə, oğurluq istəyinə qarşı dura bilməyəcəyi bir vəziyyət olaraq təyin olunur. Ən çox nəzarət problemi olan və yüksək impulsivliyi olan insanlarda rast gəlinir. Erkən uşaqlıq və yeniyetməli

.

Uşaqlara qoyulan yanlış diaqnoz. Valideynlər diqqətli olmalıdır

Son illər pediatrlar tərəfindən uşaqlara ən çox qoyulan diaqnozlardan biri də raxit xəstəliyidir. Bəzən həkim körpəni müayinə edərək ona raxit diaqnozu qoyur, körpəyə kalsium preparatları və ya D vitamini müalicəsini təyi

.

Körpənin yatağı necə olmalıdır? Vacib qaydalar

Uşaqların əhval-ruhiyyəsinə və sağlamlığına təsir edə biləcək çarpayının seçilməsi heç də az əhəmiyyətli məsələ deyil. Düzgün çarpayı seçimi həm onurğa sütunun normal inkişafına, həm də sinir sisteminə müsbət təsir göstərir

.

Uşağı əmzikdən tərgidirik. 2 üsul

Yenidoğulmuş uşağın qayğısı ananın bütün zamanını alır. Bu zaman əsl xilaskar əmzik olur, onunla uşaqlar tez yatır və az şıltaqlıq edirlər. Amma körpə böyüyür və əmziklə vidalaşma zamanı gəlib çatır. Bunu necə edək ki, əmzikl

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

turlar.az

makiyaj etmek qaydalari toy makiyaji sekilleri geyim dəbləri yaşıl çay qışa hazırlıq cins 2026 şirniyyat resepti kosmetika ana haqqinda bayati toy gecesı ağır itki həmidə vətən