Ürəyi xəstə balacalar

Ürəyi xəstə balacalarÜrəyi qüsurlu uşaqlar az doğulmur. Ağır qüsur dərhal, yəni doğuluşun ilk saatları və ya günlərində aşkar edilir. Lakin elə qüsurlar var ki, uşağın sağlamlığına heç bir təsir göstərmədən uzun illər ərzində "susur". Təhlükəli simptomlar isə ürəyin öz işinin öhdəsindən gələ bilmədiyi zaman üzə çıxır. Valideynlər ayıq olmalı və övladlarının həmyaşıdlarından gec inkişaf etməsi, süst olduğu, az oynadığı, tez yorulduğu və dərslərini pis oxuduğu məqamları diqqətdən qaçırmamalıdırlar. Uşağın fiziki gərginliyə reaksiyasını müşahidə etmək lazımdır. Xəstə uşaqda bu zaman təngnəfəslik, ürək və baş ağrıları və ya baş gicəllənmə yarana bilər. Dərinin avazıması və ya əksinə, göyərməsi nəzərə çarpır. Uşağı nə qədər isti geyindirsən də, onun əlləri və ayaqları həmişə soyuqdur. Ürək qüsurlu uşaqlarda çox zaman burun qanaxmaları və ağciyər iltihabı olur.

Ən çox hallarda həkimlər ürək kameraları arasında dəliklər, yaxud damarlar arasında baca aşkar edirlər. Nəticədə, daxili orqanlar oksigen aclığı çəkir və bu, özünü təngnəfəslik, ürəkdöyünməsi, qanda hemoqlobin səviyyəsinin yüksək olması ilə göstərir. Ürək və damarlarda zəruri dəliklərin daralması və ya bitişməsi qan axınına mane olur. Lakin buna baxmayaraq, ürək qanı itələyib keçirməyə çalışır, odur ki, onun "əzələləri" inkişaf edərək qalınlaşır, vaxt keçdikcə ürək öz işinin öhdəsindən gəlmir və qan dövranı çatışmazlığı inkişaf edir. Nəticədə təngnəfəslik artır, ödemlər əmələ gəlir, qaraciyər böyüyür və həyat üçün təhlükəli aritmiyalar baş verir.

Əvvəllər qüsuru müəyyən etmək üçün həkimin yalnız stetoskopu var idi. Hər şey ürək küylərini ayırmaq bacarığından asılı idi. Hazırda vəziyyət kökündən fərqlənir. Hətta ən əhəmiyyətsiz qüsuru belə aşkar etməyə imkan yaradan çox həssas diaqnostika üsulları yaradılmışdır. Bir çox valideynlər belə hesab edirlər ki, ürək qüsurunu EKQ - elektrokardioqramma vasitəsi ilə aşkar etmək olar. Əslində isə EKQ-da yalnız kobud və çoxdan formalaşmış qüsurların - divarların qalınlaşması, ürəyin müxtəlif şöbələrinin yüklənməsi və aritmiyaların nəticələri bilinir. Exo kardioqramma isə (ürəyin ultrasəs müayinəsi) 98% hallarda qüsuru aşkar edir. Bu, tamamilə təhlükəsiz tədqiqatı, hətta hamiləlik zamanı aparmaq olar. Ürək qüsurları cərrahi müdaxilə vasitəsi ilə müalicə edilir. Və əməliyyatın həcmini təyin etmək üçün yalnız USM kifayət deyil, daha ciddi tədqiqatların aparılması zəruridir. Doppler-exo kardioqrafiya, ürəyin zondla tədqiq edilməsi və angiokardioqrafiya kimi müayinələri yalnız xüsusiləşdirilmiş tibb institutlarında aparmaq olar. Təəssüf ki, bu tədqiqatlar bahalıdır. Həkimlər əməliyyat aparılmasını təkid etmirsə, uşağı rayon kardiorevmatoloqunun uçotuna almaq və hər altı aydan bir exo kardioqramma və EKQ müayinəsi aparmaq lazımdır.

