Tanınmış həkimdən antibiotiklərin qəbulu barədə CİDDİ XƏBƏRDARLIQ

Tanınmış həkimdən antibiotiklərin qəbulu barədə CİDDİ XƏBƏRDARLIQ"Çox sual verirlər ki, "Uşağım öskürür, temperaturu qalxıb. Hansı antibiotik məsləhətdir? Əvvəla onu deyim ki, antibiotik vitamin deyil ki, onu kimə gəldi təyin edək. Antibiotik qəbuluna həkim qərar verməlidir".
Publika.az xəbər verir ki, bu sözləri sosial şəbəkədə paylaşdığı sağlamlıq postları ilə diqqət çəkən tanınmış həkim, anestezioloq-reanimatoloq Şahin Məmmədov bildirib. O, "Hansı hallarda antibiotik qəbul edilməlidir?" mövzusunda ətraflı məlumat verib:
"Ən birinci xəstədə bakterial, yoxsa infeksiya olduğunu müəyyənləşdirməyə çalışın. Çünki antibiotik yalnız bakterial infeksiyada yazılmalıdır. Bakterial infeksiyanın klinik əlamətləri:
1. Temperatur salıcı dərmanlara qarşı xəstənin hərarəti davamlı olur. Virus infeksiyasında isə dərman qəbulundan az sonra temperatur enir.
2. Xəstənin bəlğəmi irinli olur. Virus infeksiyasında isə bəlğəm olmur, olsa da, köpüklü olur.
3. Qanın ümumi analizində leykositlərin neytrofil növü çox artmalıdır. Buna həkimlər sola meyllilik deyir. Virus infeksiyasında isə limfosit sayı çox olur (sağa meyillilik).
Antibiotik qəbuluna qərar verildikdən sonra onun qrupu seçilir.
Tanınmış həkimdən antibiotiklərin qəbulu barədə CİDDİ XƏBƏRDARLIQZəif antibiotik yoxdur. Düzgün seçilməmiş və dozası səhv seçilmiş var. Antibiotikin bahalı, yaxud ucuz olması onun təsir gücünə dəlalət etmir.
Antibiotik dozası xəstənin yaşına, çəkisinə, əlavə xəstəliklərinə əsasən dəyişir. Onun növü isə konkret törədicinin həssaslığına görədir. Əlbəttə həmin antibiotikə xəstənin allergiyası yoxdursa, törədicinin və antibiotiklərə həssaslığın təyini ilə bağlı cavab laboratoriyadan gec çıxır, üstəlik həmişə mümkün olmaya bilər.
Yalnız bu cür hallarda (həssaslıq təyin olunana qədər) geniş spektrli antibiotikə müvəqqəti olaraq müraciət etmək olar. Bilin ki, geniş spektrli antibiotiklərin zərərləri çoxdur. Qastrointestinal distress sindromu, çətin müalicə edilən psevdomembranoz kolit, vitamin disbalansı, koagulyasiya pozulmaları bu tip maddələrin fəsadlarıdır".
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 1874   Tarix: 16 dekabr 2019
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

turlar.az

qadin sayti donlar 2026 yemek reseptleri gözəl xanım geyim şəkilləri qadın müdafiəsi janrlar kosmetika azerb clpaq qadinlari rus dili 2ci ders insan novruz hakisdalari hakışda