Uşağın tərsliyini necə aradan qaldırmalı

Uşağın tərsliyini necə aradan qaldırmalıSizdə elə olubmu ki, uşağı nəyəsə ( geyinməyə, tökdüyü oyuncaqları yığışdırmağa və s .) məcbur etmisiniz, lakin görmüsünüz ki, bu əbəsdir, uşaq tərslik edir və siz onu cəzalandırmısınız, sonra özünüzü günahkar hiss etmisiniz? Nə vaxtsa olub ki, siz özünüzə söz vermisiniz ki, bütün işlərimi atacam, ancaq uşağımla məşğul olacam, mənə əziz olan insanlarla vaxt keçirəcəm, özümü bütünlüklə onlara həsr edəcəm. Lakin böyük təəssüf hissi ilə anlamısınız ki, bu mümkün deyil.
Düşünürəm ki, uşaqda nizam-intizam yaratmazdan öncə valideyn ilk növbədə özündə dəyişiklik yaratmalıdır. Necə deyərlər birinci özündə intizam yarat sonra uşağında. Bunun üçün özünükontrol və özündə nizam-intizam yaratmaq lazımdır.Bu məqalədə siz özünükontrolun tərbiyədə necə effek verdiyinin, nəyi, necə etmək lazım olduğunu biləcəksiniz.

Valideynlər hərdən uşaqdan çox şey gözləyirlər. onlar uşağı yükləyirlər. Onlar üçün şərtdir ki, uşaq onlar deyəni etsin, bəs özləri necə öz dediklərinə əməl edirlərmi?
tərs uşaqlar gündəlik reallığımızdır

Valideyn oyuncaq üstündə vuruşan iki uşağa yaxınlaşır və onları məzəmmət edir: " Bu nədir, oyuncaq üstündə vuruşursunuz? Mən sizə göstərərəm oyuncaq üstə vuruşmaq, başqasının əlindən nəyisə almaq nə deməkdir! Oyuncaq artıq mənimdir." Bu məsələnin həlli yolu deyil. Belə deyən valideyn unudur ki, o heç də öz problemlərini dediyi kimi sülh yolu ilə həll etmir. Bəzən valideynlər uşaqların yanındaca dalaşırlar, bir-birrinin üstünə qışqırırlar və əvəzində uşaqlarından tələb edirlər ki: «Nə badə vuruşarsınız ha!».
Əgər istəyirsinizsə ki, uşağınız mehriban, ağıllı olsun, onda ilk növbədə özünüz mehriban, üzügülər, müdrik valideyn olmalısınız. Birinci bilmək lazımdır ki, siz uşağınızın tərbiyəsində nəyə nail olmaq istəyirsiniz, daha nəyi istəmirsiniz yox. Bunun üçün uşaqla münasibəti sevgi əsasında qurmaq lazımdır, qorxu üstündə yox. Özünüz sevməyi bacarırsınızsa, onda balanıza da özünü və ətrafdakıları sevməyi öyrədəcəksiniz.
Belə bir hekayə var :" Biri var idi, biri yox idi. Bir ana ördək var idi. Onun çox uşağı var idi. O bilmirdi ki, onlarla nə etsin. Ana səhər balalarına yemək, verərdi, danlayardı, tənbeh edərdi ,axşam gəlincə yorğun — yorğun onları yatırtmağa tələsərdi ki, bir az dincəlsin.". Siz özünüzü bu Ana ördək kimi hiss etmisiniz, onun yerində olmusunuzmu? Amma bu gün, sabah, hər vaxt uşaqlarınızla nə etmək lazım gəldiyini bilsəydiniz, necə də xoşbəxt olardınız. Elə deyilmi? Uşaqlar nəyisə düz etməyəndə onları danlamaq, cəzalandırmaq əvəzində onları başa salmaq, düzgün rəftarı öyrətmək necə də yaxşı olardı. Uşaqlar tərslik edəndə onların tərsliyini qarşılıqlı əməkdaşlığa çevirməyi bacarmaq yaxşı olardı, yoxsa klassik ögey ana rolunda çıxış etmək? Əgər uşağınız özünükontrolu itirsəydi, onun üstünə qışqırıb, acıqlanmaqdansa, siz ona özünü ələ almağı, sakitləşməyi öyrədə bilərdinizmi?
Zəmanə dəyişib, biz də dəyişməliyik.
Insan stress anında özünü necə aparır? Biz özümüz işlərimiz düz gətirməyəndə və ya kimlərsə irad tutanda ki, sən uşağını düzgün tərbiyə etmirsən-deyə , özümüzü necə aparırıq? Nə olur onda bizə, müsbət cəhətlərimiz hara yoxa çıxır, görəsən? İşlərin yaxşı gedəndə insan öz- özünü sevir, uşaqlar özlərini yaxşı aparanda, bizim dediklərimizi edəndə onları sevmək daha asandır, yoldaşımız biz deyən kimi olanda onu da sevmək asanlaşır, elə deyilmi? Lakin həmişə belə olmur, hər şey planlaşdırdığımız kimi olmur. Həyatın elə anları olur ki, qəti qərar qəbul etmək lazım gəlir, daha «mən nə edim, bacarmıram» — şikayətlənməyi yox.
Bunun üçün özünükontrol vacibdi. Bunun 7 yolu var. Bunları öyrənməklə, konfliktlərə, xoşagəlməz vəziyyətlərə düşünülməmiş reaksiya vermərik, uşaqlara nəzarəti itirmərik. Özünükontrolun metodlarını özünüzdə tərbiyə edin. Bunlar aşağıdakılardır:

1. Heç kəs sizi əsəbləşməyə vadar edə bilməz.
2. Onun probleminə öz probleminiz kimi yanaşın.
3. Dəyişməyə məcbur edə biləcəyiniz yeganə şəxs siz özünüzsünüz.
4. Ona yaxınlaşmağa çalışın, uzaqlaşmağa yox.
5. Bir- birinizin yaxşı cəhətlərini görməyə çalışın.
6. Vəziyyəti olduğu kimi qəbul edin.
7. Konflikt- yeni bir şey öyrətmək üçün ideal fürsətdi- deyə düşünün.

Uşaqlarınızla fəxr edin, onda onlar da sizinlə fəxr edəcəklər. Bu bir — birinizə yaxınlaşmağınıza səbəb olacaq.
«Yox» sözünü elə deyin ki, sizi eşitsinlər. Bu qarşılıqlı hörmət hissini formalaşdıracaq.
Uşağın tərsliyini dostluq münasibətinə çevirin. Bu gələcəkdə sizinlə əməkdaşlığa səbəb olacaq.
Uşağınız isterika anında onun vəziyyətinin səbəbini araşdırın. Bu mərhəmət hissini yaradacaq.
Uşaqlarınıza səhvlərindən nəticə çıxarmağı öyrədin. Bu onların məsuliyyətli böyüməsinə kömək edəcək.
Necə deyərlər nə əkərsən, onu da biçərsən.

Ailə və Uşaq     Baxılıb: 3251   Tarix: 24 oktyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

.

Körpələri xodunoka qoymaq ziyandır – Həkimdən dəhşətli xəbərdarlıq

Uşaqlarda onurğa, bel sümük əzələ problemlərinə, skolioza yol açan səbəblərdən biri də anaların körpəni iməkləməyə başlayan müddətdə "xodunok" deyilən uşaq arabalarına öyrəşdirməsidir. Bu arabada körpənin beli dü

.

6 aylıq uşağın inkişafı

İlin ilk yarısının sonunadək uşaq ona yeni olan yeni bacarıqları öyrənir. O, oturmağa, qalxmağa və sürünərək hərəkət etməyə başlayır. O, böyüklərlə ünsiyyət prosesində fəal iştirak edir, emosiyaları aydın olur, xarakter xüsusiyyətlər

.

2 aylıq körpənin inkişafı

İki ayında olan körpə artıq bütün sahələrdə elə irəliləyiş nümayiş etdirir ki, buna təəccüblənməmək mümkün deyil. saytının bu yazısı 2 aylıq körpəsi olan valideynlərə, körpəsinin ilk uğurlarını qiymətləndirməyə kömək edəcək

.

10 aylıq körpənin inkişafı

10 aylıq körpələrin bir çoxu artıq ilk addımlarını atır. Hər keçən gün, körpə daha ağıllı olur, onu əhatə edən ətraf aləmi daha aktiv öyrənir və artıq ailəyə öz xarakterini göstərməyə başlayır. 10 aylıq uşağın bəzi xüsusiyyətlər

.

7 aylıq körpənin inkişafı

7 aylıq uşaqların əksəriyyətində əvvəllər öyrəndiyi hərəkətlər, daha da möhkəmlənərək, mənimsənilir. Balaca arxayın oturur, fəal sürüklənir, kəkələyir. Əgər əvvəllər bunu bilmirdisə, indi etməyə başlayır. Onun qida rasion

.

Uşağı əmzikdən tərgidirik. 2 üsul

Yenidoğulmuş uşağın qayğısı ananın bütün zamanını alır. Bu zaman əsl xilaskar əmzik olur, onunla uşaqlar tez yatır və az şıltaqlıq edirlər. Amma körpə böyüyür və əmziklə vidalaşma zamanı gəlib çatır. Bunu necə edək ki, əmzikl

.

Uşaqlar kababdan niyə imtina edir? - GİZLİN SƏBƏBLƏRİ VARMIŞ

Azərbaycanda uşaqların müxtəlif kabab yeməmələrinin səbəbi, görəsən nədir?. Sağlamolun.az bunu araşdırıb. Məlum olub ki, uşaqlar bu səbəblərə görə kabab yeməkdən imtina edə bilər:. Dad üstünlükləri: Uşaqlar müxtəlif dad üstünlüklərin

.

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır. Dünya statistikasın

turlar.az

qadin sayti geyim dəbləri toy makiyajlari cümə gününün duası 2026 yaz geyimleri qonaq otagi dizayni 2026 dini geyimler kosmetika sekis kley lekesi qizlar tapmacalar veten