99,8% hallarda əməliyyatın aparılması labüddür. Burada zaman uşağa qarşı işləyir. Odur ki, əməliyyat nə qədər tez aparılsa, uğurlu nəticə əldə etmək şansı da bir o qədər böyükdür. Bütün valideynlər səbirsizliklə gözləməklərinə baxmayaraq, əməliyyatdan qorxurlar. Bu da, təbiidir. Axı əməliyyatın orqanizm üçün ekstremal, yəni süni qan dövranı və ya uşaq bədəni temperaturunun endirilməsi şəraitində aparılması onlardan gizlədilmir.

Əlbəttə, uşağın sağlamlığına görə məsuliyyət yükünü məhz valideynlər daşıyır. Valideynlər uşağın vəziyyətinə nəzarət etməyə və onu qüsurun dekompensasiyasına gətirib çıxara biləcək bütün hallardan qorumağa çalışmalıdırlar. İlk növbədə, xəstə balacalar yuxu və istirahət rejiminə riayət olunmasına ehtiyac duyurlar. Həkimlər onlara hər gün 3-4 saat təmiz havada gəzmək və uzun müddətli - 10-12 saatdan az olmayan yuxu məsləhət görürlər. Xəstə uşaqları istidən qorumaq, baş örtüklərindən istifadə etmək və onlara tez-tez mineral su vermək lazımdır. Körpəni müxtəlif infeksiyalardan qorumaq çox vacibdir. Belə ki, immunitetin zəif olması üzündən ağciyər iltihabı yarana və ürək fəaliyyəti pisləşə bilər.

Belə uşaqlar bağca, məktəb, yaradıcılıq studiyalarına gedə bilər. Lakin tərbiyəçi və müəllimlər onun xəstəliyindən xəbərdar olmalıdırlar. Uşaq bağçasına natamam gün, məktəbə isə həftədə bir azad gün rejiminə riayət olunmaqla getmək məsləhətdir. Məşğələlər istənilən zaman fasilə vermək və istirahət etmək imkanı olan ev şəraitində aparılarsa, uşaq daha az yorular. Çox vaxt ürək qüsurlu uşaqlarda yaddaş və diqqət zəifliyi müşahidə olunur.

Ürək qüsurlu uşaqların bədən tərbiyəsi ilə məşğul olmaq imkanına gəldikdə isə, məktəb proqramında nəzərdə tutulmuş fiziki yük onlar üçün çox ağırdır. Orqanizm üçün yorucu olmayan yükü təyin etməkdə kardioloq və müalicəvi bədən tərbiyəsi həkimi kömək etməlidir. Ürəyi xəstə uşaqlar üçün poliklinikalarda və ya idman kompleksləri nəzdində xüsusi məşq proqramları tərtib edilmişdir. Bütün məşqlər həkim nəzarəti altında aparılır. Yaxınlıqda belə qrup yoxdursa, məşqləri evdə də aparmaq olar, lakin ürəyə nəzarət etmək şərti ilə: nəbzi, təzyiqi və tənəffüs sayını təyin etməklə. Bü ölçüləri məşqdən əvvəl, fasilələrdə, fiziki yükdən dərhal sonra və daha on dəqiqədən sonra aparmaq və parametrlərin normaya qayıtdığına əmin olmaq lazımdır. Ürəyi xəstə balacalara hamıya məlum olan tənəffüs hərəkətləri (nəfəs alma - nəfəs vermə, aşağı- yuxarı) etmək faydalıdır. Döş qəfəsi deformasiyasının qarşısını alan və qaməti korreksiya edən hərəkətlər mütləqdir. Müəyyən dərəcədə piyada gəzmək və qaç- maq da ürək fəaliyyətinə yaxşı təsir edir.

