Sevgi haqqında bir yazı

Sevgi haqqında bir yazıSevgi anladılmaz, yaşanır. Sevgini anlatmağa çalışmaq sözün bitdiyi yerdə danışmaqdır. İnsan ancaq sevgiyə dair danışa bilər.
Sevgi işıq kimidir, sevgisizlik qaranlıq. Qaranlığın qaynağı olmaz. Qaranlıq işığın yoxluq halıdır. Fəqət işığın bir qaynağının olması labüddür. Mənbəsiz işıq olmayacağı kimi, qaynaqsız sevgi də olmaz.

Sevginin qaynağı Allahdır. Sevgi bulağı Allahdan qaynayar. Zira O, Əl-Vədud olandır. Vədud ismi, fə`ul vəznindəndir. Bu vəznin özəlliyi həm fail, həm məf`ul olmasıdır. Bu üzdən Vədud ismi həm "Ən çox sevən", həm də "Ən çox sevilən" anlamına gəlir. Bir başqa ifadəylə həm "sonsuzca sevən", həm də "sevilməyi istəyən" anlamını verir. Vədud ismini digər bir çox ismdən ayıran fərq də budur.

Allah Rəzzaq ismiylə "ruzi verir", Xəllaq ismiylə "yaradır", Qaffar ismiylə "bağışlar", Rəhman ismiylə "rəhmət edər". Bu və bunun kimi isimlər tək tərəflidir. Fəqət Vədud isminə gəlincə, iş dəyişir, cüttərəfli bir münasibət başlar: Həm sevər, həm də sevgi istər. Elə bu da sevginin fərqliliyidir.
Allaha nisbət edilən sevgi " hubb" və "vudd" kəlimələri ilə ifadə edilir. Qur`an və sünnət ədəbiyyatında "Eşq" kəliməsi ilahi sevgi üçün istifadə olunmaz. Zira "sarmaşıq", "sarmaşıq kimi sevdiyinə sarılan və onu əsir alan" anlamına gələn "eşq" sözü bəşəri sevgini ifadə edər. Hubb isə "toxum, çəyirdək, öz" mənasına gəlir. Sevgiyə məhəbbət deyilməsinin hikməti də buradan bəlli olur : Sevgi məxluqat ağacının toxumudur. Məxluqat ağacının ən soylu meyvəsi olan insan da sevgi toxumunu içində daşıyan "meyvədir".

Meyvə kökünə olan sədaqətini sevgiylə isbat edər. İnsanın Allah sevgisi də elədir. Bu üzdən vəyh sevgidə ən böyük payın Allaha ayrılmasını şərt qoyar: "Iman edənlər hər şeydən daha çox Allahı sevərlər". Və Allah Rəsuluna da belə söyləməsi əmr edilər: "De ki, əgər Allahı sevirsinizsə, məni izləyin ki, Allah da sizi sevsin." Allahla qul arasındakı bu qarşılıqlı sevgi daha başqa ayələrdə də vurğulanır: "Onlar (həqiqi möminlər) Allahı sevərlər, Allah da onları sevər."

"Vudd" sevginin cox özəl bir növünü ifadə edər. Bu növ sevgi bəxşedilən bir sevgidir. Mənbəsini verən qaynaqdan aldığı üçün də ölümsüzdür. Oxuyun bu ayəni: "Iman edən və saleh əməl sahibləri üçün Rəhman (ölümsüz) bir sevgi (vudd) bəxş edəcək". Bu üzdən olmalı ki, vəyh ilk illərdə ilk müsəlmanları Cənnətlə müjdələyib, Cəhənnəmlə qorxudarkən, onların olğunlaşdığı sonrakı illərdə "Allah sevər – Allah sevməz" deyə müjdələyər və xəbərdarlıq edərdi. Bu, Allah-qul münasibətində sevginin necə yüksək bir mərtəbəyə ucaldığının göstəricisidir.
Hər şeyin saxtası olduğu kimi, sevgini də saxtası olur. Səhih sevgi düzəldər, qəlp sevgi pozar. Qaynağında Allah olmayan bir sevgi saxta sevgidir. Əslində isə sevgi deyil, tutqudur, vurğunluqdur. Sevgi özü gurlaşdırdığı üçün insanı özgürləşdirər, tutqu isə tutar, həbs edər və kölələşdirər. Vurğunluğun, tutqunun adını sevgi qoyanlar iki nəfərlik yalqızlığı sevgi sanmaqla sevgiyə də haqsızlıq etməkdədirlər.

Modern cağın üç saxta "tanrı"sı vardır: Güc, pul, şəhvət.
Bunlar təkdünyalı bir həyat tərzinin özəyini təşkil edir. Qlobal dəyərsizləşdirmə əməliyyatının bir parçası olaraq "şəhvət tanrısı" hazırda sevgi adıyla bazarlanmaqdadır. Həyat adını verdiyimiz bu müqəddəs əmanət əxlaqsızların əlində heç bu qədər oyuncaq olmamışdı. İnsanlıq tarixində şəhvət alverçiləri bu qədər müştərini bir arada heç görməmişdilər.

