Paltar yuyan zaman yol verilən 8 BÖYÜK SƏHV

Paltar yuyan zaman yol verilən 8 BÖYÜK SƏHVBugün demək olar ki, hər birimizin evində paltaryuyan maşın var.
Lakin bu maşının varlığı o demək deyil ki, bizim əvəzimizə bütün camaşırları qüsursuz yumalıdır. Paltarlarınız daha təravətli və uzunmüddətli olsun deyə bir sıra şərtlərə əməl etmək gərəkdir.
Sizə paltar maşınında camaşır yuyan zaman yol verilən səhvlərin siyahısını təqdim edir:
1. Paltaryuyan maşını təmizləməyi unutmayın
Paltaryuyan maşının əsas vəzifəsi təmizlik yaratmaqdır. Lakin bu, o demək deyil ki, onun özünü təmizləməli deyilik. Öncə paltaryuyan maşının gözlərini tez-tez təmizləyin ki, yuyucu toz qalıb kirəcləşməsin. Hər dəfə paltar yuduqdan sonra maşının qapağını açıb, yaxşıca silin ki, xoşəgəlməz qoxular olmasın.
Paltaryuyan maşının alt hissəsində saplar yığılan filtr olur. O hissəni 3 aydan bir təmizləmək lazımdır.
Bundan əlavə ildə bir dəfə makinanın barabanına yarım litr sirkə töküb, isti su rejimində boş halda yumaq lazımdır. Bu, paltaryuyan maşının bütün mexanizmini təmizləyir.
2. Eyni anda həddən çox camaşır yumayın
Paltaryuyan maşının üzərindəki çəki göstəricisi o demək deyil ki, içərisini həddən artıq yükləməliyik. Təzyiq və ağırlıq nəticəsində maşının çalışma sistemi çökə bilər.
3. Düzgün bölüşdürmək
Bu hal demək olar ki, hər bir evdar xanıma məlumdur. Rəngli, ağ və qara camaşırları ayrıca bölüşdürüb, yuyun. İpək, yun və sintetik materialdan olan camaşırların da bölgüsünü aparın. Həssas parçalardan tikilən geyimlərinizi soyuq su ilə minimal sıxma funkisyasını tənzimləyərək yuyun ki, tərkibini itirməsinlər.
4. Corabları xüsusi torbaya qoyub, ayrıca yuyun
Bu zaman corablar makinanın barabanına və digər paltarlara yapışmayacaq.
5. Yastıqları və adyalları iki dəfə yuyun
Bu əşyaları ilk dəfə yuyucu toz ilə, ikinci dəfə isə təmizləyici vasitə istifadə etmədən aşağı sürətdə yuyun. Çünki bu cür camaşırlar bir dəfə yumaqla sabunlu sudan azad olmayacaq.
6. Çimərlik geyimlərini paltaryuyan makinada yumayın!
İstənilən növ çimərlik paltarları elastandan hazırlanıb. Odur ki, onları soyuq suda əllə yumaq tövsiyə olunur.
7. Yuduğunuz paltarların düymələrini və zəncirbəndlərini bağlayın
Əks halda düymələr sökülə, zəncirbəndlər isə dişləri ilə digər əşyalarınızı cıza bilər.
8. Yuyucu tozdan qədərində istifadə edin
Paltar yuyan zaman maşındakı yuyucu vasitə qədərindən artıq olarsa, camaşırlar təmiz yuyulmayacaq, bu səfər də üzərinə təmizləyici tozun ləkəsi hopacaq.
Publika.az

Mətbəx     Baxılıb: 3095   Tarix: 22 may 2019
f Paylaş

Oxşar xəbərlər

.

Amosov pastası – zehin və ürək üçün təbii gücləndirici

Akademik Amosov əməliyyat olunan xəstələr üçün əməliyyatdan sonra orqanizmin tez surətdə bərpası və güclənməsi üçün gücləndirici qarışım tövsiyə edir. Mikroelementlər və minerallar qaynağı olan bu qarışımın reseptini təqdi

.

Asan Və Ləzzətli: 300 Kaloridən çox Olmayan 7 Yemək

Karnabahar gratin. Kalori - təxminən 250 kalori. Tərkibi:. Gül kələmi - 1 ədəd. Süd - 0,5 l. Krem - 100 ml. Sarımsaq - 3 diş. Sərt pendir - 100 q. Kərə yağı - 25 q. Dadmaq üçün duz. Zövqə görə üyüdülmüş ağ istiot. Pişirm

.

Naxçıvan Mətbəxinin Ləziz Təamı: Heyva Dolması

Naxçıvan mətbəxinə məxsus qoyun ətindən heyva dolmasının reseptini təqdim edir. Tərkibi:. 200 qr qoyun əti. 1 ədəd soğan. 100 qr keşniş. duz, istiot. sarıçiçək. heyva. Hazırlanma qaydası:. İlk öncə heyvanı yaxşıca yuyun

.

Qarğıdalı keksi

Tərkibi. 1 litr süd. 250 qr qarğıdalı unu. 120 qr şəkər tozu. 50 qr yağ. 3 ədəd yumurta. ½ vanil çubuğu. 3-4 dilim təzə ananas (və ya konservi)

.

Fərqli Dad: Sobada Kartof Dolması

Hər birimizin mətbəxində olan kartofdan bir çox yeməklər hazırlanır. Bəs kartofdan hazırlanan dolma yemisinizmi? Klassik dolmalardan fərqli olaraq asan hazırlanır və dadlı bir yeməkdir. hər kəsin bəyənəcəyi sobada karof dolmasını

.

Portağallı Toyuq Balqabağı Tarifi

Portağallı Toyuq Balqabağı Tarifi üçün Tərkibi. toyuq barabanı. limon. Narıncı. diş. sarımsaq. çay qaşığı. duz. bir. çay qaşığı. qara istiot. bir. çay qaşığı. zerdeçal. bir. desert qaşığı. yer qırmızı bibər. Narıncı. təz

.

Ev Sayağı kumpir resepti

Tərkibi. Kartof – 3 ədəd (böyük olsa daha yaxşı olar). Kök – 1 ədəd. Yumurta – 2 ədəd. Xiyar turşusu – 1 ədəd. Yaşıl noxud (konservləşdirilmiş) – 60 qram. Qarğıdalı (konservləşdirilmiş) – 60 qram. Pomidor – 1 ədəd. Mayonez

.

Balqabaqlı Keks (Video)

Keçən yazımda sizə balqabaq püresinin reseptini yazmışdım. Bu gün isə onu istifadə edəcəyik və Amerikada bu fəsildə çox məşhur olan balqabaqlı keks bişirəcəyik. Bu keksin müxtəlif resepti var, mənim təqdim edəcəyim isə dəfələrl

.

Bulqur salatı (Kısır)

Türkiyədə hansı məclisə getsən, hardasa 90 faizində kısır adlı salatı süfrədə görə bilərsiniz. Elə Türkiyədən kənarda yaşayan türklərin süfrələrində də. Mən onu birinci dəfə dadandan sonra o qədər bəyənmişəm ki, Türk məclislərin

turlar.az

maskalar geyim və ayaqqabılar qadin dunyasi goyemin faydasi ariqlamaq ucun yasil cay ciyer qovurma südlü şirniyyat kosmetika ağır itki vusale elizade atalar sözləri hakışta oğlaq