Niyə sürətli yemək olmaz?

Niyə sürətli yemək olmaz?Yemək istehlak etmək müddəti, ən az çəki və sağlamlıq üçün uyğun qida seçmək qədər vacibdir. Kalori qəbulu yeməyi istehlak etdiyiniz sürətə görə dəyişir. Bundan əlavə, yeməyi istehlak etdiyiniz müddət qidaların həzmində mühüm rol oynayır.
Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, ağzınıza atdığınız ilk qida artıq bununla bağlı beyninizə siqnal ötürür. Beyin bədəni stimullaşdırır və həzm prosesi üçün hazırlayır. Yeməyi istehlak etmək və çeynəmək üçün kifayət qədər vaxt sərf etsəniz, bədən həzm üçün özünü hazırlayacaqdır.
Ancaq sürətlə yediyiniz zaman bədən buna uyğunlaşmaqda çətinlik çəkir, özünü lazımi səviyyədə hazırlaya bilmir. Bu isə həddindən artıq çəki artımı, mədə ağrısı, xora kimi sağlamlıq problemləri ilə qarşılaşmağınıza səbəb olur. 
İştah və kalori qəbulu əsasən hormonlar tərəfindən idarə olunur. Yeməkdən sonra mədə aclıq hissini idarə edən hormon olan qrelini boğur. Qida bağırsağa çatdıqda toxluq hissi verən leptin hormonu ifraz olunur. Bu hormonlar beyinə çatdıqda aclıq hissi azalır. Bunun baş verməsi isə təxminən 20 dəqiqə çəkir. Yemək çox tez yeyildikdə, bu hormonların fəaliyyət göstərməsi üçün kifayət qədər vaxt qalmır və toxluq hissi qəbul edilmir. Qısaca mədə lazımsız yerə artıq qida qəbul etmiş olur. Həmçinin, tez yeyən insanlar yavaş yeyənlərə nisbətən daha çox ac qalırlar. Çünki sürətli yemək yeyən insanlarda toxluq hormonu olan leptin daha qısa müddətə ifraz olunur. Bu da çəki almağa yol açır. Tədqiqatlar göstərir ki, sürətli yeyənlər yavaş istehlak edənlərə nisbətən 2 dəfə daha çox çəki qazanırlar.
Bunun qarşısını almaq üçün qida qəbulu vaxtınızı ən azı 20 dəqiqə təyin etməlisiniz. Yeməyi ağzınızda dad və qoxu hiss edənə qədər təxminən 15-40 dəfə çeynəyin. Maye qidaları isə qısa müddət ağzınızda saxlayıb qurtumla istehlak edin. Bu sayədə yediyiniz yeməklərdən daha çox həzz alacaq və lazımsız istehlakdan qaçacaqsınız.
Yeməyi kiçik parçalar halında istehlak edin. Hər dişləmədən sonra siz qaşığı (çəngəli) yerə qoymalı və növbəti dəfə üçün yenidən götürməlisiniz. Bu, yeməyi tez bitirməməyə kömək edir.
Həmçinin, televizora baxarkən və ya başqa bir işlə məşğul olarkən yemək yeməyin. Bu, diqqətinizi yediyiniz qidadan ayırır və fərqinə varmadan çox yeməyinizə səbəb olur.
Milli.Az  / news.milli.az

Xəbərlər     Baxılıb: 1060   Tarix: 24 oktyabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

turlar.az

gelinlikler hamiləlik kosmetik vasiteler usaq sampunlari findiq qabiginin faydalari payiz haqqinda insa gavalinin xeyri kosmetika qardasa aid haxistalar kokelmek vətən haqqında bayatı kurtlar vadisi birlik