Kəkələmənin səbəbləri və aradan qaldırlması yolları

Kəkələmənin səbəbləri və aradan qaldırlması yollarıUşaqlarda rast gəlinən nitq qüsurları arasında ən ağırı kəkələmə hesab olunur. Bu, danışıqda tutuqluq, kəlmə və səs təkrarı kimi müşahidə edilən nitq pozuntusudur.
Kəkələmə zamanı diqqət yetirilən ilk səbəb onun bioloji olub-olmamasıdır. Bəzən valideynlər düşünürlər ki, bioloji kəkələmənin müalicəsi mümkün deyil.
Kəkələmə 2-6 yaş arası uşaqlarda daha çox rast gəlinir, çünki həmin yaş nitq biliklərinin ən çox inkişaf etdiyi dövrdür. Mütəxəssislərin dediyinə görə, həmin nitq qüsuru qızlara nisbətən oğlanlarda daha çox müşahidə olunur. Bunun səbəblərindən biri bəzi ailələrin qız uşaqlarına daha çox diqqət ayırması və bunun nəticəsində oğlanların sıxıntı keçirməsi ilə əlaqədardır.
AZƏRTAC xəbər verir ki, loqoped Nuriyyə Aslanova bununla əlaqədar olaraq deyib: "Qız uşaqları oğlanlara nisbətən daha güclü xarakterə malikdirlər, onların sinirləri də daha güclü olur. Kəkələmə ananın hamilə vaxtı keçirdiyi qorxu, stres, yuxusuzluq, şiddət və s. kimi psixoloji travmalardan da yarana bilər. Ailədə valideynlərdən biri kəkələyirsə, uşaq onu təkrarlaya da bilər".
Kəkələyən uşaqlar bağçada, məktəbdə, eləcə də digər kollektivlərdə yaşıdları ilə ünsiyyət zamanı müəyyən problemlərlə üzləşirlər. Bu da onların həyat tərzinə, xüsusən də davranış, xasiyyət və rəftarına mənfi təsir göstərir. Belə uşaqlar ünsiyyətdən çəkinir, özünə qapanmağa, tək qalmağa meyilli olur, bəzən isə aqressiv davranırlar.
Psixoloq Mehriban Məmmədova bununla əlaqədar deyib: "Kəkələmə genetik səbəblərlə də bağlı ola bilər, ailədə kimdəsə həmin hal varsa bu, uşaqda da təkrarlana bilər. Lakin onun mənbəyində qorxu, həyəcan, stres kimi səbəblər olur və kəkələməyə təkan verir. Kəkələmə zamanı avtomatik olaraq onlarda özləri barədə mənfi düşüncələr yaranır. Onlara elə gəlir ki, danışsalar onlar haqqında yaxşı düşünməzlər və yaxud danışanda nitq qüsuruna yol verəcəklər. Belə düşüncələr özü də onların daha çox kəkələməsinə aparıb çıxarır".
Xatırladaq ki, kəkələmə müalicə edilən xəstəlikdir. Müalicənin daha da səmərəli olması üçün valideynlərə evdə uşaqlarla terapevtik danışıqlar aparmaq məsləhət görülür.
Saglamolun.Az

Ailə və Uşaq     Baxılıb: 5321   Tarix: 02 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Körpəmin suya ehtiyacı varmı?

Suyun körpələrə vaxtından əvvəl verilməsi adət-ənənədir, yoxsa elmi əsaslı bir təcrübədir? . Azərbaycanda və digər ölkələrdə 6 aya çatmamış körpələrə su və digər mayelərin verilməsi adəti körpələrin sağlamlığına ciddi xətə

.

Ana südünü artıran 7 qida

Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir. Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?. Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:. 1. Yumurt

.

Ana südü xərçəngin dərmanıdır

Ana südü yeni doğulmuş körpənin qida ilə bağlı bütün tələblərini ödəyən zəngin qida məhsuludur. Aparıcı səhiyyə təşkilatlarının, o cümlədən, Amerika Pediatriya Akademiyası və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

.

Normal doğumun 10 faydası: Keysəriyyə əməliyyatına ciddi zərurət olmalıdır

 . Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Dos. Dr. Özlem Özgür Gürsoy ana olmağa hazırlaşan qadınlara müraciət edib. O, keysəriyyə ilə doğumun yalnız tibbi zərurət halında tətbiq oluna biləcək bir seçim olduğunu, norma

.

7 aylıq körpənin inkişafı

7 aylıq uşaqların əksəriyyətində əvvəllər öyrəndiyi hərəkətlər, daha da möhkəmlənərək, mənimsənilir. Balaca arxayın oturur, fəal sürüklənir, kəkələyir. Əgər əvvəllər bunu bilmirdisə, indi etməyə başlayır. Onun qida rasion

.

4 aylıq körpənin inkişafı

4 aylıq uşağın inkişafında nəzərəçarpacaq dəyişikliklər müşahidə edilir. Onun yeni hərəkətləri artıq mənimsənilmiş olur. bildirir ki, körpənin emosional-psixoloji sahə formalaşmağa davam edir, balaca ətraf aləmi fəal öyrəni

.

Yüksək təzyiq, ürək xəstəlikləri və böyrək problemləri - UŞAQLARINIZI uzaq tutun

Ketçup pomidor, sirkə, şəkər və ədviyyatların qarışığından hazırlanan sous növüdür. Qırmızı rəngdədir və sıx bir tutarlılığa malikdir. Ketçupun əsas istifadə sahələrindən biri yeməkləri şirinləşdirmək və dad verməkdir. Xüsusil

.

3 aylıq körpənin inkişafı

3 aylıq körpə, yeni doğulan körpə ilə müqayisədə, daha fəal və çevik olur. bildirir ki, körpənin nəzərə çarpacaq dərəcədə, ətrafda baş verənlərə reaksiyası dəyişir. Şəxsi davranış xüsusiyyətləri yaranır. İnkişafı düzgün qiymətləndirmə

turlar.az

sade makiyaj sekilleri geyim şəkilləri geyim və ayaqqabılar toy ucun dizayn xatire islamin sekilleri yay geyim 2026 otaq dizaynları kosmetika pehriz şebnem tovuzlu novruz hakışdaları arıqla suni mayalanma