Şəhvətin "sevgi" adı altında sırıştırılması qlobal dəyərsizləşdirmə əməliyyatının bir qoludur. Bu əməliyyatın hədəfi həyatı mənasızlaşdırmaq və məqsədsizləşdirməkdir, yəni Allahsızlaşdırmaqdır. Müharibə elan edilməli, mübarizə aparılmalı gerçək terror da budur. Çünki bu, əxlaq terrorudur. Bu terror insan soyunu qəsbkarlıqla təhdit etməkdədir. "Sevgililər günü" adı altında bəzilərinin zina bazarlığı da əxlaq terrorunun bir parçasıdır.

Zinaya "Yox!" deyə bilməyən, sevgiyə "Hə!" deyə bilməz. Zira zina sevgini zəhərləyər. Zəhərli sevgi əşrəfi-məxluqat olan insanı cütləşdikdən sonra dişisini sancaraq zəhərləyib öldürən həşarata bənzədər. Onu ən aşağı – Qur`anın diliylə desək,"Heyvanlar kimi, hətta ondan da aşağı…" edər.
Məhrəmiyyətin qalmadığı yerdə iffət, iffətin qalmadığı yerdə hörmət, hörmətin qalmadığı yerdə xilqət pozular. Xilqətin pozulduğu yerdə isə fitrət pozular.

Fitrət pozulduqdan sonra artıq o insanı kimsə saxlaya bilməz. Şəhvətə sərhəd qoymaq mümkünsüzləşər. "Kef mənim deyilmi, istədiyimi edərəm" deyən birinə heç kim hüdud cıza bilməz.
Yadda saxlamaq lazımdır: Bir sərhəd yoxdursa, heç bir sərhəd yoxdur!

azerislam.com

Ailə və Uşaq     Baxılıb: 5537   Tarix: 26 sentyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Uşaqlarda angina xəstəliyi - Əməliyyatın hansı fəsadları var?

Tonzillit (angina) - udlaq badamcıqlarının iltihablaşmasıdır. Adenoid toxumalar kimi, bu badamcıqlar da xarici mühitdən mikrob və infeksiyaların insan orqanizminə daxil olmasının qarşısını alır. Uşaq anadan olarkən bu badamcıqla

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

.

8 aylıq uşağın inkişafı

8 aylıq körpənin inkişafı çox sürətlə gedir. Balaca öyrəndiyi hərəkətləri tam mənimsəyir, əllərini yaxşı idarə edə bilir. Bu yaşda körpə, böyükləri fəal yamsılayır və sadə hərəkətləri asanlıqla öyrənir. 8 aylıq körpənin xüsusiyyətlərin

.

Körpəni yatıranda çox yelləməyin, beyinə qan sıza bilər - NEVROLOQ

Uşaqları yelləyərək yatırtmaq düzgündürmü? Bunun zərərli tərəfləri varmı? valideynləri maraqlandıran bu suala cavab tapmağa çalışıb. Uşağı yatırtmaq üçün ayaqda, adeyal və ya beşikdə yelləmək üsullarından istifadə edilir

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

.

Ana südünü artıran 7 qida

Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir. Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?. Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:. 1. Yumurt

.

Yenidoğulmuşların gülüşünün SİRRİ

Körpə gülüşü… Bu gülüşün qarşısında valideynlər aciz qalır, ilk gülüşün anı onlarda böyük sevinc və coşqu hissinin yaranmasına səbəb olur.  . Çoxumuz yeni doğulmuş körpələrimizin bəzən ifadə etdikləri təbəssümün şahidi oluru

.

6 aylıq uşağın inkişafı

İlin ilk yarısının sonunadək uşaq ona yeni olan yeni bacarıqları öyrənir. O, oturmağa, qalxmağa və sürünərək hərəkət etməyə başlayır. O, böyüklərlə ünsiyyət prosesində fəal iştirak edir, emosiyaları aydın olur, xarakter xüsusiyyətlər

.

5 aylıq körpənin inkişafı

Körpənin həyatının beşinci ayı, üçüncü və dördüncü ayında mənimsənilən bacarıqları, təkmilləşdirməklə davam edir. bildirir ki, bu dövrdə uşaqların əksəriyyətinin inkişafında hansısa diqqətçəkən, yeni irəliləyiş müşahidə olunmur

turlar.az

toy makiyaji sekilleri gozel gorunmek sac duzumleri zorlama infeksiya tanışlıq saytları intim əbdürrəhim bəy haqverdiyev kosmetika zəhmət qogal şəhid faydalı maskalar baldıza aid hakışta