Mərci plov

Mərci plovƏrzaqlar:Mərci plov

500 q xırda doğranmış qoyun əti

3 st üzün düyü

1 st yaşıl mərci

3 x.q əridilmiş kərə yağı

3 ədəd baş soğan

Ç.q ucunda darçın

Ç.q ucunda zəfəran

Duz

Istiot

Qazmaq üçün:

3 x.q qatıq

1 ədəd yumurta

Hazırlanması:

Mərcini təmizləyib yuyub 2-3 saat suda islağa qoyuruq. Sonra bir də yuyub duzlu suda yarımhazır vəziyyətdə bişiririk. Süzüb sudan çıxarırıq.

Mərci plovDüyünü də təmizləyib yuduqdan sonra suda islağa qoyuruq. Zəfəranıın üstünə qaynar su töküb dəm almağa qoyuruq. Qatığı yumurta ilə qarışdırırıq.

Mərci plovAdi qaydada duzlu suda düyünü yarımhazır vəziyyətdə bişiririk. Süzmək istədikdə mərcini düyünün üstünə əlavə edib qarışdırıb bir yerdə süzürük.

Mərci plovÜstünə zəfəran suyu tökürük.

Mərci plovQazana az yağ töküb əridirik.Süzülmüş düyüdən töküb qatıq ilə yumurta qarışığını da əlavə edib qarışdırırıq.Qazanın dibinə qalınlığı 1 sm yayıb hamarlayırıq.

Mərci plovDüyü ilə mərci qarışığını qazmağın üstünə töküb yağ əlavə edib dəm almağa qoyuruq. Plov 1 saata dəm alacaq.

Mərci plovAşın üstü üçün əti duzlu suda bişiririk. (Bəzən də əti duzlayıb istiotlayıb yağda qızardıb üstünə az su ya bulyon əlavə edib bişiririk.Yağa düşəndə ədəvaları vururuq.)

Soğanın qabığını soyub yuduqdan sonra doğrayırıq.

Mərci plovDoğranmış soğanın üstünə duz və yağ əlavə edib qızılı rəngdə olanadək qızardırıq.

Mərci plovSonra bişmiş əti soğanın üstünə əlavə edib qovururuq. Hazır olmağa az qalmış duzunu, istiotunu, darçını və az zəfəran suyunu da əlavə edirik.

Mərci plovƏti qovurduqdan sonra dəm almış düyünü qaba təpəcik şəklində yığıb üstünə qazmaq və ətdən töküb qaynar yağ əlavə edib zövqə görə bəzəyib süfrəyə veririk.

Mərci plovMərci plovQeyd: Bu plovda ət ilə bərabər kişmiş də yağda qovrulub yeyilir.

 

 Nuş olsun!

Mətbəx     Baxılıb: 8039   Tarix: 07 oktyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Balıqdan buğlama resepti

Tərkibi. Nərə balığı və ya ağ balıq - 370 qr. Kartof - 115 qr. Baş soğan - 80 qr. Sarı alça - 60 qr. Duz - 0,4 qr. Döyülmüş qara istiot - 0,3 qr. Hazirlama qaydasi. Balıq təmizlənir, yuyulur və qurulanır. Kartof, soğan təmizlənir

.

Portağallı Toyuq Balqabağı Tarifi

Portağallı Toyuq Balqabağı Tarifi üçün Tərkibi. toyuq barabanı. limon. Narıncı. diş. sarımsaq. çay qaşığı. duz. bir. çay qaşığı. qara istiot. bir. çay qaşığı. zerdeçal. bir. desert qaşığı. yer qırmızı bibər. Narıncı. təz

.

Padimcan pancake resepti

Nə vaxtsa badımcanlı pancake alacaqsınız? Damağınızı qıracaq dadlı bir reseptlə buradayıq. Çalışdığımız dadlardan birindən badımcanlı pancake resepti. Gündüz masası üçün, çayın yanında, qonaqlarınıza yemək və ya isti qəlyanalt

.

Dadı Damağınızdan Getməyəcək Tünbəki Dolması

Dadı Damağınızdan Getməyəcək Tünbəki Dolması. Author: Selcan Xatun. Category: Ət Yeməkləri. Cuisine: Azərbaycan Mətbəxi. Yields:. 1 Serving. Qədim və zəngin Azərbaycan mətbəxinin adından və dadından xəbərsiz olduğumuz bölgələrin

.

Ləzzətli və Ətirli Almalı Ördək Filesi

Restoranların menyusunda ördək ətindən hazırlanan dadlı və bahalı bir yemək növü. Lakin bu yeməyi restoranda yemək üçün xeyli miqdarda pul ödəməli olacaqsınız. Ördək filesi alma ilə inanılmaz dərəcədə ləzzətli, şirəli v

.

Qədim yeməyimiz xaşlama resepti

Tərkibi:. 1 kq sümüklü ət (qoyun,quzu və ya mal). 5 ədədsoğan. 7 ədəd kartof. 3-4 ədəd bolqar bibəri. 2-3 ədəd pomidor. 2 ədəd dəfnə yarpağı. 1 çimdik qırmızı acı bibər tozu. duz, istiot. Hazırlanması:. İlk öncə ətı doğrayı

.

Keçi pendirli armud salatı

Lazım olan ərzaqlar. 50 qr keçi pendiri. 2 ədəd armud. 2 dəstə kahı. 2-3 xörək qaşığı xırdalanmış qoz. 2 çay qaşığı bal. 1 xörək qaşığı zeytun yağı. Limon şirəsi. Hazırlanması :. İlk əvvəl qrmudu fal-fal doğrayın. Zeytu

.

Şimal bölgəsinin ən fərqli yeməklərindən biri

Sürhüllü Azərbaycanın şimal-qərb zonasına, əsasən Qax, (İlisu, Sarıbaş, Ağçay, Qaşqaçay), Zaqatala və Balakən rayonlarına, qismən Quba, Xaçmaz və Gəncəbasar bölgələrinə məxsus xəmir yeməyidir. Xüsusilə qış aylarında yeyilə

.

Balqabaq yeməyi resepti üçün maddələr 5 nömrə orta balqabaq bir nömrə orta soğan 3 diş sarımsaq 4 yemək qaşığı zeytun yağı bir nömrə böyük pomidor 1/2

Balqabağın toxumlu hissələrini yemək hazırlayarkən istifadə etməyin, çünki yeməyi sulandırmaz. Rəndələnmiş balqabaqlı balqabağın hazırlanmasında da istifadə edə bilərsiniz. İstəsəniz balqabağı yarıya bölün. Tava içərisin

turlar.az

yay geyimləri 2026 adlarin menasi geymler 2026 aybasi ucun derman vaginal təmizlik duxovkada toyuq qizartmasi qara qarağat kosmetika qiz evi ucun hesaplama faydalı məsləhətlər rus dilini oyrenek 2ci ders haxışda