Parçadöşəmə plov

Parçadöşəmə plovƏrzaqlar:Parçadöşəmə plov

5 st uzun düyü

1 k.q qoyun əti

4 xq əridilmiş kərə yağı

3-4 ədəd baş soğan

2/3 st kişmiş

7-8 ədəd albuxara ya da sarı alça turşusu

2 x.q zirinc

1 x.q zəfəran

1/4 ç.q zirə

Duz

Istiot

Qazmaq üçün

3 x.q qatıq

1 ədəd yumurta

Hazırlanması:

Əvvəlcə düyünü 5-6 dəfə yuduqdan sonra üstünə ilıq su töküb qoyuruq.

Əti xırda hissələrə böldükdən sonra yuyuruq.Üstünə su əlavə edib hazır olana qədər bişiririk. Əvvəl suyu qaynamağa başlayanda kəfini yığırıq. Bişməyə yaxın duz tökürük.

Parçadöşəmə plovKişmişi, turşunu(albuxaranı), zirinci təmizləyib yuyuruq. Yumurta ilə qatığı qarışdırırıq.

Parçadöşəmə plovZəfəranın üstünə qaynar su töküb dəm almağa qoyuruq.

Parçadöşəmə plovSoğanın qabığını soyub yuyub xırda doğrayırıq.

Parçadöşəmə plovSoğanın üstünə yağ və duz töküb qızılı rəngdə olana qədər qızardırıq.

Parçadöşəmə plovQızardılmış soğanın üstünə bişmiş zirinci, turşunu və kişmişi töküb 5-10 dəqiqə qovururuq.

Parçadöşəmə plovBişmiş əti bulyondan çıxarıb üstünə zəfəran şirəsi, istiot və darçın səpib qarışdırırıq.

Parçadöşəmə plovBöyük qazanda su qoyuruq. Suya duz tökürük. (5 litrlik qazana 2-dolu x.q duz) Qaynayanda yuyulmuş düyünü töküb bişiririk. Düyünü tökən kimi qarışdırın ki, bir birinə yapışmasın. Düyü tam bişməmiş onu süzürük. Üstünə dəmlədiyimiz zəfarandan tökürük.

Parçadöşəmə plovQazana az yağ töküb əridirik.

Parçadöşəmə plovBişmiş düyüdən az töküb qatıq qarışığı əlavə edib, qazanın dibinə 1 sm qalınlıqda yayıb tarazlayırıq.

Parçadöşəmə plovDüyüdən az töküb əti tökürük.

Parçadöşəmə plovƏtin üstündən soğanla qovurduğumuz kişmiş, zirinc və alçanı (albuxaranı) tökürük.

Parçadöşəmə plovİstəsəniz üstünə nimçə qoyub sonra düyünü tökə bilərsiniz. Qalan düyünü əlavə edib yağ töküb aşı dəm almağa qoyuruq. Aş 1 saata dəm alacaq. Düyüyə zövqə görə istəsəniz zirə tökə bilərsiniz.

Parçadöşəmə plovParçadöşəmə plovAşı süfrəyə verdikdə boşqaba təpəcik şəklində düyü çəkilir, üstünə qarasından qoyulur və qaynar yağ tökülür.

Parçadöşəmə plovNuş olsun!

Mətbəx     Baxılıb: 5967   Tarix: 01 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Balıqdan buğlama resepti

Tərkibi. Nərə balığı və ya ağ balıq - 370 qr. Kartof - 115 qr. Baş soğan - 80 qr. Sarı alça - 60 qr. Duz - 0,4 qr. Döyülmüş qara istiot - 0,3 qr. Hazirlama qaydasi. Balıq təmizlənir, yuyulur və qurulanır. Kartof, soğan təmizlənir

.

Portağallı Toyuq Balqabağı Tarifi

Portağallı Toyuq Balqabağı Tarifi üçün Tərkibi. toyuq barabanı. limon. Narıncı. diş. sarımsaq. çay qaşığı. duz. bir. çay qaşığı. qara istiot. bir. çay qaşığı. zerdeçal. bir. desert qaşığı. yer qırmızı bibər. Narıncı. təz

.

Padimcan pancake resepti

Nə vaxtsa badımcanlı pancake alacaqsınız? Damağınızı qıracaq dadlı bir reseptlə buradayıq. Çalışdığımız dadlardan birindən badımcanlı pancake resepti. Gündüz masası üçün, çayın yanında, qonaqlarınıza yemək və ya isti qəlyanalt

.

Dadı Damağınızdan Getməyəcək Tünbəki Dolması

Dadı Damağınızdan Getməyəcək Tünbəki Dolması. Author: Selcan Xatun. Category: Ət Yeməkləri. Cuisine: Azərbaycan Mətbəxi. Yields:. 1 Serving. Qədim və zəngin Azərbaycan mətbəxinin adından və dadından xəbərsiz olduğumuz bölgələrin

.

Ləzzətli və Ətirli Almalı Ördək Filesi

Restoranların menyusunda ördək ətindən hazırlanan dadlı və bahalı bir yemək növü. Lakin bu yeməyi restoranda yemək üçün xeyli miqdarda pul ödəməli olacaqsınız. Ördək filesi alma ilə inanılmaz dərəcədə ləzzətli, şirəli v

.

Qədim yeməyimiz xaşlama resepti

Tərkibi:. 1 kq sümüklü ət (qoyun,quzu və ya mal). 5 ədədsoğan. 7 ədəd kartof. 3-4 ədəd bolqar bibəri. 2-3 ədəd pomidor. 2 ədəd dəfnə yarpağı. 1 çimdik qırmızı acı bibər tozu. duz, istiot. Hazırlanması:. İlk öncə ətı doğrayı

.

Keçi pendirli armud salatı

Lazım olan ərzaqlar. 50 qr keçi pendiri. 2 ədəd armud. 2 dəstə kahı. 2-3 xörək qaşığı xırdalanmış qoz. 2 çay qaşığı bal. 1 xörək qaşığı zeytun yağı. Limon şirəsi. Hazırlanması :. İlk əvvəl qrmudu fal-fal doğrayın. Zeytu

.

Şimal bölgəsinin ən fərqli yeməklərindən biri

Sürhüllü Azərbaycanın şimal-qərb zonasına, əsasən Qax, (İlisu, Sarıbaş, Ağçay, Qaşqaçay), Zaqatala və Balakən rayonlarına, qismən Quba, Xaçmaz və Gəncəbasar bölgələrinə məxsus xəmir yeməyidir. Xüsusilə qış aylarında yeyilə

.

Balqabaq yeməyi resepti üçün maddələr 5 nömrə orta balqabaq bir nömrə orta soğan 3 diş sarımsaq 4 yemək qaşığı zeytun yağı bir nömrə böyük pomidor 1/2

Balqabağın toxumlu hissələrini yemək hazırlayarkən istifadə etməyin, çünki yeməyi sulandırmaz. Rəndələnmiş balqabaqlı balqabağın hazırlanmasında da istifadə edə bilərsiniz. İstəsəniz balqabağı yarıya bölün. Tava içərisin

turlar.az

yay geyimləri 2026 adlarin menasi geymler 2026 aybasi ucun derman vaginal təmizlik duxovkada toyuq qizartmasi qara qarağat kosmetika qiz evi ucun hesaplama faydalı məsləhətlər rus dilini oyrenek 2ci ders haxışda