Körpələrdə bişməcələrin yaranma səbəbi və müalicə üsulu...
Uşaqlarda bişməcələr
Bişməcə- tər ifrazının artması və dəri səthindən buxarlamasının zəifləməsi nəticəsində yaranan dəri qıcıqlanmasıdır. Bişməcələr yaşından asılı olmayaraq hər kəsdə yarana bilir, lakin daha çox körpələrdə və yaşlı insanlarda rast gəlinir.
Səbəbləri:
Həddən artıq tərləmə əksərən isti vərütubətli hava ilə əlaqədar olur. Bəzi hallarda körpənin qalın bələnməsi bişməcəyə səbəb olur.
Simptomları:
Bişməcə özünü dərinin bağlı hissələrində yaranan xırda, qruplaşmış, içi şəffaf maye ilə dolu qovuqcuqların yaranması ilə büruzə verir. Uşaqlarda sağrı və kürək nahiyəsində, boyunda, qoltuq və sağrıarası büküşlərdə lokalizasiya olunur. Bir neçə gündən sonra qovuqcuqlar partlayır, quruyur və azca qabıqlanmaya məruz qalır. Qırmızı bişməcə zamanı dəridə sıx yerləşən, qaşınan, bir-biri ilə birləşməyən və ətrafında iltihablı halqa olan qovuqlu düyüncüklər əmələ gəlir.
Müalicəsi:
Hava vannaları, kalium permanqanat, yatıqqanqal və palıd qabığı dəmləməsi ilə qəbul olunan su vannaları çox faydalıdır. Büküşlərin dərisinə talk, sink-oksid tozu səpilir və ya qaynadilmış bitki yağı ilə silinir.
Profilaktika:
Körpələrdə bişməcələrin yaranmasının qarşısını almaq üçün bir neçə qaydaya əməl etmək lazımdır:
-uşağın otağında hərarət 20-220C-dən çox olmamalıdır
-körpəni çox qalın geyindirmək olmaz.
-uşaqların paltarları təbii parçalardan hazırlanmalıdır ki, havanı normal keçirsin və dəridə qazlar mübadiləsini pozmasın
-dərinin təmizliyinə xüsusi diqqət yetirmək lazımdır. İlk yarımildə körpələri hər gün, sonrakı vaxtlarda isə günaşırı çimizdirmək lazımdır. Çimizdirildikdən sonra dəri tam qurulanmalıdır. Yalnız bundan sonra dəri hər hansı vasitə ilə silinə bilər. İstənilən vasitə dəriyə nazik qatla çəkilməlidir.
immunitet.az
f Paylaş








Daha bir ölkədə hantavirus aşkarlandı
Yusuf Güney həbs olundu
Məşhur aktyor xərçəngdən vəfat etdi - FOTO
Məşhur aktrisa Fələstin üçün yeni şirkət quracaq
Survivor'un məşhur siması BOŞANDI
Ölümcül virus təhlükəsi: 190 nəfər həyatını itirdi
Maykl Ceksonun 'gizli ailəsi'ndən müğənni ilə bağlı dəhşətli iddialar
Oxumaqlarım yox, danışdıqlarım viral olur' - Əməkdar artist
Səhnə fəaliyyətim Mehinin yaşından çoxdur' - Xalq artisti
Avroviziya mahnı müsabiqəsi başlayır - İlk yarımfinalçların adları
"Survivor"da dəhşətli hadisə: İştirakçının ayağı amputasiya edildi
Məşhur müğənni SAXLANILDI
Maksim Qalkinin Bakı gəzintisi - FOTOLAR
Arıqlama iynələri möcüzədirmi?