Süd vəzi xərçəngindən necə qorunmaq olar?

Süd vəzi xərçəngindən necə qorunmaq olar?Süd vəzi xərçəngi qadınlar arasında ən geniş yayılmış xərçəng növüdür.

Son illərdə bu xəstəliyin yayılma tezliyi qadınlar arasında artmaqdadır.

Təəssüf ki, bir çox qadınlar həkimə xərşəngin gecikmiş mərhələlərində müraciət edir ki, bu da müalicəni xeyli çətinləşdirir.

Erkən diaqnoz!!! Ən başlıca amil biz həkimlərin, tibb işçiləri, tibb personalının və bütün səhiyyə təşkilatının insanlarımızın bu terminin nə qədər önəmli olduğunu anlamalarıdır.

Xərçəng indi deyil, qədim zamanlardan (3000 il əvvəl İmxotema, 400 il bundan əvvəl Hippokrat və s.) mövcuddur. Şiş "xərçəng"ə bənzədiyindən ona məhz bu ad ("karkinos" latın dilində "xərçəng" deməkdir) verilib.

Hal-hazırda alimlər şiş hüceyrələrinin əmələ gəlmə səbəblərini araşdırmağa çalışır. Digər xərçəng növləri kimi süd vəzi xərçəngi də çox aqressivdir.

Bu xəstəlik genetik olaraq ötürülə bilər. 10% hallarda isə nəsildən nəslə ötürülür və genetik mutasiyaların hesabına əmələ gəlir (BRCA1 və BRCA2).

Bu xəstəliyə tək qadınlar arasında deyil, kişilər arasında da rast gəlinir. Sayına görə 1% hallarda kişilər arasında təsadüf edilir. Kişilərdə süd vəzi xərçənginin səbəbi yuxarıda adı çəkilən BRCA2 genetik mutasiya, stress, travma, piylənmə, hormonal pozğunluqdur.

Şişin əmələ gəlməsi bir neçə fazadan ibarətdir: şişin əmələ gəlməsi, böyüməsi, ətraf toxumalara yayılması (və ya invaziyası). Bunlar hamısı hüceyrə genomundan asılıdır.

Süd vəzi xərçənginin əmələ gəlmə səbəbləri:

1. Esterogenlərin (qadın cinsi hormonları) artması;

2. Aybaşı pozğunluğu;

3. Qalxanvari və böyrəküstü vəzilərinin funksiyasının pozulması;

4. Abort;

5. Süd verə bilməmək prosesləri.

Bütün bu faktorlara süd vəzi xərçəngindən əziyyət çəkən qadınların əksəriyyətində rast gəlinir.

Həmçinin, bu faktorlara erkən aybaşı (menarxe, 11-12 yaş); gec doğuş (30-35 yaş); böyük çəkili hamiləliklər, abortlar, yumurtalıqlarda baş verən iltihabi proseslər, yumurtalıq kistləri, endometrioz və s. xəstəliklər də aiddir.

Bu xəstəlik 65 yaşdan sonra menopauza dövründə olan xanımlarda da rast gəlinir. Bunun səbəbi həddən artıq piylənmə və böyrəküstü vəzi esterogenlərinin artması ola bilər.

Bədxassəli şişlər metastazvermə və invaziya (ətraf toxumaya yayılma) qabiliyyətinə malikdir. Bu proseslərdə əsas rolu UPA və PAİ-1 zülalları oynayır. Onların səviyyəsi qalxdığı zaman süd vəzi xərçənginin əmələ gəlmə tezliyi 1.5-2 dəfəyə qədər artır. Bu məlumatı da bir çoxlarının bilməsi çox vacibdir.

Xülasə

Bu xəstəliyin əmələ gəlmə səbəblərinə görə qadınları 3 qrupa bölmək olar:

1. Bu xəstəlikdən reproduktiv dövrdə əziyyət çəkən qadınlar.

2. Genetik risk faktorlu xanımlar (1-ci xətt ana, xala, xala qızlarında südvəzi və ginekoloji bədxassəli törəmələri olan).

3. Maddələr mübadiləsi və hormonal pozğunluğu olan qadınlar.

Təbii ki, bəzən xərçəng heç bir əlamət, risk faktoru olmadan əmələ gələ bilər.

Mamoqrafiya və US müayinəsi bu xəstəliyin erkən diaqnozu üçün ən düzgün müayinə metodudur.

Qorunmanın ən rahat yolları mövcuddur!

Sağlamlıq     Baxılıb: 1823   Tarix: 01 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

turlar.az

adlarin menasi yay geyimləri 2026 donlar 2026 zire yagi sac ucun hakışta qalstukun baglanmasi döşlər kosmetika novruz bayramı oglaq ikizler usaq geyimleri cantalar