İmmunitetlə bağlı bidiklərimiz hamısı səhv imiş - Tanınmış həkim HƏR ŞEYİ AÇDI

İmmunitetlə bağlı bidiklərimiz hamısı səhv imiş - Tanınmış həkim HƏR ŞEYİ AÇDI"Tank kimi zirehli geyinməyin mənası yoxdur. Soyuqda üşüyürsünüzsə, o heç. Amma immunitetə görə bunu etməyin".
Publika.az xəbər verir ki, bu sözləri tanınmış anestezioloq reanimatoloq Şahin Məmmədov immun sistemi haqqında doğru bilinən yanlışlar haqqında danışarkən deyib. Mütəxəssisin bu mövzuda sosial şəbəkədə paylaşdığı faydalı məlumatları təqdim edirik:
1. Normal immuniteti artırmaq olmur. Həm də nəyi artırırsan? İmmun sisteminin hansı hüceyrəsini? Hansı miqdarda? Məsələn, leykositoz olsa immunitet güclümü sayılır? Əgər hansısa immun hüceyrə sayı artarsa, zatən onlar özləri özünü məhv edir. Buna apoptoz deyilir. Hələ ki, alimlərə immun sisteminin leykosit və limfosit növlərinin hansı balansında yaxşı işlədiyi məlum deyil.
2. Hansısa bitki və xalq təbabəti üsulları ilə məsələn, sarımsaq, soğan, bal, doşab və s. vasitələrlə immuniteti yüksəltmək mümkün deyil. Hansı immun sistemi? Anadangəlmə immuniteti, məsələn, dəri. Dərini ikiqat edə bilərsiniz? Yox. Mədə turşuluğunu 2 qat turş edə bilərsinizmi? Etmək mümkün olsa, mədəyə daha da zərər verər. Yəni, internetdə hansısa məhsulun satılması üçün pulla satın alınmış professorların danışdıqlarına inanmayın. İmmuniteti bitki və s. ilə yüksəltmək mümkün deyil. Sarımsaq yeyib avtobusa və metroya minənlər yaxşı oxusun.
İmmunitetlə bağlı bidiklərimiz hamısı səhv imiş - Tanınmış həkim HƏR ŞEYİ AÇDI3. Əyninizi qalın etsəniz də, törədici sizi tapsa, xəstələnəcəksiniz. Tank kimi zirehli geyinməyin mənası yoxdur. Soyuqda üşüyürsünüzsə, o heç. Amma immunitetə görə bunu etməyin.
4. Həddən artıq idman etmək də immuniteti gücləndirmir, əksinə enerji tükəndiyi üçün zəifləyir.
5. Ciddi dieta saxlamaq və sürətlə arıqlamaq da sağlamlığa ziddir və immunitet düşür. Və bu zaman nə kömək edər? Dedik ki, immunitet normaldırsa, təbii yolla onu qaldıra bilməzsiniz. Amma immun sistemi xəstədirsə, onu müalicə etməyə çalışmalısınız.
İmmun sistemi xəstəlikləri aşağıdakılardır:
1. Anadangəlmə və qazanılma immun defisit sindromları. İmmun sisteminin bir və ya daha çox kompanentinin funksiyası pozulur, ya ümumiyyətlə olmur.
2. Allergik xəstəliklər.
3. Autoimmun xəstəlikləri. Öz toxumanıza qarşı patoloji immunitet.
İmmum sistemi qorumaq üçün tanınmış anestezioloq reanimatoloq çəkinin stabil saxlanmasının əhəmiyyətini vurğulayıb və bu mövzuda müasir elmi faktları sadalayıb:
1. Çəkini normal saxlamalısınız. Əgər çox arıqsınızsa və ya piylənməniz varsa, orqanizmdə bir çox problem ola bilər, o cümlədən immun sistemdə.
2. Orta dərəcəli aktivliklə məşğul olun. Periferik qan damarları genişləndirməyi və qanın hərəkət sürəti artdığı üçün immun hüceyrələr qanla bütün bədəni rahat gəzir və öz işlərini görə bilirlər. Həmçinin sauna bu mexanizmlə immunitetə müsbət təsirini verə bilər.
3. Ən vacibi stressden uzaq olmalısınız. Bu, mümkün olsa da, çətindir. İstər-istəməz nələrəsə əsəbiləşirik. İmmunitetiniz zəifdirsə, çəkiniz normaldırsa, deməli, immun sistem xəstəliyiniz yoxdur. Hətta idmana gedirsinizsə, bilin ki, immun sisteminizi əsəb aşağı salıb.
4. Bir yaxşı xəbər deyim ki, gülüş, yaxşı yuxu, öpüşmək, requlyar seks, xoş emosiyalar, insanlarla ünsiyyət stressi azaldır. Ünsiyyət qurmaq, danışmaq hər insana olduqca lazımdır. Ünsiyyətin immunitetə müsbət təsiri tədqiqatlarda tam təsdiqini tapmış faktdır. Bu zaman stressin immunitet üzərində basqısı aradan qalxır, siz daha tez-tez xəstələnmirsiniz.
5. Çoxlu təbii şəraitdə yetişdirilmiş meyvə-tərəvəz yeyin. A, C, E vitaminlərinin, xususilə sink daxil olmaqla mikroelement çatışmazlığına yol verməyin.
Qazanılma immunitet qaldı. Ki, onun da yeganə gücləndirmə metodu vaksinasiyalardır. Vaxtlı vaxtında vaksinassiya olun.
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 2662   Tarix: 29 iyul 2019
f Paylaş

Oxşar xəbərlər

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

turlar.az

makiyaj instagram adlarin menasi makiyaj etmek qaydalari balqabağın faydaları plovlar cennet almasi murebbe şirin xəmir işləri kosmetika hakiwda zencefil tərəzi bürcü kahfe falı ekizler