Müvazinətləşdirilmiş qüsur zamanı uşağa qida məhdudiyyətini tətbiq etməyə dəyməz. Qan dövranı çatışmazlığı olduqda isə, pəhriz ödem, təngnəfəslik və aritmiyaların öhdəsindən gəlməkdə kömək edir. İlk növbədə, maye qəbulunu məhdudlaşdırmaq və duzsuz qidalanmağı uşağa öyrətmək lazımdır, çünki duz orqanizmdə mayeni saxlayır. Ağır qüsurlar zamanı qanı qələviləşdirən süd məhsullarına ehtiyac yaranır. Xəstə uşaqlarda çox vaxt qəbizlik olur, odur ki, axşamlar şirniyyatı qara gavalı və ya alma ilə əvəz etmək lazımdır. Aritmiyalar orqanizmdə kalium çatışmazlığı olduqda yaranır, bunun üçün qaysı qurusu, sobada bişmiş kartof və kişmişdən istifadə etmək lazımdır. Uşağı az-az və gün ərzində 5-6 dəfə yedirtmək lazımdır. Yuxudan əvvəl yemək olmaz.

İlk növbədə, ruhdan düşməmək və ümid etmək, uşağa dolğun həyat yaşamaqda kömək etmək lazımdır. Bəzən olur ki, valideynlər bu yükü çiyinlərində daşıya bilmir, o zaman psixoloqun köməyinə müraciət edilməlidir.

Ailə və Uşaq     Baxılıb: 3149   Tarix: 18 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan toylarında yengə nə üçün lazımdır?

Azərbaycanda toy mərasimləri həmişə özünəməxsus adət-ənənələrilə diqqət çəkib. Bizim toyların bir özünəməxsus tərəfi də yengəlikdir. Əvvəllər yengəliyə xüsusi diqqət yetirilir, onu toyun bir atributu kimi qiymətləndirirdilər

.

Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU

Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayaq. Uşağın cinsini əvvəldən müəyyən etmək üçün internetdə bir neçə cədvəl var. Bunlardan ən çox yayılanı yüz illərdir istifadə olunan "Çin təqvimi"dir. Bu təqvim ananı

.

Ana bətnində autizm bu səbəbdən yaranır - SUYUN TƏRKİBİ

İllərdir autizmə səbəb olan faktorları araşdıran elm adamları ilə rezonans doğuran məluamat açıqlayıblar. Danimarkada aparılan yeni bir araşdırmada autizmi suda litiumun miqdarı ilə əlaqələndirilib. Kaliforniya Universitetində

.

Uşaqlarda oğurluq vərdişi: Kleptomaniya

Kleptomaniya, insanın ehtiyacı olmasa belə, oğurluq istəyinə qarşı dura bilməyəcəyi bir vəziyyət olaraq təyin olunur. Ən çox nəzarət problemi olan və yüksək impulsivliyi olan insanlarda rast gəlinir. Erkən uşaqlıq və yeniyetməli

.

Ana südünü artıran 7 qida

Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir. Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?. Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:. 1. Yumurt

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

.

Uşaqlara qoyulan yanlış diaqnoz. Valideynlər diqqətli olmalıdır

Son illər pediatrlar tərəfindən uşaqlara ən çox qoyulan diaqnozlardan biri də raxit xəstəliyidir. Bəzən həkim körpəni müayinə edərək ona raxit diaqnozu qoyur, körpəyə kalsium preparatları və ya D vitamini müalicəsini təyi

.

Körpəni yatıranda çox yelləməyin, beyinə qan sıza bilər - NEVROLOQ

Uşaqları yelləyərək yatırtmaq düzgündürmü? Bunun zərərli tərəfləri varmı? valideynləri maraqlandıran bu suala cavab tapmağa çalışıb. Uşağı yatırtmaq üçün ayaqda, adeyal və ya beşikdə yelləmək üsullarından istifadə edilir

.

Körpələri xodunoka qoymaq ziyandır – Həkimdən dəhşətli xəbərdarlıq

Uşaqlarda onurğa, bel sümük əzələ problemlərinə, skolioza yol açan səbəblərdən biri də anaların körpəni iməkləməyə başlayan müddətdə "xodunok" deyilən uşaq arabalarına öyrəşdirməsidir. Bu arabada körpənin beli dü

turlar.az

maskalar hamilelikde qidalanma yay geyimləri 2025 seks hekayələri xalq təbabəti yuxuyozma faydalı məsləhətlər kosmetika yemek reseptleri oglaq sevgi hesaplama novruz bayramina aid hakistalar