Sadə qatıq maskası ilə gəncləşin
Sizi gəncləşdirən sadə bir maska axtarışındasınızsa, qatıqlı maskanı istifadə edin.
Qadinsayti.az lent.az-a sadə və dərini qidalandıran qatıqlı maskanı hazırlamanın yolunu təqdim edir.
Mümkünsə öz çaldığınız qatıq olsun. Əgər dəriniz yağlıdırsa, yağı azaldılmış, qurudursa, yağlı qatıqdan istifadə edin.
Qatığı bir qaba qoyub taxta qaşıqla çırpın. Çırpılmış qatıq dəriyə həm eyni miqdarda həm də daha asan sürtülür. Qatığı barmaqlarınızın uclarıyla çox basmadan masaj edərək üzünüzə və boynunuza yedirin. Quruyana qədər toxunmayın ki, dərinizin hər yanı maskadan eyni səviyyədə faydalana bilsin. Maskanın quruması dərinizin qatığı əmdiyi, onu qidalandırıcı dəyərlərini aldığı anlamına gəlir.
Daha sonra üzünüzü və boynunuzu ilıq su ilə yuyun. Təmiz bir dəsmalla qurulayın.
Qatıq maskasının dəriyə faydaları nələrdir?
Qatıq B2, B5, B12 vitaminləri, kalsium, sink və laktik turşu tərkiblidir. B12 vitamini dərini qüsursuzlaşdırır, B5 vitamini isə ləkələri aparır, B2 vitamini dərini yeniləyir və nəmləndirir. Sink yaşlanma təsirlərini gecikdirir, laktik asit və kalsium isə dərini qidalandırır.
f Paylaş








Hakışta
Mükəmməl seks üçün yataqdakı QAYDALAR
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir
Bu peşələrdə çalışanların xərçəngdən ölüm riski daha yüksəkdir
Yalı çapkını'nın ulduzlarının övladı olacaq
Kivini qabığı ilə yeməyin bu faydaları varmış
"Həmin mahnını elə-belə yazmışdım" - Səbinədən etiraf
Ən zərərli meyvə və giləmeyvələrin adları açıqlandı
Dünəndən qalan çayı içmək olar?
Təbii üsullarla dodaqları daha dolğun və baxımlı göstərmək mümkündürmü?