Ürək-damar xəstələri normal həyatda riayət etdikləri qaydaları COVID-19 pandemiyası dövründə də gözləməlidirlər

Ürək-damar xəstələri normal həyatda riayət etdikləri qaydaları COVID-19 pandemiyası dövründə də gözləməlidirlərSon günlər xəstələr əsasən təngnəfəslikdən şikayət edirlər. Pandemiya dövründə şikayətlənən xəstədə, ilk növbədə, yeni növ koronavirus (COVID-19) olduğu inkar olunmalıdır. Bu, ilk növbədə, anamnez, PZR testi vasitəsilə aparılan müayinələr nəticəsində edilməlidir. Təcrübəli kardioloq xəstənin şikayətlərinə əsasən narahatlıqların ürək mənşəli olub-olmadığını müəyyən edə bilər. Lakin bəzən yanaşı gedən xəstəliklər də olur. Ürək çatışmazlığından əziyyət çəkən xəstə COVID-19-a yoluxanda temperatur yüksəlir, ürək döyüntülərinin sayı və yoluxma ilə əlaqədar təngnəfəsliyi artır. Bu, heç də o demək deyil ki, ağciyərlər prosesə qoşulub, çünki temperatur yüksəldikcə ürək döyüntülərinin də sayı artır və nəticədə ürək çatışmazlığı şikayətləri yaranır. Digər bir hal isə ondan ibarətdir ki, bəzən ürək çatışmazlığı olan xəstə COVID-19-a yoluxması ilə əlaqədar olaraq kardioloqun yazdığı dərmanları dayandırır və yoluxma ilə əlaqədar olaraq S vitamini, çoxlu maye qəbul edir və bu zaman maye ilə yüklənmə nəticəsində ürək çatışmazlığı şikayətləri meydana gəlir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Azərbaycan Tibb Universiteti Tədris-Cərrahiyyə Klinikasının invaziv kardioloqu Sara Bayramzadə deyib.
Onun bildirdiyinə görə, COVID-19 virus infeksiyası olsa da, təkcə ağciyərlərin yoluxmasına deyil, yanaşı olaraq ürək-damar sisteminin xəstəliklərinə də ciddi təsir göstərir: "Kardioloji xəstələr normal həyatda gözlədikləri qida pəhrizi qaydalarına, duzsuz diyetaya riayət etdikləri kimi COVID-19 pandemiyası dövründə də həmin qaydaları gözləməlidirlər. Bundan başqa həmin dövrdə bol meyvə-tərəvəzə üstünlük verməli, gün ərzində 5 qramdan artıq yodlaşdırılmış duz qəbul etməməlidirlər. Ürək çatışmazlığı və arterial təzyiqi olan xəstələr həddindən artıq duzlu qidadan istifadə etdikdə orqanizmdə artıq maye toplanılmasına və ürək çatışmazlığının kəskinləşməsinə səbəb olur. Tünd çay içilməsi ürək döyüntülərinin sayını artırdığına görə onun qəbul edilməsi tövsiyə olunmur və açıq rəngli çaylardan istifadə edilməsi daha yaxşı olar. Təkcə ürək-damar xəstələrinə deyil, sağlamlıq problemi olmayanlara da gün ərzində 5 kilometr sürətli yeriş məsləhət görülür. Pandemiya dövründə məhdudiyyətlərlə əlaqədar açıq havada olmasa da, evin içində, eyvanda, dəhlizdə də iti addımlarla gəzmək mümkündür".
Həkim-kardioloq COVID-19-la əlaqədar bəzi xəstələrdə yaranan panik atak barəsində bunları söyləyib: "Psixoemosional sferanın qəfləti olaraq kəskinləşməsi ilə müşayiət olunur və ilk növbədə, xəstələrin kəskin təngnəfəsliyə səbəb olur. Nə qədər maarifləndirilsələr də, insanlar bəzən öz psixoloji aləmlərini idarə edə bilmirlər. Letallıq daha çox yanaşı xəstəliyi olanlar və COVID-19 infeksiyasına yoluxduğuna inanmayıb heç bir müalicə qəbul etmədən öz vəziyyətini ağırlaşdıranlar arasında baş verir. Xəstəliyin əlamətləri hiss olunmağa başlayan ilk günlərdə həkimə müraciət edən xəstə virus əleyhinə preparatlar və vitaminlər qəbul edərək əvvəlki sağlamlığına qovuşa bilər. Vaxtında ilkin əlamətləri ciddi qəbul edib ona məhəl qoymayan xəstələrə sonrakı mərhələdə heç bir müalicə kömək etmir. Ona görə də qorxu hissi, panik atak yaşamağa ehtiyac yoxdur. Bitki tərkibli sakitləşdiricilər, açıq havada olmaq və özünütəlqinlə vəziyyəti sakitləşdirmək, vaxtında müdaxilə ilə vəziyyəti aradan qaldırmağa çalışmaq lazımdır".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1528   Tarix: 01 yanvar 2021
f Paylaş

Oxşar xəbərlər

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

turlar.az

qadın geyimi kosmetoloq makiyaj instagram valideyne aid statuslar həftəlik bürclər şirniyyat reseptləri lobya tursusu kosmetika qiz burcu vətənə aid pizza baldiza aid hakisda pehriz