Hamiləliyi ilk günlərdən necə aşkar etmək olar? 5 ƏLAMƏT
Adətən hamiləliyin baş tutub-tutmamasını təyin etmək üçün hamiləlik testlərindən istifadə olunur.
Müasir testlər çox həssasdır və hamiləliyi menstrusiyanın ləngiməsinin ilk günündən etibarən aşkar etməyə imkan verir.
Lakin qadında olan müəyyən simptomlar hamiləliyi testdən daha tez aşkar etməyə kömək edə bilər. Saglamolun.az sizə bu simptomları təqdim edir:
Sizə bu simptomları təqdim edirik:
1. Səbəbsiz yuxululuq. Qadın yuxudan doymur, bütün günü ancaq yatmaq istəyir, daim yuxululu olur.
2. Hərarətin səbəbsiz olaraq bir qədər artması. Qadına elə gəlir ki, o, xəstələnir.
3. Təzyiqin birdən-birə düşməsi, başgicəllənmə.
4. Tez-tez sidiyə getmək.
5. Səbəbsiz ishal, köp, bağırsaq qazları.
Bütün bu simptomlar qadın orqanizmində hamiləliklə bağlı olan hormonal dəyişikliklərlə əlaqəlidir.
Saglamolun.Az









Enerjini azaldan gündəlik səhvlər
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız