Mən onun köləsiyəmmi?

Mən onun köləsiyəmmi?Ailə fərdlərinin bir-birləri ilə anlaşa bilməməyinin üç səbəbi var: Mənəvi problemlər, maddi problemlər və çevrənin təsiri...
Allah problemlərini həll edə bilmək üçün insana ağıl verib. Elə ona görə də ailə fərdləri arasındakı maddi vəziyyət problem olmamalıdır. Məsələ aydındır: Nə qazanırıqsa onu da yeyəcəyik. Dünyada bir çox kasıb insan var ki, ömür boyu hüzur içində yaşayıb, bir çox da zəngin var ki, ömründə bir dəfə də olsa rahat bir nəfəs almadan dünyasını dəyişib. Deməli maddi problemlər xoşbəxt olmamağa əsas vermir. İnsanları hüzursuz edən maddi problem deyil, onu problem halına gətirmələridir.

"Ət gətir, çörək gətir, baldan da xəbərin olsun.
Ət yoxdur, çörək yoxdur, haldan da xəbərin olsun."

Ailə, bir-birini anlamaq, bir-birini tanımaqdır. Yoldaşını, onun imkanlarını bilməyənlər heç bir zaman məsud ola bilməzlər.

Mənəvi problemlər iki insanın eyni istiqamətə baxmamasından qaynaqlanır. "Sevmək bir-birinə baxmaq deyil, bir istiqamətə baxmaqdır." Ailə fərdlərindən birinin dünyabaxışı digəri ilə eyni olmalıdır. Fərdlərdən biri dininin tələblərini bilən və onları yaşamaq istəyən bir müsəlman, digəri cahil olarsa və ya biri Avropa mədəniyyətinə üstünlük verib, digəri isə milli mentaliteti qorumağa təşəbbüs göstərərsə bu halda mütləq problemlər yaşanacaq.

Mənəvi problemlərdən biri də cinsəl həyatdakı problemlər ola bilər. Belə problemləri olanlar mütləq bu sahənin mütəxəssislərinə müraciət edib, onlardan yardım ala bilərlər. Mütəxəssislə məsləhətləşərək "Mənim filan problemim var, nə edə bilərəm, necə həll edə bilərəm?" deyə probleminə çözüm tapa bilər. Təbii ki, əgər o problemi həll etmək istəyirsə.

Evlilik, riyaziyyat hesabı kimi deyil. Belə davransaq belə olar, elə etsək də nəticəsi belə olar kimi hesablamalar evlilik üçün keçərli deyil. İnsan ilk əvvəl öz problemini özü həll etməli, yarpaq kimi sağa-sola əsməməlidir. Yarpaq, əsən küləyə tabedir.
Bəzən yeni evlənənlər valideynləri ilə yaşamalı olurlar. Burada qaynana ilə gəlin arasında bir sıra problemlər yaşana bilir. Ailə rəsi "bu mənim anamdır, o da yoldaşım. Hər ikisinin də hüququnu qorumaqla mükəlləfəm" deyərək gəlin və qaynana arasında münasibətləri tənzimləməlidir.
Belə ki, hər ikisi onun sevimlisidir. Nə anadan vaz keçmək olur, nə də ki, yardan. O zaman bu iki sevgilinin arasında körpü rolunu oynayaraq heç birinin qəlbini qırmadan ortaq məqamı tapmaq lazımdır.
Ailə təməlinin ən birinci düşməni söz "gəzdirmək"dir. Bu cahillərin işidir. Düşüncəsiz davrananlar, nə etdiyini bilməyənlər, daşı hara atdığının fərqində olmayanlar söz gəzdirməklə "baş yarırlar." Atdıqları daşlar sonradan elə onların öz başına da dəyir.

Mübahisə, ailədə yaşana biləcək ən pis haldır. Evlilikdə problemlər varsa, ailə fərdləri hər bir şeyi kənara qoyaraq oturub düşünməli; "Mən kiməm və nə etməliyəm?" deyə problemlərinə cavab axtarmalıdırlar.
Gənc bir xanım mənə, "Yoldaşımla dil tapa bilmirəm" dedi. Mən ona məsləhət bildim ki, yoldaşı ilə söhbət etsin, ona "Əzizim, biz xoşbəxt olmaq üçün evləndik, lakin anlaşa bilmirik. Mənim necə davranmağımı istəyirsən? Səni necə razı sala bilərəm? Bunları mənə söyləsən, mən də səni necə xoşbəxt edə biləcəyimi öyrənərəm. Xoşbəxtliyimiz üçün mən ilk addımı atmaq istəyirəm..." desin. Qadın dərhal etiraz etdi: "Mən onun köləsiyəmmi? Qoy, əvvəlcə o mənim istədiyimi etsin!" "Bu fikirdən imtina edə bilərsənmi?" deyə soruşdum, o da cavabında "Xeyr!" dedi.

Yaşlandıqca insanların xarakterləri daha da sərtləşir. Dəyişmir, yeni bir şəklə düşmür. "Mən beləyəm" deyə inad edər. O inad da ailəni tarimar edər. Kiçik anlaşılmazlıqlar və gərəksiz inadlar böyük dərdlərə səbəb olar.
İki sürücü yarışa çıxır və qəzaya düşürlər. Günah kimdədir? Unutmayın ki, yollar yarışmaq üçün deyil, gedəcəyimiz yerə çatmaq üçündür. Evlilik üstünlük göstərmək meydanı deyil. "Necə xoşbəxt olmaq olar?" sualına cavab axtarmaq yeridir.
Rahatlığın, hüzur içində olmanın ən yaxşı üsulu, həyat yoldaşının yaxşı tərəflərini görməkdir. Bu şəkildə tarazlıq təmin edilər. Həyat yoldaşının xarakteri üzündən özünü heç edən, uçurumdan yuvarlanan insanlar tanıyıram. İnsan hüzurlu ola bilmir, neyləsin! Bu böyük dünyada ikisi bir yerə sığışmırlar.

Unutmayın ki, qadın ərinin, ər də arvadının hər istədiyini yerinə yetirə bilməz. Əsl anlaşılmamazlıq da məhz bundan yaranır. Evlənməyə qərar verən tərəflər bunu düşünərək bu addımı atmalıdırlar. Evlilik iki insanın yan-yana deyil, bir yerdə yaşamasıdır. İki fərqli və fərdi olan insan yalnız bir yerdə yaşamaq istədikdə məsud ola bilərlər. Həyat yoldaşı onun üçün ömürlük bir yük deyil, ömürlük bir dost olmalıdır. Bu dostun da bizə xoş gəlməyən keyfiyyətləri ola bilər. Lakin biz onun fərqli keyfiyyətlərini deyil, özünü sevirik. İnsan isə mükəmməl yaradılmayıb. Bir insanı xoşbəxt etmək istəməklə biz əslində öz səadətimizi də düşünürük. Həyat yoldaşım üçün bir şeylər fəda edə bilsəm, o da mənim bu fədakarlığıma qarşılıq olaraq məni xoşbəxt edəcək bir şeylər etməyə çalışacaq.
Səadət yalnız xoşbəxt olmaqda deyil, həm də xoşbəxt edə bilməkdədir.

Azerislam.com

Ailə və Uşaq     Baxılıb: 3293   Tarix: 26 sentyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?

Sağlam olan qalxanabənzər (tiroid) vəzi hamiləlik dövründə tiroid hormonlarının istehsalını artıra bilər, lakin qalxanvari vəziniz zəif çalışırsa (bu, hipotiroidizm kimi tanınır), o bunu edə bilməyəcək. Hamiləlikdə hipotiroidiz

.

Ana südünü artıran 7 qida

Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir. Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?. Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:. 1. Yumurt

.

Hamiləlik zamanı krampların qarşısını necə almalı?

Hamiləlik dövründə bəzi fizioloji və psixoloji təsirlər baş verir. Bu təsirlərdən biri Hamiləlik Kramplarıdır. Xüsusilə hamiləliyin ikinci trimestrində (təxminən 20 həftədən sonra) başlayan və bəzi hallarda çox ağrılı ol

.

Ana bətnində autizm bu səbəbdən yaranır - SUYUN TƏRKİBİ

İllərdir autizmə səbəb olan faktorları araşdıran elm adamları ilə rezonans doğuran məluamat açıqlayıblar. Danimarkada aparılan yeni bir araşdırmada autizmi suda litiumun miqdarı ilə əlaqələndirilib. Kaliforniya Universitetində

.

Uşaqlarda oğurluq vərdişi: Kleptomaniya

Kleptomaniya, insanın ehtiyacı olmasa belə, oğurluq istəyinə qarşı dura bilməyəcəyi bir vəziyyət olaraq təyin olunur. Ən çox nəzarət problemi olan və yüksək impulsivliyi olan insanlarda rast gəlinir. Erkən uşaqlıq və yeniyetməli

.

Uşaqlara qoyulan yanlış diaqnoz. Valideynlər diqqətli olmalıdır

Son illər pediatrlar tərəfindən uşaqlara ən çox qoyulan diaqnozlardan biri də raxit xəstəliyidir. Bəzən həkim körpəni müayinə edərək ona raxit diaqnozu qoyur, körpəyə kalsium preparatları və ya D vitamini müalicəsini təyi

.

Körpənin yatağı necə olmalıdır? Vacib qaydalar

Uşaqların əhval-ruhiyyəsinə və sağlamlığına təsir edə biləcək çarpayının seçilməsi heç də az əhəmiyyətli məsələ deyil. Düzgün çarpayı seçimi həm onurğa sütunun normal inkişafına, həm də sinir sisteminə müsbət təsir göstərir

.

Uşağı əmzikdən tərgidirik. 2 üsul

Yenidoğulmuş uşağın qayğısı ananın bütün zamanını alır. Bu zaman əsl xilaskar əmzik olur, onunla uşaqlar tez yatır və az şıltaqlıq edirlər. Amma körpə böyüyür və əmziklə vidalaşma zamanı gəlib çatır. Bunu necə edək ki, əmzikl

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

turlar.az

makiyaj etmek qaydalari toy makiyaji sekilleri geyim dəbləri yaşıl çay qışa hazırlıq cins 2026 şirniyyat resepti kosmetika ana haqqinda bayati toy gecesı ağır itki həmidə vətən