Həyat yoldaşınıza nə qədər dəyər verirsiniz?

Həyat yoldaşınıza nə qədər dəyər verirsiniz?Həyat yoldaşınızdan razı olmaya bilərsiniz.Hətta ailə həyatınızın uçuruma doğrugetdiyini və bunda yalnız onun günahkar olduğunu da düşünə bilərsiniz.
Ola bilər ki, öz fikrinizdə haqlı da olasınız.Ancaq bu heç də sizə onun qüsurlarınıbaşqalarna danışmağa əsas vermir.Hətta xoş niyyətlə belə olsa, bu cür addımlargec-tez ailədə ciddi "çatların"
meydana gəlməsinə səbəb olur.Təcrübələr göstərir ki, belə hallarda tərəflər çox vaxt bir-birilərini tənqid edirlər.Əlbəttə ki, tənqid etmək də və ya hər hansı bir məsələ ilə bağlı fikir bildirməkdə olar. Ancaq bütün bunlarda ilk növbədə obyektivlik olmalıdır. Əgər obyektivlik yoxdursa, bu tənqidlər ittihamdan başqa bir şey deyil. Hər şeydən əvvəl həyat yoldaşınızda hər hansı bir qüsur müşahidə etdikdə tələsik qərar verməyə çalışmayın.

İlk növbədə bu qüsurun nə qədər real olub olmadığını müəyyən edin.Çünki ola bilər ki, sizə görə qüsur sayılan bir şey başqası üçün qüsur olmasın. Buna görə də nə olur olsun obyektiv olmağa çalışın.Əgər bütün bunlara baxmayaraq bir problem olduğunu düşünürsünüzsə,bu problemi həll etməküçün yollar axtarın. Məsələn,bu qüsurları başqaları ilə müzakirə etmək əvəzinə bir mütəxəssisin məsləhətlərinə üstünlük verin. Beləliklə, həm məsələnin həlli üçün ilk addımı atmış, həm də ailə həyatınızı gələcək təhlükələrdən qorumuş olarsınız. Bəs bu cür "təsadüfi məsləhətləşmələrin" ailəyə nə kimi zərərləri var? İlk növbədə unutmayın ki, problemlərinizi bölüşdüyünüz adamlar sizi səhv istiqamətləndirə bilərlər. Beləliklə, elə ilk başlanğıcda səhv yola düşər və problemi daha da dərinləşdirərsiniz. Həyat yoldaşınızın hüquqlarına hörmətsizlik etmiş olarsınız.
Xüsusilə də yoldaşınızdan xəbərsiz etdiyiniz bu hərəkət aranızda olan inamın itməsinə gətirib çıxarar.Hər görüşünüzdə sizdən "yeni xəbər" gözləyən rəfiqənizi darıxdırmamaq üçün yoldaşınızda yeni qüsurlar axtarmağa başlayarsınız. Ailədə meydana gələn bu soyuqluq həyat yoldaşınıza da sirayət edər. Bu isə ailədaxili münasibətlərinizin daha da gərginləşməsinə səbəb olar.

Məhz bu səbəblərə görə, yoldaşınıza aid qüsurları başqalarına danışmayın. Məqsədiniz problemin həllinə nail olmaq və ya yoldaşınıza kömək etməkdir.


Ailə və Uşaq     Baxılıb: 2808   Tarix: 14 oktyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Uşaqlarda sidikqaçırmanın qarşısını almaq üçün AKKUPUNKTUR üsulu

Uşaqlarda enurez ( gecə sidik qaçırması) problemi . Bioloji aktiv nöqtələrin insan bədənində sayı 100-dən çoxdur. Lakin müalicə məqsədilə əsasən 600-700 nöqtə istifadə edilir. Bu nöqtələr qeyd edildiyi kimi müxtəlif üzvlərd

.

Uşaqlarda angina xəstəliyi - Əməliyyatın hansı fəsadları var?

Tonzillit (angina) - udlaq badamcıqlarının iltihablaşmasıdır. Adenoid toxumalar kimi, bu badamcıqlar da xarici mühitdən mikrob və infeksiyaların insan orqanizminə daxil olmasının qarşısını alır. Uşaq anadan olarkən bu badamcıqla

.

Övladlarınızı ANA SÜDÜndən məhrum etməyin

Körpələrin təbiətin onlara bəxş etdiyi ən qiymətli qida olan ana südü ilə qidalandırılmasının çox önəmli olduğu sübut edilmişdir. Ana südünün əsas xüsusiyyətlərindən biri uşağın yaşından və vəziyyətindən asılı olaraq dəyişilməsidir:

.

Azərbaycan toylarında yengə nə üçün lazımdır?

Azərbaycanda toy mərasimləri həmişə özünəməxsus adət-ənənələrilə diqqət çəkib. Bizim toyların bir özünəməxsus tərəfi də yengəlikdir. Əvvəllər yengəliyə xüsusi diqqət yetirilir, onu toyun bir atributu kimi qiymətləndirirdilər

.

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır. Dünya statistikasın

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

.

5 aylıq körpənin inkişafı

Körpənin həyatının beşinci ayı, üçüncü və dördüncü ayında mənimsənilən bacarıqları, təkmilləşdirməklə davam edir. bildirir ki, bu dövrdə uşaqların əksəriyyətinin inkişafında hansısa diqqətçəkən, yeni irəliləyiş müşahidə olunmur

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

turlar.az

toy makiyaji sekilleri geyim və ayaqqabılar geyim seçimi yemək bişirmək yarpizin faydalari sperma gəlin qayınana kosmetika vətən haqqında atalar sözləri hakışta zehmet ve zinet saglam qidalanma gəncə